PedaqogiKA, psixologiYA/ pedagogiCS, psychology



Yüklə 219,61 Kb.
Pdf görüntüsü
səhifə4/5
tarix23.05.2023
ölçüsü219,61 Kb.
#120892
1   2   3   4   5
Ali məktəbdə tərbiyə işinin təşkili Ogtay Ismayil\'s blog

kuratorluqdur. Təcrübə göstərir ki, akademik tələbə qrupunda mühazirə yaxud seminar məşğələləri
aparan və buna görə də qrupun tərkibinə, qarşılıqılı münasibətlər sisteminə, maraqlarına yaxşı bələd
olan müəllim kuratorluq etdikdə, onda tərbiyəvi effekt daha yüksək olur. Tələbə kollektivi içərisində
tərbiyə işi aparmaq müəllimdən dərin bilik, xüsusi hazırlıq tələb edir.Çünki o, ümumi təhsil almış,
müəyyən hazırlığa və həyat təcrübəsinə malik, daim inkişafda və təkmilləşməkdə olan, həyatı başa
düşən, təhlil etməyi və ümumiləşdirməyi bacaran, öz fikri və düşüncə tərzi olan adamlarla işləyir.
Tərbiyə prosesində hər bir tərbiyəvi tədbirin konktet vəzifələri müəyyənləşdirilməlidir. Əsas
vəzifə – əməklə tərbiyədir, çünki, əməksiz insanın əsl və böyük səadətə qovuşması mümkün deyil.
Əməklə tərbiyə tələbəni səmərəli təlim prosesinə, fəal peşə-ixtisas fəaliyyətinə yönəldir.Öz ixitsasının
dərin bilicisi olan müəllim ümumi mənəvi durumları konkret situasiyalara tətbiq etməklə, tələbələrdə
peşə etikasını inkişaf etdirməlidir. Peşə etikası mütəxəssisi öz vəzifə bocuna məsuliyyətlə yanaşmağa
təhrik edir, vətəndaşlıq mövqeyini möhkəmləndirir. Ali məktəbdə tələbənin tərbiyəsinə müsbət təsir
göstərən amillərə aşağıdakıları misal göstərmək olar:
Müəllim və tələbənin birgə elmi fəaliyəti;
Tələbələrin Elmi Şuranın, elmi tədqiqatçılıq qruplarının tərkibinə daxil edilməsi;
Tədris prosesində mühazirə metodundan istifadə edilməsi;
Tələbələrin özünütəhsilə cəlb edilməsi və onlardakı özünütəhsilin qiymətləndirilməsi;
Ali məktəbdə təşkil olunan məsləhətlər və kollekviumlar;
Tələbələri özfəaliyyətinin, bədii yaradıcılıqlarının qiymətləndirilməsi, tələbə klublarının
yaradılması;
Muzeylərlə müntəzəm əlaqənin saxlanılması, habelə, ali məktəbin özündə muzeylərin
yaradılması.
Nəticə:
Müasir şəraitdə cəmiyyət qarşısında duran quruculuq vəzifələri ali məktəbdə yeni tərbiyə
vasitələrinin, forma və metodlarının müəyyənləşdirilməsini və daha da artıq təkmilləşdirilməsini
aktuallaşdırır. Pedaqoji peşə özündə ədəbi gəncliyin sirlərini saxlayır. Nəsillər bir-birini əvəz etsə də,
müəllimlər həmişə gənclərin əhatəsində olur. Buna görə də gənclərin tərbiyəsi onların ən ümdə
vəzifələri olmalıdır.


Yüklə 219,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin