XIV fəsil.
Qoşunların və hərbi yüklərin daşınması zamanı qarovul xidmətinin təşkili və yerinə
yetirilməsi xüsusiyyətləri
Dəmiryol və su nəqliyyatı ilə qoşunların daşınması zamanı hərbi eşelonların, döyüş
texnikasının və digər texnikanın, həmçinin başqa maddi vasitələrin mühafizəsi
262. Dəmiryol və su nəqliyyatı hərbi eşelonları ilə daşınan qoşunların döyüş texnikası və
digər texnikası, həmçinin başqa maddi vasitələri onlarda daşınan hərbi hissələrdən
(bölmələrdən) təyin edilmiş qarovullarla mühafizə olunurlar.
263. Qarovulun heyəti hərbi eşelonun tərkibindən və şəraitindən asılı olaraq müəyyən edilir.
264. Hərbi eşelon qarovulu adam daşınan vaqonlarda (gəmidə yaşayış otaqlarında) və ya
sərnişin vaqonlarının ayrı kupelərində yerləşir. Bu vaqonda (gəmidə yaşayış otağında) Döyüş
Bayrağına mühafizə postu qoyulur. Döyüş Bayrağı ilə birlikdə pul yeşiyi və məxfi sənədlər yeşiyi
də mühafizə oluna bilər.
265. Qarovulla
r naryadı cədvəli, postlar tabeli və qarovul rəisi üçün təlimat hərbi hissə
qərargahı tərəfindən hər bir hərbi eşelondan ötrü ayrıca işlənib hazırlanır, hərbi hissə komandiri
tərəfindən təsdiq olunur və daşınmaya hazırlıq zamanı hərbi eşelon rəisinə təqdim edilir.
266. Qarovulların dəyişmə və dəyişilmə qaydası, yeri və vaxtı hərbi eşelon rəisi tərəfindən
müəyyən edilir. Saatdarların birinci növbəsinin qoyulması, qarovulun dəyişilməsi və çıxarılması
hərbi eşelon növbətçisinin və ya onun köməkçisinin iştirakı ilə həyata keçirilir.
Saatdarların dəyişilməsi dayanmalardan və imkandan asılı olaraq həyata keçirilir: yay vaxtı
hər 2 saatdan bir, qış vaxtı isə 1 saatdan bir.
267. Qarovul rəisi hərbi eşelon rəisinə, hərbi eşelon növbətçisinə və onun köməkçisinə
tabedi
r. Bu Nizamnamədə nəzərdə tutulmuş ümumi vəzifələrini yerinə yetirməkdən əlavə, onun
vəzifəsidir:
hərbi eşelon növbətçisinin iştirakı ilə mühafizə olunası döyüş texnikasını və digər texnikanı,
həmçinin qapıların, lyukların etibarlılığını, vaqonların banlarının sazlığını və plombların
bütövlüyünü yoxlayaraq vaqonları (gəmidə yaşayış otaqlarını, göyərtələri) daşınan bölmənin
komandirindən və yaxud dəyişilən qarovul rəisindən sayla qəbul etmək;
döyüş texnikasının və digər texnikanın, başqa maddi vasitələrin bərkidilməsinin sazlığını,
yerlərin sayını, qablaşmanın sazlığını, texnikanın üstünə örtmək üçün istifadə olunan
brezentlərin bağlanmasının etibarlılığını, qapıların və lyukların yaxşı bağlı olmasını, həmçinin
plombların bütövlüyünü yoxlamaq;
qatar dayanar
kən, hərbi eşelon növbətçisinin göstərişi olduqda saatdarları dəyişmək;
dəyişilmiş qarovul nəfərlərini dərhal qarovul otağına göndərmək; qatarın dayanma müddəti
saatdarların dəyişilməsinə kifayət etmədikdə, dəyişməni qatarın növbəti dayanacağına qədər
saxlamaq;
dayanmalar zamanı hərbi eşelonun mühafizəsini möhkəmləndirməkdən ötrü oyaq qarovul
nəfərlərindən əlavə saatdarlar qoymaq;
mühafizə olunan vaqonlarda və tormoz meydançalarında, göyərtələrdə və gəmidə yaşayış
otaqlarında nəqliyyatın hərbi eşelon növbətçisi tərəfindən icazəsi olan müvafiq vəzifəli şəxsləri
istisna olmaqla, heç kəsin getməsinə yol verməmək;
dəyişdiricinin və ya saatdarın müşahidəsi altında nəqliyyat işçilərini mühafizə olunan
vaqonları yoxlamağa, onların işlək hissələrini yağlamağa və təmir etməyə, gəmilərdə isə gəmi
yaşayış otaqlarını, göyərtə mexanizmlərini və yüklərin bərkidilməsini yoxlamağa buraxmaq;
yanğın baş verdikdə, hərəkət üçün təhlükə yaradan hər hansı bir səbəb aşkar edildikdə,
döyüş texnikası və digər texnika, başqa maddi vasitələr tərpəndikdə (platformalarda sürüşmə,
tankların qülləsinin, artilleriya sisteminin lüləsinin dönməsi, taraların nasazlığı, maye yükün
sızması və s.), onların saxlanması üçün təhlükə yarandıqda qatarın dərhal dayandırılmasından
ötrü tədbirlər görmək (gəmidə kapitanın vaxta üzrə köməkçisinə xəbər vermək) və baş vermiş
hadisə haqqında hərbi eşelon növbətçisinə məlumat vermək;
təyinat məntəqəsinə gələn kimi hərbi eşelon növbətçisinin iştirakı ilə mühafizə olunan
döyüş texnikasını və digər texnikanı, başqa maddi vasitələri və vaqonları (gəmidə yaşayış
otaqlarını və göyərtəni) hərbi eşelonun bölmə komandirinə və ya döyüş texnikası və digər
texnikanı və başqa maddi vasitələri qəbuledənə təhvil vermək və sonra hərbi eşelon
növbətçisinin göstərişi ilə hərəkət etmək.
268. Saatdarlar postlar tabelinə uyğun olaraq qatarın hərəkəti zamanı mühafizə olunan və
onların yaxınlığında olan vaqonların tormoz meydançalarında (tamburlarda), tormoz
meydançaları (tamburlar) olmayan hallarda isə xüsusi mühəccəri olan platformalarda, qarovul
yerləşən vaqonlarda və ya yaxındakı sərnişin vaqonunda; qatar dayandığı zaman mühafizə
olunan vaqonların yanında, hər saatdara qatarın bir tərəfini mühafizə etmək tapşırılmaqla onların
hər iki tərəfində yerləşdirilirlər. Gəmilərin hərəkəti zamanı saatdarlar mühafizə olunan döyüş
texnikasının və digər texnikanın və digər texnikanın, başqa maddi vasitələrin yanında
göyərtələrdə (üst tikilinin üzərində) və ya gəmidə yaşayış otaqlarında, dayanma zamanı isə
göyərtənin hər bortunda, traplarda, lazım gəldikdə körpüdə (sahildə) dayanırlar.
269. Saatdar qarovul rəisinə və dəyişdiriciyə (əgər təyin olunubsa) tabedir və 169-180-ci
maddələrdə göstərilənlərin yerinə yetirilməsindən əlavə, onun vəzifəsidir:
postu qəbul edərkən xaricdən baxmaqla döyüş texnikasının və digər texnikanın, başqa
maddi vasitələrin platformalarda və yarımvaqonlarda (gəmilərin göyərtələrində və otaqlarında)
bərkidilməsinin sazlığını, yerlərin sayını, qablaşmanın sazlığını, onların üstünü örtmək üçün
istifadə olunan brezentlərin bağlanmasının etibarlılığını, həmçinin bağlı vaqonlarda (gəmi
otaqlarında) plombların bütövlüyünü yoxlamaq;
hərəkət zamanı və dayanacaqlarda mühafizə olunan vaqonları (göyərtələri, gəmi otaqlarını)
diqqətlə müşahidə etmək;
yanğın baş verdikdə, hərəkət üçün və ya döyüş texnikasının, digər texnikanın, başqa maddi
vasitələrin saxlanması üçün təhlükə yaradan hər hansı bir səbəb aşkar edildikdə, qatarın stop-
kranla dərhal dayandırılmasından ötrü tədbir görmək, bu mümkün olmadıqda, qırmızı bayraq
tutmuş (gecələr qırmızı fənər) əlinin dairəvi hərəkəti ilə və ya havaya atəş açmaqla dayanma
siqnalı vermək; gəmidə isə kapitanın vaxta köməkçisinə xəbər vermək;
mühafizə olunan vaqonlarda, tormoz meydançalarında, göyərtələrdə və gəmi otaqlarında,
həmçinin daşınan maşınların kabinalarında və banlarında qarovul rəisinin icazəsi olmadan heç
kimin getməsinə yol verməmək;
nəqliyyat işçilərini ancaq qarovul rəisinin və ya dəyişdiricinin icazəsi ilə mühafizə olunan
vaqonları yoxlamaq, onların işlək hissələrini yağlamaq və təmir etmək, gəmidə isə yaşayış
otaqlarını, göyərtə mexanizmlərini və yüklərin bərkidilməsini yoxlamaq üçün buraxmaq, işlərin
görülməsi zamanı onlara nəzarət etmək.
270. Qarovul rəisi qatarın (gəminin) hərəkəti zamanı, bir qayda olaraq, dəyişdirici və ya
qar
ovul nəfərlərinin biri ilə dəyişilərək, növbə ilə istirahət edir.
Qarovul nəfərləri qarovul rəisinin icazəsi ilə növbə ilə istirahət edirlər.
Dostları ilə paylaş: |