78
din) öyrənmə yolu bir çox cəhətdən idrak yoluna əsaslanır: o da
hissi idrak yolu ilə ətraf aləmi qavramalıdır, qavradıqlarını mü-
cərrəd təfəkkür yolu ilə dərk etməli, anlamalıdır, nəhayət, bilik-
lərini praktikaya tətbiq etməlidir. Alimdən
fərqli olaraq tələbə
keçilən bilikləri unutmamaq üçün vaxtaşırı təkrarlamalıdır.
Deməli, alimin elmi idrak yolu ilə tələbənin təlim yolu arasında
oxşarlıq vardır. Bunu sxematik olaraq nəzərdən keçirək.
İdrak yolu Canlı müşahid mücərrəd təfəkkür praktika
Təlim yolu Qavrama anlama tətbiqetmə
möhkəmlətmə
Göründüyü kimi, tələbənin təlim (öyrənmə) yolu idrak
yoluna müvafiqdir.
Lakin onunla tam eyni deyildir; müəyyən
fərqli cəhətləri, özünəməxsus xüsusiyyətləri vardır.
Bu fərqi
idrak məqsədində (alim yeni qanunları üzə çıxardır,
tələbə isə
elmə məlum olan bilikləri öyrənir),
idrak pillələrinin sistemində
(elmi idrakdan fərqli olaraq təlimdə pillələrin ardıcıllığı dəyişir,
möhkəmlətmə pilləsinə ehtiyac duyulur),
idraka rəhbərlik işin-
də (alimdən fərqli olaraq tələbənin idrak fəaliyyəti müəllimin
rəhbərliyi altında gedir) və s. özünü göstərir.
Təlim prosesində müəllim bu xüsusiyyətləri nəzərə al-
malı,
tələbənin idrak fəaliyyətinin tədricən elmi idraka yaxın-
laşması üçün şərait yaratmalıdır. Təlim elə qurulmalıdır ki, tə-
ləbə idrakın bütün pillələrindən keçsin: müşahidələr etsin, təhlil
və ümumləşdirmələr aparsın,
problemləri həll etsin, nəzəri
biliklərini praktikaya, həyata, çalışmalara tətbiq etsin, müstəqil
və yaradıcı düşünsün və fəaliyyət göstərsin. Başqa sözlə, tə-
limdə canlı müşahidə, mücərrəd təfəkkür və praktikanın
vəhdəti
təmin edilməlidir. Yalnız bu şərtlə biliklərin şüurlu, əsaslı və
möhkəm mənimsənilməsi mümkündür.