69
(İbn Sina, Biruni, Bəhmənyar, N.Gəncəvi, N.Tusi və b.), XIX
əsr Azərbaycan maarifpərvər yazıçı və mütəfəkkirləri (A.Bakı-
xanov, M.F.Axudzadə, H.B.Zərdabi, M.T.Sidqi, C.Məmməd-
quluzadə və b.), sonrakı dövrlərdə N.Nərimanov, Ü.Hacıbəyli,
F.B.Köçərli, R.B.Əfəndiyev, habelə ilk peşəkar pedaqoq-
lardan prof. Ə.Seyidov, akad. M.Mehdizadə, prof. M.Murad-
xanov və b. didaktik fikrin inkişafına qiymətli töhfə vermişlər.
Müasir didaktika sürətlə inkişaf edən dövrün tələblərinə uy-
ğun olaraq, yeni ideyalarla, təlim texnologiyaları ilə zəngin-
ləşir.
Didaktika təlim və təhsilin nəzəri əsaslarını tədqiq edən
pedaqoji nəzəriyyədir.
Ali məktəb didaktikası isə ali məktəb pe-
daqogikasının tərkib hissəsi, ümumi didaktikanın bir sahəsidir.
Onun
obyekti ali məktəbdə təlim-təhsil, habelə tələbə gənclərin
peşə-ixtisas hazırlığı prosesidir.
Predmeti isə ali məktəbdə tə-
lim-təhsil prosesinin qanunauyğunluqlarını aşkara çıxarmaq, tə-
ləbə gənclərin peşə-ixtisas hazırlığının səmərəli yollarını öyrən-
məkdən ibarətdir.
Ali məktəb didaktikası ümumi pedaqogikanın kateqoriya
və anlayışlarından (pedaqoji proses, tərbiyə, şəxsiyyətin inkişafı,
pedaqoji fəaliyyət, pedaqoji texnologiya və b.) istifadə edir.
Lakin onun özünəməxsus
kateqoriya və anlayışlar sistemi vardır.
Buraya təhsil, təlim, tədrisetmə (öyrətmə), təhsilalma (öyrənmə),
özünütəhsil, fasiləsiz təhsil və b. daxildir. Bunlardan əlavə ali
məktəb didaktikası təlimin məqsədi, qanunları, prinsipləri, məz-
munu, vasitə və metodları, təşkili formaları, nəticələri, təlim
diaqnostikası, təlim texnologiyaları, təlimdə monitorinq, proq-
nozlaşdırma, qiymətləndirmə və s. kateqoriyalara da istinad edir.
Dostları ilə paylaş: