168
təsir göstərmək,
onda əxlaqi təsəvvürlər, inam, əqidə formalaş-
dırmaq lazım gəlir.
Tərbiyə şüurla davranışın vəhdətinə əsaslanır. İnsana
əxlaqi normaları izah etməklə yanaşı, onun bu normalara uyğun
davranması, müsbət
adətlərə yiyələnməsi də vacibdir. Tərbiyə
keyfiyyətlərinin böyük qismi adətlərlə bağlıdır. Məsələn, inti-
zam, mədəni davranış, səhiyyə-gigiyenik vərdişlər, həyati tələ-
bat və bacarıqlar adət nəticəsində formalaşır. Xüsusən kiçik
yaşlarda – şüura təsir göstərmək imkanı məhdud olan dövrdə
tərbiyə işində adətlər böyük rol oynayır.
Adət
tərbiyəsi ilk zamanlar iradə tərbiyəsi ilə yanaşı
gedir. Əxlaqi tələblər insandan iradə gücü – çətinlikləri aradan
qaldırmaq səyi tələb edir. İradəsi zəif olanlar əxlaqi normalara
əməl etməyə ərinir, tənbəllik edirlər, özlərini müəyyən hərəkət-
lərdən, hisslərdən çəkindirməkdə acizlik göstərirlər. Nəqliy-
yatda yaşlı və qocalara yerini verməyən bəzi yeniyetmə və
gənclərin hərəkətləri məhz bununla əlaqədardır.
Deməli, tərbiyə işində insanın iradəsini möhkəmlətmək,
onda müsbət adətlər yaratmaq və bu yolla düzgün davranış
təcrübəsi formalaşdırmaq zəruridir. Tərbiyə metodlarının
müəyyən qrupu məhz bu məqsədə xidmət edir.
Tərbiyə işində insanın
hissi aləmi də mühüm rol oynayır.
Rəğbət-nifrət, sevinc-kədər, xeyirxahlıq-bədxahlıq, humanizm-
eqoizm, həzz-ikrah hissləri davranış və rəftarı stimullaşdırır.
Uşaqlıqdan insan qəlbinə müsbət hisslər aşılanmazsa, orada
boşluq yaranır və çox vaxt bu boşluğu mənfi hisslər tutur.
Nəticədə insan qəlbində bədxahlıq, qəddarlıq, laqeydlik, habelə
bir çox nəfs xəstəlikləri (N.Tusi) – paxıllıq, tamahkarlıq, kin,
qeybət, acgözlük yuva salır və insanı xoşagəlməz yollara çəkir.
Deməli, insan qəlbini nəcib hisslərlə zənginləşdirmək,
gözəl ürək tərbiyə etmək vacib vəzifələrdən biridir.
Bu məq-
sədlə hissə təsir göstərən stimullaşdırıcı tərbiyə metodlarından
istifadə edilir.
İnsan şəxsiyyəti göstərilən psixoloji amillərin kompleksi
169
ilə formalaşır. Şəxsiyyətin mənəvi inkişafına ideyaların, hiss və
həyəcanların, əməli fəaliyyətin vəhdəti ilə nail olmaq olar.
Görkəmli Ukrayna pedaqoqu V.A.Suxomlinski mənəvi ideya
ilə emosional tərbiyə və əxlaqi davranış arasındakı əlaqədən
bəhs edərək göstərirdi ki, ideya ağıl
və ürəklə birləşdikdə
qəlbin sərvətinə, güclü stimula çevrilə bilər. Həqiqi insan yalnız
o şəxs olur ki, yüksək ideyadan təsirlənərək qəlbində nəcib
arzular meydana çıxır; bu arzular əxlaqı stimullaşdırır, həvəs və
hərəkət doğurur. İdeyalar yadda qalan zaman deyil,
fikrin və
hissin canlı həyəcanında, yaratmaqda və hərəkətdə yaşayarkən
müqəddəs və pozulmaz olur.
Beləliklə, insana
hərtərəfli təsir və
fəaliyyətin tamlığı
prinsipindən çıxış edərək, tərbiyə metodlarını dörd qrupa böl-
mək olar (bax: cədvələ, səh.170).
1. Şüuru formalaşdıran
metodlar
2. Fəaliyyətin təşkili və davranış təcrübəsini formalaş-
dıran metodlar
3. Fəaliyyət və davranışı stimullaşdıran metodlar
4. Tərbiyədə nəzarət və özünənəzarət metodları
Hər bir metodun özünəməxsus xüsusiyyətlərini, şəxsiy-
yətə təsir imkanlarını qabarıq göstərmək üçün onları ayrılıqda
nəzərdən keçirmək lazım gəlir.
Dostları ilə paylaş: