Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
136
elm sahələrinə aid olarsa və onlar arasında heç bir yaxın və ya
uzaq əlaqə olmazsa bu qəbul edilən hal hesab olunurdu. “Bəzən
termin
bir-biri ilə əlaqəsi olmayan, bəzən də bir-biri ilə uzaq
“qohumluq əlaqələrinə” malik olan anlayışları bildirir. Lakin
müəyyən bir termin tamamilə müxtəlif elm sahələrinə məxsus
anlayışları
ifadə edirsə, bu, nöqsan sayılmır” [47,s.105].
Məhz bu səbəbdən terminologiyanın inkişafı prosesi təkcə
leksikoqrafiya materialları əsasında araşdırılmalı deyil, bu iş
eləcə də müxtəlif termin sistemlər səviyyəsində tədqiq
olunmalıdır. Terminologiyada
vacib məqamlardan biri də
sözlərin şəkilcə uyğun, amma mənaları arasında ümumi
əlaqənin olmaması halıdır. Məna və şəkilcə münasibətlərin bu
növü omonimiyaya hadisəsidir.
Dilimizdə semantik yolla
omonim sözlərin əmələ gəlməsinin tarixi çox qədimdir. Belə
ki, “omonimlərin hesabına dilimizin lüğət tərkibinin zən-
ginləşməsi onun ən qədim, ilk təşəkkülü dövrlərindən başlamış
davam edən hadisələrdən biridir” [12,s.32].
Elmlər bu və ya digər şəkildə bir-birləri ilə qarşılıqlı
əlaqəlidir. Belə ki, bir elm sahəsində olan dəyişiklik bəzən
digər elm sahələrinə təsir edir.
Bu səbəbdən müəyyən elmə
məxsus terminlərin bəzilərinin başqa mənada digər elm
sahələrində işlədilməsi hadisəsi rast gəlinir. Beləliklə, eyni
anlayışlar müxtəlif elm sahələrində müxtəlif aspektlərdə fərqli
cəhətdən izah olunurlar. Məsələn, fizikada “elektrik cərəyanını,
səsi, istiliyi və s.ni
öz daxilindən keçirən cisim, naqil”
anlamında işlənən
keçirici sözü epidemioloji sahədə “təbii
şəraitdə törədicini donordan resipiyentə keçirən qansoran
buğumayaqlı” mənasında termindir [153,s.654],[177,s.10].