Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə106/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   102   103   104   105   106   107   108   109   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

I növ təyini söz birləşmələri şəklində: dəmir üçbucaq, 
cari hesab [current account], diyircəkli konveyer, paletli 
araba, döndərici qıfıl; 
II növ təyini söz birləşmələri şəklində: dövlət sirri, 
doldurma müddəti, fraxt şərtləri, zaman sırası, zaman müddəti, 
zavod ehtiyatı; 
Sadə isim+sadə isim; 
Dövlət maliyyəsi (public finance) – dövlətin vergiqoyma, 
borclanma və xərc siyasətini analiz edən iqtisadiyyatın bir 
sahəsi; dövlət məvacibi (public salary) – dövlət qulluqçusuna 
pul ilə ödənilən haqq; ehtiyat hesabı (reserve account)– 
kommersiya banklarının mərkəzi bankda ehtiyat tələbi hesabı; 
dövlət nəzarəti (public control) – dövlət hakimiyyətinin həyata 
keçirilməsinin elə bir formasıdır ki, dövlət orqanları tərəfindən 
qəbul edilən normativ-hüquqi aktlara tam riayət olunmasını 
təmin edir.
Sadə isim+düzəltmə isim; 
Dövlət 
borcalması 
(public 
borrowig) 
– 
rəsmi 
qanunvericiliyə əsasən, Azərbaycan Respublikası adından 
Azərbaycan Respublikasının rezidentləri və qeyri-rezidentləri
tərəfindən qaytarılma şərtləri borcverənlə razılaşdırılmaqla 
müəyyən müddətə maliyyə vəsaitinin cəlb edilməsi deməkdir. 
Sadə isim+mürəkkəb isim;
Dəmir üçbucaq (iron triangle) – üç qrupdan ibarət 
kooperasiya: birinci qrup səlahiyyət verir, ikinci qrup idarə 
edir, üçüncü qrup gəlir götürmək marağı olan qrupdur. 
Düzəltmə isim +sadə isim; 


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
213 
Xəzinədarlıq səhmi (treasury stock)şirkətə məxsus 
səhmlərin həmin şirkət tərəfindən sərmayəçilərdən geri 
alınması deməkdir. Bu halda səhmlər ləğv olunmur, sərmayə 
kimi şirkət rəhbərliyinin qiymətli kağızlar portfelində 
saxlanılır.
Düzəltmə isim+düzəltmə isim; 
Bilik iqtisadiyyatı (knowledge economy) – yaradıcılıq, 
informasiyanın emalı və interpretasiyasının daxil olduğu bilik 
fəaliyyətlərinin üstünlük təşkil etdiyi müasir iqtisadiyyat;
Sifət+ isim; 
Cari hesab (current account) – müştərinin adına açılır və 
pul vəsaitlərinin saxlanılması və nağdsız hesablaşmalar 
aparmaq üçün, pul köçürmələrinin alınması və göndərilməsi 
üçün istifadə edilir.
Sifət+düzəltmə isim; 
Beynəlxalq daşıma (international transportation) – yüklərin 
və sərnişinlərin Azərbaycan Respublikası ilə (Azərbaycan 
Respublikasının sərhədlərindən) digər dövlətlərdəki məntəqə 
arasında daşınma sayılır. Yaxud da, birbaşa vergilər (direct 
tax) – vergi ödəyicilərinin gəlirlərindən və əmlakdan bilavasitə 
yığılan vergidir. Bu gəlirlər vergi ödəyicilərinin əldə etdiyi 
gəlirləri xərcləməmişdən əvvəl tutulur.
Düzəltmə sifət+ isim; 
Arаlıq istehlак (intermediate consumptio) – müəyyən bir 
dövr ərzində məhsul və yа хidmətlər istehsаl etməк məqsədilə 
istifаdə оlunmuş məhsul (əsаs fоndlаr istisnа оlmаqlа) və bаzаr 
хidmətlərinin dəyəri;
Feli sifət+ isim; 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
214 
Artırılmış balans (augmented balance) – tam balans 
üstəgəl mərkəzi bankın səbəb olduğu istənilən itkilər; 
sindikatlaşdırılmış kredit (syndicated credit)birdən çox 
maliyyə təşkilatının toplaşaraq eyni bir iqtisadi subyektə eyni 
şərtlərlə verdiyi kredit; 
Kalka yolu ilə yaranan iki komponentli terminlərdən 
terminologiyada ən çox işlənən sifət-isim, isim-isim quruluşlu 
birləşmələridir. Kalkalar, yəni hərfi tərcümə alınmalar eyni za-
manda semantik hadisədir. L.A.Ponemerenko yazır: “Kalka 
olunma prosesi təbii ki, qarşılıqlı təsirdə olan dillərin struktur 
yaxınlığının dərəcəsi leksik tərkibinin inkişaf dərəcəsi, kalka 
edən dildə sözyaratma üslubu, kalka olunmanın baş verdiyi 
tarixi şərait və s. bu kimi faktorlarla şərtlənir” [123,s.18]. 
Deməli, kalka zamanı sözlərin semantik baxımından yaxınlığı 
da əsas sayılır. Sözlərin kalka edilməsi, tərcümə və alınma 
anlayışlarının aydınlaşdırılması vacib şərtdir. Təbii ki, bu 
proseslərin hər ikisində başqa dildəki vahidin ədəbi dildəki 
düzgün qarşılığını tapmaq tələb olunur. Kalka üsulu ilə yaranan 
terminləri alınma terminlərlə birləşdirən əsas cəhət onların 
modellərinin eyni olmasıdır. Belə ki, bu terminlərin hər ikisi 
mənsub olduqları dildə həm quruluşca, həm məzmunca uyğun 
gəlir. Alınmalardan fərqli olaraq kalka zamanı milli dil 
vahidlərinə üstünlük verilir. X.Quliyeva yazır: “Həm alınma, 
həm də kalka mənşəcə başqa dilə məxsus olmaqla bərabər bir-
birindən fərqlənən cəhətlərə malikdir. Alınmalardan fərqli 
olaraq kalkalar başqa dilin sözləri və sözdüzəldici vasitələrinə 
uyğun şəkildə bir dilin materiallarına çevrilən struktur 
modellərdən ibarətdir. Alınma sözdə isə bu xüsusiyyət yoxdur. 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin