www.vivo-book.com
195
vəziyyətimi qismən başa düşdünüz. Sizə elə minnətdaram
ki, inanın, yanınıza gələcəyəm, bəlkə də hətta tezliklə
gələcəyəm. İndisə səbəblər var… vacib səbəblər… Mən
indi, bu dəqiqə qərara gələ bilmərəm. Əgər heç olmasa, iki
həftə qalsaydınız…
– Deməli, istəmirsən?
– Deməli, bacarmıram. Üstəlik də, hər halda, bacımı və
qardaşımı ata bilmərəm, amma həqiqətən elə ola… elə ola…
Elə ola bilər ki, onlar tək, kimsəsiz qalarlar, onda… Əgər
məni balacalarla birgə qəbul eləsəniz, onda, əlbəttə, sizin
yanınıza gələrəm, inanın, buna layiq də olaram, nənə.
– Yaxşı, zıqqıldama! (Polina zıqqıldamağı ağlına da
gətirmirdi, həm də o, heç vaxt ağlamırdı.) Cücələr üçün də
yer tapılar. Üstəlik, onlar məktəbə getməlidilər. Hə, bəs indi
getmirsən? Yaxşı, Praskovya, bax. Mən sənin yaxşılığını
istəyərdim, axı, niyə getmədiyini bilirəm. Hər şeyi bilirəm,
Praskovya! Bu fransızciyəz sənə xeyir gətirməyəcək.
Polina pörtdü. Mən eləcə diksindim (Hamının xəbəri
var, belə çıxır, təkcə mən heç nə bilmirəm!).
www.vivo-book.com
196
–
Yaxşı,
yaxşı,
qaşqabağını
sallama.
Sözü
uzatmayacağam. Bax ha, elə olsun ki, axırı pis qurtarmasın,
başa düşürsən? Sən ağıllı qızsan; sənə heyfim gələcək. Hə,
bəsdi, kaş ki, heç birinizi görməyəydim.
– Mən, nənə, hələ sizi ötürəcəyəm, – Polina dilləndi.
– Lazım deyil, mane olma, həm də sizin hamınız məni
bezdirmisiniz. Yanımdan keçəndə Polina mənə cəld nəzər
salıb dərhal gözlərini qaçırtdı.
– Hə, sən də salamat qal, Aleksey İvanoviç! Qatarın
vaxtına cəmi bir saat qalıb. Həm də fikrimcə, sən məndən
yorulmusan. Al, bu əlli qızılı özünə götür.
– Çox minnətdaram, nənə, mənim vicdanım…
– Yaxşı, yaxşı! – Amma nənə elə qızğınlıq, hiddətlə
qışqırdı ki, sözündən çıxa bilməyib pulu götürdüm.
– Moskvada yersiz-yurdsuz ora-bura qaçsan, mənim
yanıma gəl; bir yerə tövsiyə eləyərəm. Yaxşı, rədd ol!
Öz otağıma gəlib çarpayıma sərələndim. Başımı
əllərimin üstünə qoyub hardasa, yarım saat arxası üstə
uzanmışdım. Artıq qəza baş vermişdi, fikirləşməyə bir şey
vardı. Qərara gəldim ki, sabah Polinayla ciddi söhbət
|