www.vivo-book.com
166
Nənənin ölümü (deməli, həm də miras) barədə hər saat
gözlənilən
teleqram əvəzinə, onun özünün peyda olması
faktı onların niyyətlərini elə darmadağın elədi ki, nənənin
ruletkadakı sonrakı qəhrəmanlıqlarına qəti anlaşılmazlıqla,
hamıya sirayət eləyən qəribə bir donuqluqla yanaşırdılar.
Bununla belə, bu ikinci fakt az qala birinci faktdan
vacibiydi, ona görə ki, generala pul verməyəcəyini nənə iki
dəfə təkrar eləsə də, amma hələ ümidi itirmək lazım deyildi.
Generalın bütün işlərinə qarışmış De-Qriye də,
bu ümidi
itirmirdi. Əminəm ki, o işlərə tamamilə qarışmış m-lle
Blanche də (başqa cür də ola bilməz: general arvadı və xeyli
miras!) ipə-sapa yatmayan,
özünü sevdirməyi bacarmayan
dikbaş Polinanın əksinə ümidini itirməzdi, naz-qəmzəsinin
bütün məftunluqlarını nənəsinin üzərində istifadə eləyərdi.
Amma indi nənə ruletkada belə qəhrəmanlıqlar göstərəndə;
indi, nənənin şəxsiyyəti onların qarşısında belə aydın, tipik –
(şıltaq, hökmsevən qarı – et tombee en enfanse) – iz salanda;
indi
çox güman ki, hər şey məhv olmuşdu. Axı o, oyuna
girişməyinə uşaq kimi sevinirdi, həmişəki kimi,
külü göyə
sovrulacaqdı. İlahi! – fikirləşdim, (həm də özün bağışla,