www.vivo-book.com
86
bilirsiniz ki! – o, ümidsizcəsinə səsləndi. – Aleksey
İvanoviç, Aleksey İvanoviç!
Qapıya doğru gedə-gedə mən yenidən qızğın şəkildə
narahat olmamağı xahiş elədim, söz verdim ki, hər şey yaxşı
və gözəl olacaq, sonra isə çıxmağa tələsdim. Bəzən ruslar
xaricdə
həddən
artıq qorxaq olurlar, onlara nə
deyəcəklərindən, necə baxacaqlarından, bax, bununmu,
yoxsa bununmu yaxşı olub-olmayacağından həddən artıq
qorxurlar, bir sözlə, özlərini elə bil, konsertdə saxlayırlar,
xüsusən vacib adam adına iddialı olanlar. Onlardan ötrü ən
istənilən biri – qabaqcadan müəyyən olunmuş yanlış fikrə
əsaslanan, kölə kimi əməl elədikləri birdəfəlik müəyyən
olunmuş forma var – otellərdə, gəzintilərdə, yığıncaqlarda,
yollarda… Amma general ağzından qaçırtdı ki, onun bütün
bunlardan başqa hansısa xüsusi vəziyyəti var, o özünü necə
olur olsun “xüsusi saxlamalıdı”. Elə ona görə də belə
qəfildən ağciyərliklə həm qorxdu, həm də mənimlə danışıq
tərzini dəyişdi. Mən bunu nəzərə aldım və qeyd elədim.
Əlbəttə, o, sabah axmaqlıqdan hansısa hakimiyyət orqanına
www.vivo-book.com
87
müraciət eləyə bilərdi, buna görə də doğrudan da ehtiyatlı
olmalıyıq.
Bununla belə, mən heç də öz generalımı incitmək
istəmirdim; amma indi Polinanı acıqlandırmaq fikrindəydim.
Polina özü mənimlə qəddar rəftar elədi, özü məni belə
axmaq yola yönəltdi, bununçün də onu elə bir vəziyyətə
çatdırmaq istəyirdim ki, dayanmağı məndən şəxsən xahiş
eləsin. Mənim məktəblisayaq hərəkətim, nəhayət, onu
gözdən sala bilərdi. Bundan başqa məndə bəzi hiss və
arzular formalaşmışdı: əgər mən, məsələn, onun qarşısında
özbaşına yox olaramsa, bu, heç də o demək deyil ki,
adamların qarşısında islanmış cücəyəm, təkcə baron “məni
dəyənəklə vurmayacaq”. Bütün bunları ələ salmaq, həm də
vəziyyətdən yaxşı çıxmaq istəyirdim. Qoy baxsınlar. Yəqin
o, qalmaqaldan qorxub məni təzədən səsləyəcək. Səsləməsə
də, hər halda görəcək ki, mən islanmış toyuq deyiləm…
(Heyrətamiz xəbərdi: elə indicə dayəmizdən eşitdim ki,
pilləkəndə rastlaşdığım Marya Filippovna bu gün axşam
qatarıyla tək-tənha Karlsbada, əmisi qızının yanına gedib.
Bu nə işdi belə? Dayə deyir, o, çoxdan hazırlaşırdı; ancaq
|