Tədqiqatın məqsədi:Aparılmış araşdırmada əsas məqsəd respublikamızda və
dünyada yanacaq-enerji sərvətlərindən istifadə istiqamətlərinə diqqət yetirmək,
Azərbaycanın milli enerji strategiyasından çıxış edərək yürüdülmüş olan enerji
istehsalı siyasətinə diqqət vermək, bu sahədə mümkün alternativləri
qiymətləndirməklə təkliflər formalaşdırmaqdır.
Tədqiqatın predmeti:Tədqiqatın predmeti kimi Azərbaycanın yanacaq
energetika kompleksi (YEK), milli enerji strategiyası və enerji təhlükəsizliyinin
təmin edilməsi məsələsi çıxış edir.
İşin strukturu və həcmi:
Dissertasiya işinin adı “Yanacaq-enerji
sərvətlərindən istifadə və energetikanın inkişafının iqtisadi-ekoloji aspektləri”-dir.
Tədqiqat giriş hissədən, üç fəsildən, nəticə və təkliflərdən, həmçinin ədəbiyyat
siyahısından ibarətdir.
Giriş hissəgə məsələnin aktuallığı, tədqiqatın əhəmiyyəti və predmeti
göstərilmişdir. Tədqiqat əsas olaraq üç hissədən ibarətdir.
Birinci fəsil Yanacaq-enerji sərvətlərinin iqtisadi qiymətləndirilməsi barədədir
ki, bu da özündə iki yarımfəsildən ibarətdir. Birinci yarımfəsil yanacaq-enerji
sərvətlərinin istifadəsi və istehsalı barədə, ikinci yarımfəsil isə yanacaq-enerji
sərvətlərinin istifadəsindən yaranan sosial-iqtisadi zərərin müəyyənləşdirilməsi
barədədir.
İ
kinci fəsil energetikanın iqtisadiyyatı və stimullaşdırılması adlandırılır. Bu da
öz növbəsində iki yarımfəsildən ibarətdir. Onlardan birində Azərbaycanın yanacaq-
energetika kompleksinin inkişafının iqtisadi problemləri, digərində isə enerji
daşıyıcılarının qiymətləndirilməsində dövlət siyasəti ilə sosial-iqtisadi inkişaf
arasında uzlaşmanın təmini barədə danışılır.
Sonuncu fəsil Azərbaycanın enerji resurslarının istifadəsindən yaranan ekoloji
problemlər və onların həlli istiqamətlərinə həsr olunmuşdur.
Dissertasiyanın sonunda tədqiqatla bağlı hasil olunan nəticə və problemin həlli
istiqamətinə yönəlmiş təkliflər toplusu yer almışdır.
Dostları ilə paylaş: |