3. İnsan xarakterində, ailə münasibətlərində olan
nöqsanların ələ salındığı məişət nağılları
Bu tip nağıllarda isə insanların xarakterində, ailə mü-
nasibətlərində olan mənfi adətlər, nöqsanlar ələ salınır. Bu
mövzuda yaradılan nağıllarda yumor üstünlük təşkil edir.
Məsələn, “Dəlisov arvad”, “Altı dul arvad”, Dad Xanpəri-
nin əlindən, nağılları. Bu nağıllarda əsasən qəhrəmanların
çatışmayan cəhətləri ələ salınaraq, lağ hədəfinə çevrilərək if-
şa edilir və tənqid olunur. Nağıldakı qəhrəmanın mənfi xü-
56
susiyyətlərinin ələ salındığını görən dinləyici həmin xüsu-
siyyətlərə malik olmamağa çalışır. Məsələn, “Dad Xanpəri-
nin əlindən” nağılında paxıl arvad və əri ilə münasibətini,
“Dəlisov arvad nağılı”nda ağılsız arvad ərinin sirrini saxlaya
bilməməsini vurğulaya bilərik.
Bu tip nağıllarda mənfi xüsusiyyətlə yanaşı, qəhrəman-
ların müsbət xüsusiyyətləri də təsvir olunur. Məsələn,
“Haxnəzər” nağılında arvad ağıllı və tədbirli təsvir edilir.
Hətta tənbəl ər belə tərbiyə edilir.
Məişət nağıllarının mənşəyi
Məişət nağıllarının mövzusu kimi, mənşəyi də müxtə-
lifdir. Müdrik cavab, məsləhət haqqında süjetlər qədim mə-
rasimdən, toy qaydalarından doğur, yelbeyin, fərsiz barədə,
quldur və oğrulardan bəhs edən süjetlərin mənbəyi məişətlə
bağlıdır, mülkədar və mollalar barədəki nağıllar isə ictimai
ziddiyyətlərdən törəyir. Bütün bu nağılları həqiqətin bir
prinsipinə görə təsvir olunması əsasında bir janr qrupunda
birləşdirmək olar.
Məişət nağıllarının öz süjet xətti, obrazları, öz spesifik
bədii üsulları var. Bundan başqa bu tip nağıllarda hərəkət
kəndli məkanında inkişaf edir. Kənd daxmaları, evləri, ağa
malikanəsi, meşələr, çöllər, yaxın şəhər, karvansaray, dü-
kan, bazar və s. yerlər gələcək hadisələr üçün zəmin təşkil
edir (Əliyev O., 2005:53).
Sehrli nağıllarla müqayisədə məişət nağılları üçün ənə-
nəvi formulların (nağılların içində ənənəvi ifadələr – A.Q.),
gözəl epitetlərin, çoxsaylı təkrarların səciyyəvi olmadığını
57
(Əliyev O., 2005:67) qeyd edən O.Əliyev bunun səbəbini
məişət nağıllarında gündəlik həyatın təsvirinin, hadisələrin
iştirakçılarının (kəndli, tacir, muzdur, molla, qazı və s.)
sehrli nağılların təmtəraqlı üslubunu qəbul etməməsi ilə
izah edir (Əliyev O., 2005:67).
Dostları ilə paylaş: |