Tərbiyə – «Tərbiyə» ərəb sözüdür. Bu sözün kö-
kündə «Rəbb” kəlməsi vardır. Mənası “Doğru yol göstər-
mək”, “İslah etmək”, “Yetişdirmık”, “Ərsəyə çatdırmaq”
deməkdir. «Rəbb» Allahın 99 adından biridir. Quranda
«Allah» adından sоnra ən çох işlənən (935 dəfə) “Rəbb”
kəlməsidir ki, bu da “Tərbiyə еdən”, ”Nеmət vеrən”, “İn-
sanları mənəvi yüksəlişə aparan” dеməkdir. “Mürəbbi” sö-
zü də «Rəbb” kəlməsindən mеydana gəlmişdir.
Tərbiyənin məqsədi:
böyüməkdə
olan nəslin
hazırlığı, şəxsiyyət kimi inkişafı və formalaşması ilə bağlı
öncədən müəyənləşdirilən (proqnozlaşdırılan) nəticələr;
tərbiyə işləri prosesində əldə edilməyə yönələn niyyətdir.
31
Məqsədin aydın, dərk edilməsi pedaqoji nəzəriy-
yənin yaranmasında həlledici rol oynayır. Necə insan for-
malaşdrılması niyyətinin aydın və dəqiq surətdə təsəvvür
edilməsi bütün tərbiyə prosesinin mahiyyətinin düzgün
müəyyənləşdirilməsinə
şərait
yaradır,
müəllimin,
tərbiyəçinin praktik fəaliyyətini istiqamətləndirir.
Tərbiyə prosesində insanda əxlaqi, mənəvi keyfiy-
yətlər yaranır, xarakter, səciyyə formalaşır. “Əxlaq” sözü
də ərəbcə “Xəlq” kəlməsindən əmələ gəlmişdir ki, bu da
“Xarakter”, “Səciyyə” mənalarını verir. “Məxluq” sözü də
buradan meydana gəlmişdir. Azərbaycan xalqının milli
xüsusiyyətləri, özünəməxsus səciyyəsi, adət və ənənələri
vardır. Məsələn, qonaqpərvərlik, böyüyə hörmət, qadına
hörmət, ağsaqqal sözünün, ağbirçək sözünün eşidilməsi,
xalqın səciyyəvi, xarakterik xüsusiyyəti olmaqla, həm də
əxlaqi keyfiyyətdir. Xalq misalında deyilir: “Qonağın
ruzusunu Allah yetirir”. M. Kaşqarlı hələ XI əsrdə deyirdi:
“Paltarın yaxşısını özünə götür, yeməyin yaxşısını qonağa
ötür. ”
“Mənəviyyat”- isə “Məna” sözündən əmələ gəlmiş
insanın mənasını, dəyərini bildirir. Şərəf, ləyaqət, düzlük
və doğruçuluq, sadəlik və təvazökarlıq, mərdlik və igidlik,
dostluq və yoldaşlıq, vətənpərvərlik, hörmət və qayğı-
keşlik v. s mənəvi zənginliklərə aiddir.
32
Təhsil - “Təhsil” ərəb sözüdür. ”Hasil” sözündən
əmələ gəlmişdir. Yəni “Nəticə”, “Yekun” deməkdir. Tə-
lim və tərbiyənin nəticəsində təhsil meydana gəlir.
Təhsilin məqsədi: hərtərəfli inkişaf etmiş şəxsiyyətin
formalaşdırılması; özünün maraqlarına və cəmiyyətin
tələbinə uyğun olaraq yaradıcı potensialından istifadə et-
mək bacarığının inkişaf etdirilməsi; mütərəqqi adət və
ənənələrin davam etdirilməsi; elmin, texnikanın, mədəniy-
yətin inkişaf etdirilməsi, tarixi varisliyin təmin edilməsi;
dünyanın elmi surətdə anlaşılması; etniklərarası mə-
dəniyyətlərin inkişaf etdirilməsi; təhsilin bütün istiqamət-
lərinin yeniləşdirilməsi; insanın bütün həyatı boyu fa-
siləsiz təhsili; təhsilin müyəssərliyi; distant təlimin inkişaf
etdirilməsi; informasiya texnologiyalarından geniş surətdə
istifadə olunması; təhsilalanların akademik mobilliyi;
vətəndaş tərbiyəsi; pedaqoji kadrların elmi tədqiqatçılıqda
fəal iştirakı; yüksək ixtisaslı mütəxəssis kadrlarının
hazırlığının təmin edilməsi; peşə mobilliyi və s.
Təhsil müəyyən tədris müəssisələrində və ya müstə-
qil yolla həyata kеçirilir.
Təhsil gеniş anlayışdır. Оnun bütün növləri və fоr-
maları bu anlayışda cəmləşir. Məktəbəqədər təhsil, ibtidai
təhsil, natamam оrta təhsil,ümumi orta təhsil, оrta iхtisas
təhsili, ali təhsil, tехniki pеşə təhsili,pedaqoji təhsil, tibbi
təhsil, hərbi təhsil, magistr təhsili, fasiləsiz təhsil,
təkmilləşmə təhsili, dini təhsil, özünütəhsil və s. təhsil an-
layışına aiddir.
|