166
Zahiri bədən zamanla qocaldığı və təravətini yetərin-
cə sürətlə itirdiyi halda, daxili bədən dəyişmir. Sadəcə
onu daha dərindən hiss edə bilər və tam olaraq o ola
bilərsən. Əgər indi iyirmi yaşın varsa, daxili bədəninin
enerji sahəsini səksən yaşın olanda da eyni şəkildə hiss
edəcəksən. O eyni şəkildə canlı və güclü olacaq. Sənin
adət etdiyin durumun bədən xaricində olmaqdan,
zehninin küncündə sıxılmadan ayrılaraq İndiki anda
mövcud olan kimi, fiziki bədənin özünü daha yaxşı, canlı,
gümrah hiss edəcək. Bədəndə şüur çox olanda, onun mo-
lekulyar strukturunun sıxlığı da azalacaq. Şüur nə qədər
çoxdursa, maddilik illüziyası bir o qədər azdır.
Sən özünü xarici bədənindən daha çox, əbədi daxili
bədəninlə eyniləşdirəndə, mövcudluq şüurunun normal
durumuna çevrilir. Onda diqqətin keçmiş və gələcəyə
yayınmır, yəni artıq zamanı psixikana və bədəninin
hüceyrələrinə toplamırsan. Keçmişin və gələcəyin psi-
xoloji yükü olan zamanın toplanması hüceyrələrin
yenilənmə qabiliyyətini zəiflədir. Ona görə də, daxili
bədəndə yaşayanda, xarici bədəninin qocalması xeyli də-
rəcədə ləngiyir. Hətta qocalsan belə, sənin əbədi mahiy-
yətinin işığı xarici görünüşünü nurlandıracaq və qoca
görünməyəcəksən.
Dostları ilə paylaş: