XALQLARIN MİLLİ MƏNLİK
SİMASI-MƏDƏNİYYƏT
Ayinəsi işdir kişinin, lafə baxılmaz,
Şəxsin göriiniir surəti-əqli əsərində.
Ziya paşa.
Mədəniyyət geniş anlayışdır. O, bəşər övladının yarandığı
vaxtdan bəri yaratdığı və getdikcə təkmilləşdirdiyi maddi, mənəvi,
ruhani, ideoloji, bədii-estetik və digər sərvətləri özündə ehtila edir.
Yəni, insanlığı şərtləndirən yaddaş, dünyagörüş, elm, davranış,
ünsiyyət, incəsənət, məişət və s. bu kimi keyfiyyətlər mədəniyyətin
komponentlərindəndir. Mədəniyyətşünaslıq isə, mədəniyyətin inkişaf
xüsusiyyətlərini, hər xalqda onun təzahür formalarını, qarşılıqlı
faydalanma və təsir vasitələrinin özgünlüklərini öyrənir. Bu öyrənmə
yeni nəslin və bəşəriyyətin mədəni və intelektual səviyyəsinin inkişafı
üçün zəruridir.
Bütövlükdə mədəniyyət şəxsiyyətin və xalqların fərdi
intelektinin, yaradıcılıq potensialının göstəricisidir. Təsadüfi deyil ki,
hər bir xalqın və şəxsiyyətin xarakterik xüsusiyyətlərinə, daxili
dünyasının mənzərəsinə və potensial imkaniarına bələd olmaq
istəyənlər birinci növbədə onun yaratmış olduğu mədəni sərvətə,
əsərlərinə və abidələrə müraciət edirlər. Çünki, mədəniyyəti yaradan
xalq (şəxsiyyət) eyni zamanda bu prosesdə özü formalaşır. Ona görə
də xalqın xarakteri onun öz əsərində-mədəniyyətində üzə çıxır, necə
deyərlər, “şəxsin görünür surəti-əqli əsərində”.
Mədəni sərvətlərin yaradılmasında məişət, qida, geyim,
təşərrüfat, adət-ənənə və s. həyat səraiti, genetikyaddaşdan və tarixi
inkişafdan gələn dünyabaxışı, qarşılıqlı əlaqələr və ünsiyyət bu və ya
başqa şəkildə iştirak edir. Bir sözlə, onu yaradanların tanınması
mədəniyyətin, mədəni sərvətin bütövlükdə mənimsənilməsi əslində
insanlığın inkişaf və formalaşma prosesinin dərki (və idarə edilməsi)
deməkdir. Odur ki, mədəniyyətşünaslıq fəlsəfənin mühüm ideya-
estetik tərkib hissəsidir. Məhz bu səbəbdən də Sədaqət xanım
Məmmədova onun elmi, dini, ideoloji, mənəvi və estetik
4
(incəsənət baxımından) komponentləri ilə yanaşı dil, məişət və sairlə
bağlı cəhətlərini şərh edərkən, haqlı olaraq, mədəniyyətə, xalqların
mədəni sərvətlərinə bütöv bir orqanizm kimi nəzər salmağa çalışır.
Nəticədə xalqların mədəniyyət tarixlərinin, yaratmış olduqları
mədəni sərvətlərin təsvir və təqdimi onların milli mənliyinin şərhi
təsiri bağışlayır. Təbii ki, bu zaman bəşər mədəniyyəti sərvətinin
yaradılmasında hər kəsin (xalqın) yeri, xidməti göz önündə canlanır.
Mədəniyyətlərin qarşılıqlı təsiri və bəhrələnməsinə həsr olunan
səhifələr haqqında danışılan xalqların intelektual potensialı barədə
oxucuda yaranmış təəssüratı daha da dərinləşdirir.
Müəllif dünya mədəniyyətinin inkişafında ayrı-ayrı dövrlərin,
tarixi proseslərin və xalqların rolunu aydınlaşdırarkən diqqəti
qürurla Azərbaycan xalqının dünya mədəni sərvətləri içərisindəki
payına, verdiyi töhfələrə yönəldir. Bu qürur onun mənsub olduğu
Azərbaycan xalqının istedad, qabiliyyət və mədəni sərvət cəhətdən
qabarıq fərdi siması ilə özünü göstərməsindən doğur. Yəni, bir daha
təsdiqlənir ki, Azərbaycan xalqının mədəni-mənəvi potensiyası güclü,
özü istedadlı olduğu üçündür ki, bəşər mədəniyyəti sərvətinə verdiyi
töhfənin çəkisi də kifayət qədər tutumludur.
Xalqın mənəvi sərvətcə zənginliyi, potensial imkanının
tükənməzliyi, haqlı olaraq, onun dövlət müstəqilliyinə etibarlı dayaq
hesab edilir. Təsadüfi deyil ki, Azərbaycan xalqının dövlət
müstəqilliyi əldə etməsində özgün rol oynayan mədəni, mənəvi
sərvətlərlə yanaşı milli dövlət atributları da kifayət qədər geniş şərh
olunur. Bu şərh kulturoloji xarakter daşımayıb, ilk dəfə olaraq, məhz
mədəniyətşünaslıq çərçivəsində həyata keçirilir. Odur ki, dərs
vəsaitinin gənc nəslin (təiəbələrin) milli ruhda, yüksək intellektual
qürurda tərbiyə edilib formalaşmasına və inkişafına əhəmiyyətli təsir
göstərəcəyi şəksizdir.
Dostları ilə paylaş: |