İnformasiya sistemi – idarəetmə prosesinin informasiya ilə
təmin olunmasını təşkil edən vasitə olub, bütün idarə sisteminin
bölmələrinə lazım olan dəqiq məlumatların vaxtında verilməsinə
imkan verir. İnformasiya sistemi aşağıdakı elemintləri özündə əks
etdirir:
- İnformasiyanın toplanması.
- İnformasiya dövriyyəsinin təşkili.
- İnformasiyanın saxlanması və aktuallaşdırılması.
- İnformasiya sisteminin texniki təminatı.
- İnformasiya sisteminin riyazi (proqram) təminatı.
- İnformasiyanın verilməsi.
İnformasiya sistemləri sadə və mürəkkəb quruluşlarda hazırlana
bilərlər. Sadə informasiya sistemləri əsasən müəssisədaxili bölmələr
üçün nəzərdə tutulur və informasiyanın toplanması, saxlanması,
verilməsi prosesləri insanlar tərəfindən əl ilə həyata keçirilir.
Mürəkkəb informasiya sistemləri isə bütün əməliyyatların
avtomatlaşdırılmış qaydada icrası və tətbiqi ilə bağlıdır. Bu halda,
ilkin informasiyadan tutmuş hesabat sənədlərinin alınmasınadək
bütün işlərin icrası texniki vasitələrin köməkliyi ilə və
avtomatlaşdırılmış qaydada - kompüter texnologiyasının tətbiqi ilə
həyata keçirilir.
Menecmentin təşkili və tətbiqi üçün bütün müəssisə və
təşkilatlar zəruri informasiya bazasına malik olmalıdırlar. Bunun
üçünsə ilkin informasiya massivləri təşkil odunmalıdır. Bu
informasiya massivləri isə, normativ-sorğu, cari və axtarış
informasiya blokları şəklində tərtib oluna bilərlər.
Ümumiyyətlə hər bir informasiya sistemi aşağıdakı
parametrlərlə xarakterizə olunur:
- Məlumatlar bazasındakı sabit informasiyanın həcmi.
76
-Daim hərəkətdə olan, axın xarakterli, dəyişən informasiyanın
həcmi.
-İnformasiya sistemində kommunikasiya şəbəkəsinin buraxa
bilmə qabiliyyəti.
- İnformasiya sistemin operativ və dəqiq fəaliyyəti.
- İnformasiya işlərində əlaqələndirmə dərəcəsi.
İnformasiya sisteminin təşkili üzrə bu və ya digər xüsusiyyətləri
açıb göstərən, mövcud olan bütün variantları müxtəlif aspektlər üzrə
aşağıdakı kimi təsnif etmək olar:
1. İdarəetmə səviyyələrinə görə - informasiya toplanması
dərəcəsini, mərkəzləşdirilən və qeyri-mərkəzləşdirilən sistem kimi
ayırmaq olar.
2. Əhatə dairəsinə görə – informasiya sistemi lokal və
kompleks sistemlərə bölünür. Lokal sistem, məlumatları ayrı-ayrı
problem və ya idarəetmə funksiyaları üzrə istiqamətləndirir.
Kompleks sistem isə, idarəetmə prosesində bütün məlumatların
olmasını tələb edir.
3. Təyinatına görə – istehsalat informasiya sistemi və elmi-
texniki informasiya sistemləri fərqləndirilir.
4. Mürəkkəblik dərəcəsinə görə - sadə və mürəkkəb
informasiya sistemləri ayrılırlar.
5.
İnformasiyanın işlənməsinin avtomatlaşdırılması və
mexanikləşdirilməsi səviyyəsinə görə - əl ilə işlənən,
mexanikləşdirilmiş və avtomatlaşdırılmış sistemlər mövcuddur.
İnformasiya sistemlərinin hazırlanması və tətbiq edilməsinin ən
mühüm üstünlüklərindən biri, informasiyanın toplanması və
işlənməsində operativliyi təmin etməklə yanaşı, həm də çoxvariantlı
idarəetmə qərarlarının hazırlanması üçün imkan yaratmasıdır. Hər bir
menecer, bu sistemin köməyi ilə müxtəlif qərar variantlarından ən
əlverişlisini seçmək və tətbiq etmək imkanı əldə edir
|