Kreativ testlər - insanlarda yaradıcılıq qabiliyyətlərini aşkara çıxarmaq üçün tətbiq
edilir. Ən çox tanınan C. Gilfordun və E. Forrensin testlərini aid etmək olar. Bu testin
əsasında yeni, qeyri-adi ideyaları irəli sürə bilmək qabiliyyətini aşkara çıxarmaq dayanır. Bu
testdə tapşırıqlar sistemi elə qurulmuşdur ki, yoxlanan adam şəraiti dəyişmək, obyektə başqa
cür yanaşa bilmək imkanına malik olsun.
Şəxsiyyət testləri - fərdin şəxsiyyətinin müxtəlif cəhətlərini tədqiq etmək üçün istifadə
olunur.
Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
32
Proyektiv testlərə - gəldikdə onlar daxili proyeksiya dinamikası doğuran qeyri-
müəyyən stimulların təqdimi əsasında yoxlananların şəxsiyyətini tamlıqda öyrənməyə imkan
verən metodikadır. Bu cür testlərə Rorşaxın testini, Tematik appersepsiya testi (TAT) və s.
TAT-ın tətbiqi zamanı yoxlanan adam ona təqdim olunan şəkildə baş verən hadisələri
təsvir edir və bu zaman həmin hadisələrə öz daxili hiss və məramını ifadə edir. Şəkillər elə
tərtib olunur ki, onları müxtəlif şəkildə şərh etmək mümkün olsun.
|