prinsiplərini, həm də ekoloji siyasəti və ekoloji tənzimləmə
tədbirlərini əhatə edir.
Təbiətdən istifadənin iqtisadiyyatı, təbiətdən istifadədən
başqa, iqtisadi nəzəriyyə (tələbatla məhdud resurslar arasındakı
ziddiyyət, zahiri effekt, tələb, təklif və s.), funksional və sahələr üzrə
iqtisadi məsələlər (maliyyə, statistika, meşə iqtisadiyyatı və s.),
sosial və iqtisadi coğrafiya, habelə bir sıra təbiət (ilk növbədə
ekologiya) və texniki elmlərlə sıxı əlaqədardır.
Təbiətdən istifadənin iqtisadiyyatı öz fənnini (pred-
metini) abstraksiyanm ən yüksək səviyyəsində, xalq təsərrüfatı
(makroiqtisadi) mövqedən və iqtisadi-ekoloji prioriteti nəzərə
almaqla əhatə edir. Eyni zamanda bu elm sahəsi həm də
mikroiqtisadi proseslərin analizindən, ekoloji sahibkarlıq
problemlərindən, ekoloji marketinqdən və s. bəhs edir.
Təbiətdən istifadənin iqtisadiyyatı və ekologiyasına dair
tədqiqatlarda bir çox elm sahəsində tətbiq edilən üsullardan istifadə
edilir, tik növbədə, dialektik, balans, normativ, sistemli, riyazi,
statistik, xəritələşdirmə, modelləşdirmə və s. metodlardan istifadə
edilir. Onun metodoloji aspektləri hazırda proqram-moqsədli
optimallaşdırma hesabına təzələnməkdədir. Təbiətdən istifadənin
iqtisadiyyatı obyektivlik, elmilik və tarixilik prinsipləri üzrə
formalaşmaqdadır.
Təbiətdən istifadə iqtisadiyyatı mütəhərrik inkişafda olan
bir elm kimi yeni analitik (üsullar) priyomlar, konsepsiyalar,
ideyalar üçün aşkarlıq nümayiş etdirir. Bu onunla əlaqədardır ki,
təbiətdən istifadənin iqtisadiyyatı və ekoloji əsasları elmlərarası bir
sahədir və çox mürəkkəb ekoloji-iqtisadi problemləri əhatə edir.
Dostları ilə paylaş: