referensial məna, çünki bu məna həmin dildə danışan insanların
həyat təcrübəsini əks etdirir, bundan sonra ikinci yerdə
praqmatik məna durur. Eyni şeyi eyni formada qəbul etsək də
həmin şeyə münasibət təmamilə müxtəlif olur. Məsələn, ölmək
və gəbərmək fellərinin hər ikisi eyni şeyi ifadə etsələr də,
müxtəlif subyektiv münasibətləri ifadə edir. Üçüncü yerdə isə
intralinqvistik məna durur, çünki tərcümə prosesində məxəz
14 ^
mətndəki sözlərin intralinqvistik mənaları hədəf dildəki sözlərin
intralinqvistik mənaları ilə əvəzlənir. Biz hətta intralinqvistik
mənanın transformasiya olunmamasından da danışa bilərik. Bu
üç mənanın tərcümə mətnində transformasiyası əsasən məxəz
mətnin növündən asılıdır. Əsasən faktual informasiyadan ibarət
mətnlərdə başlıca diqqət referensial mənanın transformasiyasına
yönəldilib, konseptual məlumatın əsas rol oynadığı mətnlərin
tərcüməsində praqmatik mənaya üstünlük verilir.
^Tərcümənin praqmatik aspekti. Praqmatika anlayışı təkcə
praqmatik məna ilə məhdudlaşmır. Praqmatika anlayışı
praqmatik mənadan daha genişdir, ünsiyyət prosesində iştirak
edənlərin mətni dərk etmə dərəcəsi, linqvistik və ekstralinqvistik
təcrübəsindən asılı bütün problemləri əhatə edir. Ünsiyyət
prosesində iştirak edənlərin ekstralinqvistik təcrübəsi, hazırlığı,
dünya bilgiləri {world knowledge) onların məxəz dili
anlamalarına müəyyən qədər kömək edir. Ola bilər ki, məxəz və
hədəf dillərdə danışanların ekstralinqvistik bilikləri üst-üstə
düşməsin, məxəz və hədəf dillərdə danışanların ekstralinqvistik
bilikləri fərqli olsun. Bunun nəticəsində məxəz dilin daşıyıcıları
üçün aydın başa düşülən bir çox şeylər tərcümə dilinin
daşıyıcıları üçün az, yaxud tam anlaşılmaz olsun, yaxud əksinə.
Məsələn, tələbələrin başa düşmədiyi bir cümlə bizə təqdim
edilmişdi. Orda kimsə Canute-a bənzədilirdi. Tələbənin fon biliyi
cümləni başa düşməyə imkan vermirdi. Bunun üçün biz
Lonqman lüğətinə (17) baxıb ordakı məlumatı oxuyuruq. Canute
(995- 1035) - King of England from 1016 till 1035, who also
be-ca- me king of Denmark and Norway. According to an old
story, King Canute once tried to show how powerful he was by
ordering the sea to stop moving towards the land. People
sometimes mention this story when they are talking about
something that is so powerful that it is useless to try to stop it.
Əgər tərcüməçi bunu nəzərə almasa, ən dəqiq tərcümə belə
istənilən təsiri bağışlaya bilməz, çünki tərcümə nəzərdə tutulduğu
in
15
"=^
sanlar üçün anlaşılmazdır. Ona görə də praqmatik amil
tərcümədə tam adekvatlıq əldə etməyin ən mühüm şərtlərindən
biridir. Həm də yadda saxlamaq lazımdır ki, bütün mətnlərdə
praqmatik amilin eyni dərəcədə nəzərə alınması vacib deyil.
Alman tərcümə nəzəriyyəçisi A. Nyubert (19) mətnlərdəki
praqmatik amilləri nəzərə alaraq bütün mətnləri dörd qrupa
bölür:
1. elmi-texniki mətnlər (bu mətnləri mütəxəssislər eyni cür
başa düşürlər)
2. qəzet məqalələri və ölkənin özü üçün nəzərdə tutulan bəzi
mətnlər, belə mətnlərin məzmunu o qədər də asanlıqla başa
düşülmür:
3. bədii mətnlər
4. ölkənin xarici siyasətinin təbliğindən bəhs edən mətnlər
və elanlar
İ.R.Qalperin (10) ifadə olunmuş məlumata görə mətnləri
əsasən iki yerə bölür: məzmun etibarilə faktual informasiyalı
mətnlər {content factual) və məzmun etibarilə konseptual
informasiyalı mətnlər {contenhconceptual). Bunların birincisinə
informasiya yükü daha çox, emosionallıq, çoxmənalılıq və
obrazlıhq az olan mətnlər, ikinciyə isə əsasən bədii ədəbiyyat və
ona yaxın olan mətnlər daxildir.
P.Nyumark mətnləri üç qrupa bölür: 1) ciddi bədii ədəbiyyat
(serious imaginative literature-lirik şer, roman, pyeslər); 2)
mötəbər bəyanatlar (authoritative statements), siyasi nitq və
sənədlər, nizamnamə və hüquqi sənədlər, elmi fəlsəfi əsərlər 3)
tərcümeyi-hal,
hekayələr,
oçerklər,
şəxsi
yazışmalar
(authobiographies, essays, personal correspondence).
Nəzəriyyəçilər arasında mətnləri bədii {art) və pragmatik
ipragmatic) kimi iki qrupa bölənlər də var. Bunu bəzən ünvanlı
və ünvansız mətn adlandıranlar da var. Şübhəsiz ki, bədii mətnin
əksər hallarda ünvanı yoxdur, ancaq mağazadan televizor alanda
ona istifadə qaydaları da əlavə olunur ki, bu da həmin istifadə
qaydalarının kimə ünvanlandığını
16 /
göstərir. Tərcümənin növlərindən bəhs etdikdə bu məsələyə yenə
qayıdacağıq.
Dostları ilə paylaş: |