Formal ekvivalent yönümlü tərcümə prinsipləri
Müxtəlif növ tərcümələrin səciyyəvi cəhətlərini tam dərk
etmək üçün tərcümə prosesində formal ekvivalentlərin
tapılmasına yönəlmiş prinsipləri təfərrüatı ilə təhlil etmək
lazımdır. Formal ekvivalent yönümlü tərcümələr əsasən məxəz
yönümlüdür, yəni bu tərcümənin məqsədi məxəz mətnin forma
və məzmununun əsas cəhətlərini tərcümədə mümkün qədər
qabarıq şəkildə ifadə etməkdir. Mahiyyət etibarilə bu semantik
tərcümədir.
233
Belə etdikdə formal ekvivalent yönümlü tərcümə orijinal-
dakı bir sıra formal elementləri, o cümlədən (1) qrammatik
vahidləri, (2) sözlər arasındakı məntiqliyi, (3) leksik mənaları
saxlamağa çalışır. Qrammatik vahidlərin tərcümədə saxlanması
dedikdə (a) ismin isimlə, felin fellə və s. verilməsi, (b) bütün
frazalarm, cümlələrin orijinalda olduğu kimi (yəni mürəkkəb,
qarışıq cümlələr parçalanmır, ayrı şəkildə formalaşdırılmır), (c)
bütün formal göstəricilərin (məsələn, durğu işarələri, abzaslar,
pauzalar, şerə məxsus formal elementlər) qarşılığını tapıb
tərcümədə verilməsini nəzərdə tutur.
Orijinaldakı sözlərin ardıcıllığını, məntiqi əlaqəsini
tərcümədə əks etdirməyə cəhd edərkən formal ekvivalent
yönümlü tərcümə əksər hallarda terminologiya uyğunluğunu
təmin etməyə, yəni məxəz dildəki terminə uyğun birisini hədəf
dildə tapmağa çalışır. Belə təcrübə əksər hallarda cəfəng, məntiqi
cəhətdən əlaqəsiz söz düzümünə aparıb çıxara bilər. Bununla
belə, bir sıra tərcümələrdə terminlərin, müəyyən məfhumların
uyğunluğu çox vacibdir. Məsələn, Qurani-Kərimi tərcümə
edərkən ona məxsus bir sıra dini terminlərin saxlanması,
qarşılığının tapılması oxucuya Qurani-Kərimin mahiyyətini başa
düşməyə imkan verir. Formal ekvivalent yönümlü tərcümədə
bəzi terminlərin mənasının açılması üçün mütərcim dırnaqarası
açıqlamalardan, aralıq cümlələrdən, hətta müəyyən sözləri xüsusi
şriftlə vermək yolu ilə onları digərlərindən ayırır. Beləliklə
diqqəti onların üzərində cəmləmək üsulundan da istifadə edir,
orijinalın mahiyyətini daha aydın əks etdirmək üçün əlavələrə yer
verir.
Formal ekvivalent yönümlü tərcümədə məxəz mətndəki
sözlərin qarşılığını vermək üçün adətən məxəz mətndəki
idiomlarda dəyişiklik edilmir. Bu cür idiomlar bu və ya digər
dərəcədə hərfən tərcümə olunur. Bu da oxucuya orijinal mətndəki
ifadə tərzini, yerli, kultural elementləri olduğu kimi dərk etməyə
imkan verir.
234
Bir çox hallarda iso tərcüməçi sadəcə olaraq məxəz mətn-
dəki müəyyən elementləri tərcümədə verə bilmir. Aydındır ki,
cinas, xiazm, səs təqlidinin və təkrarın bəzi növlərinin tərcümədə
münasib ekvivalentini tapmaq, yaratmaq mümkün deyil.
Məsələn, Azərbaycan bayatılarının, demək olar, hamısı cinas
əsasında qurulmuşdur:
Əzizi mən kimi gözhr.
Tar çalan simi gözhr.
Qaşın kimi qaş olmaz.
Gözlərin kimi gözhr.
Burada göz sözü dörd dəfə işlənmişdir: o, iki dəfə göz
sözünün cəmi, bir dəfə gözləmək, bir dəfə də ehtiyatlı dolan- maq
mənalarında işlənmişdir. İngilis dilində eye sözü ilə bu
omonimləri yaratmaq mümkün deyil. Ona görə də mütərci- min
bu istiqamətdə cəhdləri uğursuzluğa məhkumdur. Belə hallarda
mütərcim müəyyən şərhlərdən istifadə edir, həmin ifadənin,
priyomun mahiyyətini açıqlayır. Məsələn, ingilis dilində man və
woman sözləri eyni kökdəndir, ancaq qadın və kişi sözləri
Azərbaycan dilində eyni kökdən deyil. Bu sözləri şerdə heç cür
qafiyə halına salmaq mümkün deyil. Dillərdə bu cür formal
ekvivalentlər azdır, çünki dillər ümumiyyətlə forma və məzmun
cəhətindən əsaslı şəkildə fərqlənir.
Formal ekvivalent yönümlü tərcümələrdə bəzən elə məqamlar
ola bilər ki, orta səviyyəli oxucu üçün anlaşılmaz olsun. Ona görə
də belə tərcümələri həmişə şərhlərlə təchiz etmək lazımdır. Çünki
müəyyən formal elementləri adekvat şəkildə vermək mümkün
deyil; həm onların mahiyyətinin izahı, həm də istifadə olunan
formal ekvivalentlərin mənasının açılması bunu tələb edir.
Sırf formal ekvivalent yönümlü tərcümələrin bəzi növləri,
məsələn, sətri tərcümə, tamamilə orijinalı sözbəsöz təkrar edən,
yaxud tam izahedici səciyyəli tərcümələr dəyərsiz olsalar da,
bəziləri böyük əhəmiyyət kəsb edir. Məsələn, dilçilər
235
üçün hazırlanmış xarici dil mətnlərinin tərcüməsi çox nadir
hallarda orijinaldan uzaqlaşır. Formal elementlərin hər iki dildə
əksər hallarda yaxınlığı belə tərcümələr üçün səciyyəvidir. Belə
tərcümələrdə sözlər hərfən üst-üslə düşür, yəni tərcümə tamamilə
hərfidir, sözbəsözdür. Hətta seqmentlər bəzən elə düzülür,
nömrələnir ki, müvafiq dil vahidlərini asanlıqla müqayisə etmək,
tutuşdurmaq olur. Məsələn, Qurani-Kərimin tərcüməsində
mətnlər yan-yana qoyulmuşdur ki, bu da asanlıqla müqayisə
aparmağa imkan verir.
Formal ekvivalent yönümlü tərcümələr haqqında əvvəlki
bölmələrdə müstəqim və qeyri-müstəqim deyilənlərdən bəlli olur
ki, bu cür tərcümələr ciddi, ölçülüb-biçilmiş tərcümələrdir.
Müəyyən növ mətnlər və reseptorlar üçün çox məqbul
tərcümələrdir. Onların müəyyən kateqoriya reseptorlar üçün
məqbulluğu ilə bağlı ayrı bir məsələ ortaya çıxır ki, bu da
tərcümənin müxtəlif növlərinin səciyyəvi cəhətlərinin təsviri ilə
qarışdırılmamalıdır. Biz onların ancaq mühüm cəhətlərinə fikir
veririk, onların dəyərləndirilməsi ilə məşğul deyilik.
Dostları ilə paylaş: |