Microsoft Word Diabet son versiya docx


•  Periferik  və  autonom  neyropatiya



Yüklə 470,14 Kb.
Pdf görüntüsü
səhifə40/49
tarix25.12.2016
ölçüsü470,14 Kb.
#3024
1   ...   36   37   38   39   40   41   42   43   ...   49
•  Periferik  və  autonom  neyropatiya  xəstəlik  tarixçəsi,  fiziki  müayinə  və  hissiyyat 

pozuqluğunu müəyyən etmək üçün sensor testləri, isti/soyuq əşya ilə toxunma və s. ilə 

qiymətləndirilməlidir. 

 

>> 


Müayinə vasitələrinə pambıq yun monofilament, kamerton, palpasiya daxildir.  

 

>> 



Neyropatiya,  infeksiya,  xoralar  və  s.  ilə  əlaqədar  şəkərli  diabet  xəstəliyi  müəyyən 

olunduğu andan iki il sonra, ondan sonra isə ildə bir dəfə ayaqlar müayinə olunmalıdır.   

 

• Sidikdə kalsium miqdarı şəkərli diabet xəstəliyi müəyyən olunduğu andan iki il sonra, 

ondan  sonra  isə  ildə  bir  dəfə  ölçülməlidir.  (Davamlı  mikroalbuminuriya  böyrək 

çatışmazlığının  inkişafını  son  mərhələdə  qarşısının  alınmasının  zəruri  olduğunun 

əlamətidir və makrovaskular xəstəlik riskinin artması ilə bağlıdır). 

 

Mümkün  olduğu  təqdirdə,  mikroalbuminuriya  ildə  bir  dəfə  aşağıdakı  vasitələrlə  təhlil 



edilməlidir: 

 

>> 



Gecə yarısı və ya 24 saat ərzində sidiyin toplanması (AER). 

 

>> 



İlk səhər sidiyinin zülal/kreatinin nisbəti (ACR). 

 

Mikroalbuminuriyanın  qiymətləndirilməsi  mümkün  olmadığı  təqdirdə,  sidikdə 



kalsiumun  səviyyə  göstəricisi  müəyyən  edilə  bilər. 

Bu  sadəcə  makroalbuminuriyanı 

müəyyən edir (>500mq/gün) 

 

Davamlı  mikro  –  və  ya  makroalbuminuriya  angiotenzin  çevirici  fermentin  inhibitorları 



(Angiotenzin  çevirici  fermentin  inhibitorlarının  yan  təsiri  olduğu  təqdirdə  (məsələn 

davamlı  öskürək),  angiotenzin  reseptorları  blokatorları  ilə)  müalicə  olunmalıdır. 

Proteinuriyanın  digər  səbəbləri  (sidik  yolu  infeksiyası  və  ya  şistosomoz  kimi)  istisna 

edilməlidir. 

 

Daha  ətraflı  məlumat  üçün  Uşaq  və  Yeniyetmələrdə  Diabet  Beynəlxalq  Cəmiyyətinin 



(ISPAD) 2009-cu il tarixli Təlimatının 17-ci Fəslinə bax  

 


Yüklə 470,14 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin