18.
TƏNQİDİ DÜŞÜNCƏNİN İNKİŞAFI metodu
T
ənqidi düşüncə - təhsilin yaradıcı, analitik, konstruktiv formasıdır.
T
ənqidi düşüncə təhsildə aşağıdakı məsələləri həll edir:
-
Öyrənənə prioritet istiqamətləri müəyyən etməyə kömək edir;
- F
ərdi məsuliyyəti qəbul etməyi nəzərdə tutur;
-
İnformasiya ilə işləmək mədəniyyətini artırır.
Texnologiyanın əsas mərhələləri
31
Birinci faza -
mövcud biliklərin aktuallaşdırılmasına, yeni informasiyanın alınmasına
marağın artırılmasına yönəldilmişdir.
• Dinləyici öyrənilən mövzu ilə əlaqədar öz mövqeyini və fikrini söyləyə bilər.
• Hər bir ifadə qeyd olunur, növbəti işlərdə hər birindən istifadə edilməsi ehtimalı
mövcuddur.
• Yığılmış informasiyanı sistemləşdirilməsi baş verir.
İkinci faza - informasiyanın aktiv olaraq alınmasına, yeni informasiyanın mövcud olan
informasiya il
ə müqayisəsinə, xüsusi dərrakənin formalaşdırılmasına həsr olunur.
Bu m
ərhələdə:
• Yeni informasiya ilə əlaqə həyata keçirilir;
• Dinləyicilər bu informasiyanı mövcud təcrübə və biliklə müqayisə edirlər;
• Qoyulan suallara cavabların axtarılmasına diqqət yetirirlər;
• Mürəkkəb problemlərə daha çox diqqət ayırırlar. Yeni məsələlərin həlli qarşıya qoyulur;
• Dinlənilənlər və oxunanlar müzakirə və təhlil edilir.
Üçüncü faza - yeni informasiyanın sistemləşdirilməsinə və toplanmasına, öyrənilən
materiala öz münasibətinin bildirilməsinə və informasiya meydanında yeni məsələlərin
formalaşmasına xidmət edir.
Refleksiya
– təfəkkürün yeni formasıdır. Refleksiv təfəkkür sizin diqqətinizin aydın
formalaşmasıdır. O dəqiq ölçünü, qiyməti və seçimi təsvir edir. Refleksiya prosesində yeni
informasiya artıq mənimsənilmiş olur, xüsusi biliyə çevrilir.