yətə düşür ki, eyni əmək müqabilində onun təklif etdiyi məvacib xüsusi
bölmə çərçivəsində müvafiq əməyə görə verilən məvacibdən xeyli aşağı
idi.
Bununla əlaqədar olaraq qeyd etmək lazımdır ki, ümumi bölmədə
əməyə görə haqq qanunla və qanun aktları ilə ciddi və qəti surətdə
müəyyənləşdirilir, halbuki xüsusi bölmədə əməyə görə haqq tələb və
təklif qanununun təsirindən asılıdır. Əgər xüsusi bölmədə müəyyən
məqamda bəzi peşələr üzrə mütəxəssis, misal üçün, informatika
mütəxəssisləri çatışmazlığı müşahidə edilərsə, onların əmək haqqı
artırılacaq, ümumi bölmədə isə əmək haqqı dondurulmuş vəziyyətdə
qalacaq və bu səbəbdən həmin bölmə özünə lazım olan mütəxəssisləri
toplaya bilməyəcəkdir.
Bu cür geridəqalma rəhbər kadrlarla əlaqədar xüsusilə nəzərə
çarpır: «İsti yeri tutmaq» ənənəsi, yəni yüksək səviyyəli məmurların
ümumi müəssisələrdə və xüsusi bölmənin müəssisələrində işə keçməsi
təzahürü bununla izah olunur.
Məhz əməyə görə məvacib miqdarı müəyyənləşdirilməsində sərt
münasibətə gəlincə daha artıq dərəcədə qeyri-normal və hüdudsuz miqyas
alan bu münasibəti aradan qaldırmaq üçün indi əlavə haqq ödənilməsi
praktikası geniş yayılmağa başlamışdır.
Dostları ilə paylaş: