Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır


§2.  BÖYÜK  VƏTƏN  MÜHARĠBƏSĠ  GEDĠġĠNDƏ  ƏSASLI  DÖNÜġ



Yüklə 15,93 Mb.
Pdf görüntüsü
səhifə5/41
tarix06.09.2017
ölçüsü15,93 Mb.
#29141
1   2   3   4   5   6   7   8   9   ...   41
§2.  BÖYÜK  VƏTƏN  MÜHARĠBƏSĠ  GEDĠġĠNDƏ  ƏSASLI  DÖNÜġ 

MƏRHƏLƏSĠ 

 

Stalinqrad cəbhəsində tarixi qələbəsindən sonra qızıl ordunun Leninqraddan 



Qara  dənizə  kimi  ərazidə  düşmənə  qarşı  əks-hücumu  başlandı.  Hücumda  bütün 

cəbhələr iştirak edirdi. 

Leninqrad  və  Volxov  cəbhələrinin  qoşunları  Leninqradın  mühasirəsini 

yarmaq  məqsədilə  1943-cü  ilin  yanvarında  geniş  hərbi  əməliyyata  başladılar. 

Şlisselburq düşməndən təmizləndi, Leninqrad ölkə ilə birbaşa quru yol əlaqəsi əldə 

etdi.  Leninqrad  və  Volxov  cəbhələrindəki  döyüşlərdə  bir  çox  Azərbaycan  əsgəri 

fərqlənmiş,  onlardan  10  azərbaycanlı  snayper  SSRİ  orden  və  medalları  ilə  təltif 

olunmuşdu.  Şimal  Donanmasının  məşhur  snayperi  Məmmədəli  Abbasov 

hitlerçilərin  qəniminə  çevrilmişdi,  1943-cü  ildə  onun  şəxsi  hesabında  166  məhv 

edilmiş faşist var idi.

55

 

Süvari  kəşfiyyat  vzvodunun  komandiri  Pirəli  Səlimov  Kareliya  cəbhəsində 



1943-cü  ildə  14  dəfə  düşmən  arxasına  kəşfiyyata  getmiş  və  mühüm  məlumatlar 

əldə etmiş, faşist qarnizonunu sıradan çıxarmışdı. P.Səlimovun vzvodu hitlerçilərin 

mühasirəsinə düşmüş, qeyri-bərabər döyüşdə 50 faşisti məhv etmiş, 6 pulemyot və 

bir  neçə  minomyot  ələ  keçirərək  mühasirəni  yarmışdı.  İgid  komandir  "Qırmızı 

Bayraq" ordeni ilə təltif olunmuşdu.

56

 



Leninqrad  uğrunda  döyüşlərdə  vzvod  komandiri  Əmir  Əfəndiyev  bir  qrup 

avtomatçı  ilə  sürünərək  xəlvətcə  düşmən  səngərlərinə  yaxınlaşıb  atəş  nöqtələrini 

susdurmuşdu.  O  başqa  bir  döyüşdə  üzərinə  yeriyən  tankı  qumbaralarla  məhv 

etmişdi.


57

 

Azərbaycan  şahinləri  Leninqrad  səmasında  faşistlərlə  mərdlik  və  rəşadətlə 



döyüşürdülər.  1942-ci  ilin  axırlarında  qəhrəmanlıqla  həlak  olmuş  qorxmaz 

təyyarəçi Əli Səmədovun yerini qardaşı Asəf Səmədov tutmuşdu. Bombardmançı 

təyyarənin  komandiri  A.Səmədov  qısa  müddətdə  ondan  artıq  düşmən  obyektini 

yerlə  yeksan  etmişdi.  Leninqrad  üzərindəki  hava  döyüşlərində  Hüseyn  Bağırov 

mahir  qırıcı  təyyarəçi  və  kəşfiyyatçı  kimi  şöhrət  qazanmışdı.  O,  3  düşmən 

təyyarəsini vurmuşdu. H.Bağırov 1944-cü ilin yayında Pribaltika səmasındakı hava 

döyüşündə  qəhrəmanlıqla  həlak  olmuşdu.  Ölümündən  sonra  o,  I  dərəcəli  Vətən 

müharibəsi ordeni ilə təltif edilmişdi.

58

 

Adil Quliyev 1943-cü ilin yanvarında Staraya Rus məntəqəsi uğrunda qeyri-



bərabər  döyüşdə  faşist  təyyarəsini  vurmuş  və  "Qırmızı  Ulduz"  ordeni  ilə  təltif 

olunmuşdu. İgid şahin A.Quliyev müharibə illəri ərzində düşmənin 18 təyyarəsini 

məhv etdiyinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.

59

 



1943-cü  ilin  əvvəlində  Həzi  Aslanovun  komandanlıq  etdiyi  55-ci  qvardiya 

tank  briqadası  hücum  əməliyyatlarında  Mamayev  Kurqan  ətrafında  düşməni 



44 

 

darmadağın  etmişdi.  Mius  cəbhəsinin  məhv  edilməsi  tapşırığını  nümunəvi  yerinə 



yetirdiyinə görə H.Aslanov Aleksandr Nevski ordeni almışdı.

60

 



1943-cü  ilin  yayında  Hitler  Almaniyası  sarsılmış  vəziyyətini  düzəltmək 

üçün ümumi səfərbərlik etmiş və hərbi iqtisadiyyatını qüvvətləndirmək məqsədilə 

fövqəladə tədbirlər görmüş, Qərbdə ikinci cəbhənin olmamasından istifadə edərək 

Şərq  cəbhəsində  qəti  hücuma  başlamaq  qərarına  gəlmişdi.  "Sitadel"  adlanan  bu 

əməliyyatda düşmənin məqsədi cəbhənin dar hissəsi  - Kursk çıxıntısına cənubdan 

və  şimaldan  hücum  edərək,  Mərkəz  və  Voronej  cəbhələrinin  qoşunlarını 

mühasirəyə  salıb  dağıtmaq,  sonra  isə  Cənub-qərb  cəbhəsinə  arxadan  zərbə 

endirmək  idi.  Niyyətini  yerinə  yetirmək  üçün  Hitler  900  min  əsgər  və  zabitdən 

ibarət güclü qoşun qruplaşması yaratmışdı.

61

 



1943-cü  il  iyulun  5-də  hitlerçilər  50  texnika,  o  cümlədən  l6  tank  və 

motorlaşdırılmış  diviziyalarla  Oryol,  Belqorod  və  Kursk  ətrafında  hücuma 

başladılar.  Qızıl  ordu  düşmənin  hücumunu  dəf  edərək,  iyulun  12-də  əks-hücuma 

keçdi. İkinci Dünya müharibəsinin ən irimiqyaslı döyüşlərindən olan Kursk qövsü 

müharibənin  gedişində  əsaslı  dönüş  yaratdı.  Təşəbbüsü  öz  əlinə  alan  qızıl  ordu 

faşistlərin tam məğlubiyyətinə qədər onu əldən vermədi.

62

 

Kursk  qövsü  döyüşündə  sovet  qoşunları  tərkibində  Azərbaycanın  oğulları 



da mərdliklə döyüşürdülər. Qvardiya kapitanı İvan İlyasov rota ilə birlikdə Kursk 

vilayətinin  Krutoy  Luq  ətrafında  düşmənin  tank  hücumunun  qarşısını  almışdı. 

İlyasovun  rotasının  təhkim  olunduğu  batalyona  qarşı  düşmən  50  tank  və  bir 

alaydan  artıq  piyada  göndərdi.  10  tank  itirməsinə  baxmayaraq,  faşistlər  hücumu 

davam  etdirirdilər.  Batalyon  komandirinin  həlak  olduğunu  görən  İ.İlyasov 

komandanlığı əlinə alıb döyüşçüləri əks-hücuma qaldırdı. Döyüşün qızğın çağında 

düşmənin  ağır  tankı  İlyasovun  olduğu  səngərin  üzərini  örtdü.  Lakin  komandir 

özünü  itirmədi,  son  nəfəsinədək  döyüşü  telefonla  idarə  edə  bildi.  23  saat  davam 

edən  bu  döyüşdə  40  düşmən  tankı  yandırılmış,  800  faşist  məhv  edilmişdi. 

İ.İlyasova ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi.

63

 

Oryol  istiqamətindəki  vuruşlarda  gənc  döyüşçü  Davud  Quliyev  4  əsgərlə 



birlikdə gecə kəşfiyyatı zamanı kəndlərdən birində düşmən qarnizonunu - 30 əsgər 

və zabiti məhv etmişdi.

64

 

Kursk qövsü döyüşündə qızıl ordu yeni bir mühüm qələbə çaldı.  



Ukrayna ərazisinin faşist işğalçılarından azad olunması uğrunda döyüşlərdə 

Azərbaycan diviziyaları fəal iştirak etmişlər. 

1943-cü  il  avqustun  27-də  416-cı  diviziya  düşmən  müdafiəsini  yararaq  20 

km irəliləmiş və Cənub cəbhəsinin əsas qüvvələrinin hücumuna şərait yaratmışdı. 

Bir gündə diviziya Boqaçyovka, Mokn, Vasilyevka, Petropavlovka, Çerniqovskoye 

yaşayış məntəqələrini azad etmiş, düşmənin 3 minə yaxın əsgərini məhv etmiş və 

əsir  almış,  xeyli  texnikasını  sıradan  çıxarmışdı.  Diviziya  hücumlarını  davam 


45 

 

etdirərək  avqustun  30-da  Mius  cəbhəsi  sahillərinə  çıxmış,  Taqanroqda  yerləşən 



düşmən  qüvvələrinin  mühasirəyə  alınmasında  iştirak  etmişdi.  Həmin  gün  səhər 

diviziyanın döyüşçüləri 6-cı qvardiya tank briqadası ilə birlikdə Taqanroq şəhərinə 

daxil  olmuş  və  şiddətli  küçə  döyüşləri  nəticəsində  Taqanroqu  düşməndən  tam 

təmizlədilər.

65

  Taqanroqun  azad  olunması  uğrundakı  döyüşlərdə  təkcə  leytenant 



Bahəddin Mirzənin batareyası düşmənin 8 tankını, 13 avtomaşınını, 600 əsgər və 

zabitini məhv etmişdi. 

Taqanroq  ətrafında  alman-faşist  ordu  qruplaşmasının  mühasirəyə  alınması 

və  darmadağın  edilməsində,  habelə  şəhərin  azad  olunmasında  göstərdiyi 

qəhrəmanlığa  görə  Ali  Baş  Komandanın  əmri  ilə  416-cı  diviziyaya  fəxri 

"Taqanroq"  adı  verilmişdi.  Ölkənin  paytaxtı  Moskva  Azərbaycan  diviziyasını 

artilleriya yaylım atəşləri ilə salamlamışdı.

66

 



1943-cü il sentyabr ayının 7-də 416-cı Taqanroq atıcı diviziyası hitlerçilərin 

3-cü  Dağ  atıcı  diviziyası  tərəfindən  müdafiə  olunan  güclü  istehkam  xəttinə 

yaxınlaşdı. Düşmən istehkamları Markupol və Osipenko şəhərlərinə gedən yolları 

bağlamışdı.  Sentyabrın  8-9-da  Azərbaycan  diviziyası  düşmənin  müqavimətini 

qırdı.  Faşistlərin  10  əks-hücumuna  mərdliklə  sinə  gərən  döyüşçülər  qazanılmış 

mövqeləri əldə saxladılar. Bu döyüşlərdə diviziya 4 mindən artıq düşmən əsgər və 

zabitini  məhv  etmiş,  külli  miqdarda  döyüş  texnikası  ələ  keçirmişdi.  Həmin 

döyüşlərdə  kapitan  Firuddin  Süleymanov  əsil  qəhrəmanlıq  nümunəsi  göstərmiş, 

əlbəyaxa döyüşdə bir qrup döyüşçü ilə düşməni geri çəkilməyə məcbur etmiş, özü 

isə  şəhid  olmuşdu.  F.Süleymanov  ölümündən  sonra  I  dərəcəli  Vətən  müharibəsi 

ordeninə layiq görülmüşdü.

67

 



416-cı diviziya 1943-cü ilin oktyabrında düşməni Konstantinovka ətrafında 

darmadağın  edib,  tank  hissələrinin  köməyi  ilə  Melitopolu  azad  etmişdi.  Diviziya 

"Qırmızı Bayraq" ordeni ilə təltif olunmuşdu. 

Melitopol  uğrunda  döyüşlərdə  pulemyotçu  Ağaşirin  Cəfərov  xüsusən 

fərqlənmişdi.  O,  1943-cü  il  ərzində  500-dən  artıq  faşist  öldürmüşdü.  A.Cəfərov 

SSRİ  Ali Soveti Rəyasət  Heyətinin 1943-cü il 1 noyabr tarixli Fərmanı ilə Sovet 

İttifaqı Qəhrəmanı fəxri adı almışdı.

68

 



Kursk qövsündəki sovet qoşunları qarşısında əsas vəzifə Dnepr çayını keçib 

geri  çəkilən  düşmənin  hərbi  hissələrini  darmadağın  etmək  idi.  Vermaxt 

komandanlığı  güman  edirdi  ki,  eni  bir  kilometr  olan  çayı  asanlıqla  keçmək 

mümkün  deyil.  Dnepr  çayının  sağ  sahilində  faşistlər  möhkəm  istehkamlar 

yaratmışdı.  Lakin  qələbə  ilə  ruhlanmış  sovet  əsgərləri,  bütün  çətinliklərə 

baxmayaraq,  1943-cü  ilin  sentyabrında  Dnepr  çayını  müvəffəqiyyətlə  keçdilər. 

Onlar arasında Azərbaycan oğulları da vardı. 1943-cü ilin mart ayının 28-də 416-cı 

Taqanroq Azərbaycan atıcı diviziyası Nikolayev şəhərini də düşməndən azad etdi. 



46 

 

Ukrayna  ərazisinin  alman-faşist  istilaçılarından  azad  olunmasında  223-cü 



Azərbaycan atıcı diviziyası fəal iştirak etmişdi. 1943-cü ilin sentyabrında diviziya 

16  yaşayış  məntəqəsini  azad  etmiş,  düşmənin  4300  əsgər  və  zabitini,  45  top  və 

tankını,  çoxlu  minomyot  və  pulemyotunu,  habelə  digər  silahlarını  sıradan 

çıxarmışdı. Mayor Baxış Mehdiyev düşmənin güclü atəşinə baxmayaraq, öz hissəsi 

ilə Dnepri keçərək, sağ sahildə möhkəmlənmişdi. O, bir il ərzində döyüş rəşadətləri 

sayəsində leytenantdan mayor rütbəsinə qədər yüksəlmişdi.

69

 

Dnepri  keçəndən  sonra  223-cü  Azərbaycan  diviziyasının  1041-ci  alayına 



almanların Dnepropetrovskdan sənaye avadanlığı aparmasına mane olmaq vəzifəsi 

tapşırılmışdı.  Faşistlər  1041-ci  alayın  üzərinə  2  atıcı  diviziya  və  tank  alayı 

göndərmişdi.  Oktyabrın  4-dən  11-dək  gedən  qanlı  döyüşlərdə  alayın  əsgər  və 

zabitləri  düşmənin  50  hücumunu  dəf  etmiş,  3000  canlı  qüvvəsini,  13  topunu,  13 

minomyotunu, 10 tankını və bir zirehli maşınını sıradan çıxarmışdı.

70

 



1943-cü ilin noyabr-dekabr aylarında 223-cü diviziya 6 yaşayış məntəqəsini 

faşistlərdən təmizləmiş, düşmənin 4500 əsgər və zabiti, 20 tankı, 68 minomyot və 

digər  hərbi  sursatı  məhv  edilmiş,  bir  tank,  18  pulemyot,  başqa  hərbi  ləvazimat 

qənimət götürülmüş, 82 faşist əsir alınmışdı.

71

 

Taman  yarımadasının  alman-faşist  işğalçılarından  azad  edilməsində 



fərqləndiyinə  görə,  şəxsi  heyətinin  60-70  faizini  azərbaycanlı  döyüşçülər  təşkil 

edən  227-ci  atıcı  diviziya  fəxri  "Temyurq"  diviziyası  adını  almışdı.  Düşmənlə 

döyüşlərdə  diviziya  3000  faşisti  məhv  etmişdi.  Taman  yarımadasının  azad 

olunması uğrunda döyüşlərə görə diviziyanın 2007 əsgər və zabiti, o cümlədən 600 

azərbaycanlı orden və medallarla təltif edilmişdi.

72

 



1943-cü ilin sentyabrında "Donetsk" əməliyyatında göstərdiyi rəşadətə görə 

271-ci diviziyaya fəxri "Qorlovka" adı verilmişdi. Həmin ilin payızında bu diviziya 

Rusiya  və  Ukraynanın  faşistlərdən  azad  olunmasında  iştirak  etmişdi.  Bu 

döyüşlərdə  865-ci  atıcı  alayının  batareya  komandiri  Aslan  Qaraşov  qəhrəmanlıq 

nümunəsi  göstərmişdi.  Alaya  Semerinkovo  yaşayış  məntəqəsinin  müdafiəsi 

tapşırılmışdı.  Düşmən  onun  tutduğu  mövqe  üzərinə  14  tank  və  20  təyyarə 

göndərmişdi.  A.Qaraşovun  batareyası  açıq  mövqedən  2  tank  və  onlarca  hitlerçini 

məhv etmiş, özü isə qəhrəmancasına həlak olmuşdu. Cənub cəbhəsi hərbi şurasının 

qərarı ilə A.Qaraşovun adı əbədi olaraq hərbi hissənin şəxsi heyəti tərkibinə daxil 

edilmişdi.

73

 

Azərbaycan  oğulları  başqa  cəbhələrdə  də  rəşadət  göstərmişdilər.  1943-cü 



ilin oktyabrında Kerç boğazına çıxmaq əməliyyatında 20 yaşlı pulemyotçu Mehdi 

Quliyev  misilsiz  əsgəri  şücaət  göstərərək,  300-ə  yaxın  hitlerçini  məhv  etmişdi. 

Kerç yarımadasının azad olunmasında igidliyinə görə, M.Quliyev SSRİ Ali Soveti 

Rəyasət  Heyətinin  1943-cü  il  17  noyabr  tarixli  Fərmanı  ilə  Sovet  İttifaqı 

Qəhrəmanı adına layiq görülmüşdü.

74

 



47 

 

55-ci  Qvardiya  atıcı  diviziyasının  Kerç  boğazını  keçib  Krımı  azad  etmək 



əməliyyatlarının  iştirakçısı  Bəkir  Mustafayev  məharətlə  sürünərək  yüksəklikdə 

yerləşmiş  düşmən  rotasını  qumbara  ilə  susdurmuş,  əlbəyaxa  döyüşdə  şəxsən  40 

düşmən  əsgər  və  zabitini  öldürmüşdü.  Krım  və  Ukraynanın  azad  olunmasında 

göstərdiyi igidliyə görə B.Mustafayev SSRİ Ali Soveti Rəyasət Heyətinin 1944-cü 

il 16 may tarixli Fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adı almışdı.

75

 



Sumı  vilayətində  gedən  döyüşlərdən  birində  leytenant  Müseyib  Bağırov 

şəxsən  100  faşist  öldürmüşdü.  SSRİ  Ali  Soveti  Rəyasət  Heyətinin  1944-cü  il  22 

fevral tarixli Fərmanı ilə M.Bağırova Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi. 

Mikayıl  Ələkbərov  Dnepri  keçmək  əməliyyatında  igidlik  göstərmişdi. 

Kəşfiyyat əməliyyatları zamanı o, 14 hitlerçini məhv etmişdi. 1943-cü il oktyabrın 

23-də  Mikayıl  Məmməd  oğlu  Ələkbərov  Qorodovka  kəndində  qırmızı  bayraq 

qaldırmış  və  30-dan  artıq  düşmən  əsgərini  sıradan  çıxarmışdı.  Cəsur  əsgər  bu 

döyüşlərdə aldığı ağır yaralardan qəhrəmancasına həlak olmuşdu. SSRİ Ali Soveti 

Rəyasət  Heyətinin  1943-cü  il  26  oktyabr  tarixli  Fərmanı  ilə  M.Ələkbərov 

ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.

76

 

Ukraynanın  azad  edilməsi  salnaməsinə  leytenant  Məlik  Məhərrəmovun 



komandanlıq  etdiyi  qvardiya  rotasının  igidliyi  əbədi  daxil  olmuşdur.  1943-cü  il 

sentyabrın 27-nə keçən gecə  rota Dneprin sağ sahilinə  keçib həmlə ilə hitlerçiləri 

tutduğu  mövqelərdən  çıxarmışdı.  Bununla  da  sovet  ordusu  hissələrinin  çayı 

maneəsiz keçməsi təmin olunmuşdu. Məlik Məlik oğlu Məhərrəmova və onun 17 

silahdaşına  Sovet  İttifaqı  Qəhrəmanı  adı  verilmişdi.  Qvardiyaçı  qəhrəmanlara 

Lenin  ordenini  və  "Qızıl  Ulduz"  medalını  şəxsən  təqdim  edən  cəbhə  komandanı 

K.K.Rokossovski  qeyd  etmişdi  ki,  bir  rotanın  tərkibində  17  Sovet  İttifaqı 

Qəhrəmanı olması fərəhli və müstəsna haldır.

77

 

Baş  leytenant  Səlahəddin  Kazımovun  topçuları  1943-cü  il  oktyabrın  8-də 



Kiyevin  şimalında  Dneprin  sağ  sahilinə  çıxmış,  döyüş  mövqelərini  məharətlə 

dəyişərək,  ciddi  müqavimət  göstərən  düşmənə  gözlənilməz  nöqtələrdən  zərbələr 

endirmişlər. Dneprin sağ sahilindəki mövqeləri genişləndirmək uğrunda gedən 12 

günlük  döyüşlərdə  cəsur  topçular  faşistlərin  11  tankını,  külli  miqdarda  əsgər  və 

zabitini məhv etmişdilər. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1943-cü il 16 oktyabr 

tarixli  Fərmanı  ilə  S.Kazımova  Sovet  İttifaqı  Qəhrəmanı  adı  verildi.  Dneprin 

keçilməsi  uğrundakı  döyüşlərdə  igidliyinə  görə  Məmməd  Məhərrəmov  da  SSRİ 

Ali Soveti Rəyasət Heyətinin 1944-cü il 22 fevral tarixli Fərmanı ilə bu yüksək ada 

layiq görüldü.

78

 



1943-cü  il  noyabrın  6-da  Ukraynanın  paytaxtı  Kiyevin  faşistlərdən  azad 

edilməsi  uğrunda  döyüşlərdə  qvardiya  mayoru,  tankçı,  batalyon  komandiri  Xıdır 

Mustafayev  yüksək  məharət  və  igidlik  nümayiş  etdirmişdi.  Noyabrın  6-da  axşam 

batalyon  gözlənilmədən  düşmən  arxasına  keçərək  beş  saat  davam  edən  küçə 



48 

 

döyüşlərindən  sonra  Kiyevin  70  kilometrliyində  olan  Fastov  şəhərini  tutdu. 



Düşmən döyüş meydanında 64 top, 43 tank, hərbi təchizatlı 16 eşelon, 40 silah və 

ərzaq  anbarı,  40  min  ton  yanacaq  və  lokomotiv  qoyaraq  qaçmışdı.  Tank 

batalyonunun şəxsi heyətinin əksəriyyəti orden və medallarla təltif olunmuş, Xıdır 

Mustafayev  isə  SSRİ  Ali  Soveti  Rəyasət  Heyətinin  1944-cü  il  10  yanvar  tarixli 

Fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.

79

 



Leninqrad şəhəri Mərkəzi Hərbi-Dəniz Muzeyində eksponat kimi 86 düyün 

vurulmuş  bir  qaytan  qoyulmuşdur.  Bu,  Şimal  donanması  snayperi  Məmmədəli 

Abbasovun  üç  ay  ərzində  qırdığı  faşistlərin  sayını  bildirir.  Abbasov  hər  faşisti 

vuran  kimi  dərhal  cibində  gəzdirdiyi  bu  qaytana  bir  düyün  vurardı.  Ağcabədili 

müəllim M.Abbasov elə bir gün olmazdı ki, faşist öldürməsin. Onun məharətindən 

müntəzəm  yazan  Şimal  donanmasının  "Krasnı  flotes"  qəzeti  qeyd  etmişdi  ki, 

Məmmədəli  Abbasov  35  gündə  63  hitlerçi  qırmışdır.  Şimal  donanması 

komandanlığı onu "Qırmızı Bayraq" ordeni ilə təltif etmişdi.

80 

1944-cü  ilin  əvvəlində  qızıl  ordunun  bütün  cəbhə  boyu  hücumu  başlandı. 



Yanvarın  14-dən  iki  həftə  davam  edən  döyüşlərdə  Leninqrad  və  Volxov 

cəbhəsinin,  habelə  Baltik  donanmasının  qoşunları  Leninqrad  ətrafında  düşmənə 

ağır zərbə endirərək, onu 70-100 km geriyə oturtdu, Leninqradın blokadasına son 

qoyuldu. 

Sağ  sahil  Ukraynasının  azad  edilməsi  üçün  fəal  hərbi  əməliyyatlar 

genişləndi.  Ukraynanın  cənubundakı  şəhərlərin  azad  edilməsində  azərbaycanlılar 

igidliklə  vuruşurdular.  Odessa  vilayətinin  Strukova  kəndi  uğrunda  vuruşmada 

qvardiya  kapitanı  M.Hüseynov  düşmənin  əks-hücumunun  qarşısının  alınmasına 

bacarıqla rəhbərlik etmiş və döyüş meydanında həlak olmuşdu. Strukova kəndinin 

sakinləri  M.Hüseynovun  adını  əbədiləşdirərək,  kənd  məktəbinə  cəsur 

qvardiyaçının adını verdilər.

81

 



418-ci  diviziyanın  batalyon  komandiri,  qvardiya  mayoru  F.Qədimov  bir 

qrup  döyüşçü  ilə  geriyə  çəkilən  hitlerçilərin  Odessadan  çıxarmaq  istədikləri 

avtomobil karvanının qarşısını kəsərək alman əsgər və zabitlərini məhv etmiş, 200 

avtomaşını ələ keçirmişdi. İgidliyinə görə F.Qədimov I dərəcəli Vətən müharibəsi 

ordeni ilə təltif olunmuşdu.

82

 



Süvari kəşfiyyat komandiri Pirəli Səlimov 22 döyüşçü ilə faşistlərin tutduğu 

mövqeyin arxasına keçərək, onlardan 50 nəfərini məhv edib, əhəmiyyətli kəşfiyyat 

məlumatları ilə öz hissələrinə qayıdıb. Bu əməliyyata bacarıqla, cəsarətlə rəhbərlik 

etdiyinə görə P.Səlimov "Qırmızı Bayraq" ordeni ilə təltif olunmuşdu.

83

 

Sağ  sahil  Ukraynasını  alman-faşist  işğalçılarından  təmizləyən  416-cı 



Taqanroq  diviziyasının  əsgərləri  çox  sürətlə  vuruşa-vuruşa  Dnepr  çayının  sağ 

sahilinə  keçərək,  Nikolayev  şəhəri  yaxınlığında  düşmənin  müqavimətini  qırmış, 

birgünlük qanlı döyüşlərdən sonra şəhəri ələ keçirib Cənubi Buq çayına çıxmışlar. 


49 

 

1944-cü il fevralın 9-dan 10-na keçən gecə Dnepr çayını keçdiyinə və martın 23-də 



Nikolayev  şəhərini  azad  etdiyinə  görə  diviziya  Ali  Baş  Komandanın 

təşəkkürnaməsini aldı.  Aprelin 10-da  diviziya  qızıl ordunun digər birləşmələri ilə 

birgə  Odessa  şəhərini  azad  etdi.  Odessa  uğrunda  döyüşlərdə  416-cı  diviziya 

tərəfindən  düşmənin  2000-dən  çox  əsgər  və  zabiti  əsir  alınmış,  150  vaqon,  18 

lokomotiv,  8  döyüş  sursatı  anbarı  qənimət  götürülmüşdü.  Diviziyanın 

minaaxtaranları Odessa şəhərinin nadir memarlıq incisi olan Opera Teatrı binasını 

partlayışdan xilas etmişdilər. 

SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Odessanın düşməndən azad 

edilməsində  göstərdiyi  döyüş  nailiyyətlərinə  görə  416-cı  Taqanroq  diviziyası  II 

dərəcəli  Suvorov  ordeni,  diviziyanın  500-dən  artıq  döyüşçüsü  isə  SSRİ  orden  və 

medalları ilə təltif olunmuşdu.

84

 



Sağ sahil Ukraynasının alman-faşist işğalçılarından azad olunmasında 223-

cü  diviziya  da  fəal  iştirak  etmişdi.  1944-cü  ilin  yanvar-fevral  aylarında  diviziya 

döyüşçüləri  Verblojok  ətrafında  şiddətli  əks-hücumun  qarşısını  alaraq  düşmənin 

900  əsgər  və  zabitini,  101  top,  23  minomyot  və  45  pulemyot  atəş  nöqtəsini 

dağıtmışlar.

85

  1944-cü  ilin  mart-aprel  aylarında  223-cü  diviziya  Qızıl  Ordunun 



digər  birləşmələri  ilə  Kirovoqrad  və  Kaxovka  şəhərlərini  azad  edərkən  4000 

hitlerçi,  çoxlu  tank  və  top,  digər  hərbi  texnika  məhv  etmiş,  1944-cü  ilin  yazı 

ərzində  950  kv.km  ərazini  düşməndən  təmizləmiş,  90-a  yaxın  kənd  və  qəsəbəni 

azad etmişdi.

86

 

223-cü  diviziya  sovet  qoşunlarının  məşhur  Yassı-Kişinyov  əməliyyatında 



bilavasitə  iştirak  etmişdi.  Diviziyanın  B.Mehdiyevin  komandanlıq  etdiyi  1041-ci 

alayı  Saratov-Qalbena  ətrafındakı  döyüşdə  sıralarında  dörd  general  olan  2500 

hitlerçini məhv etmiş və əsir götürmüşdü. 

Ümumiyyətlə, 

Ukraynanın 

azad 


olunması 

uğrunda 


döyüşlərdə 

Azərbaycanın 20 igid oğlu Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, yüzlərlə 

döyüşçü orden və medallarla təltif olunmuşdu. 

Azərbaycanın fəxri olan 416-cı diviziya avqustun 24-də qızıl ordunun digər 

birləşmələri tərkibində Moldaviya SSR-in paytaxtı Kişinyovu azad etmişdi. 416-cı 

diviziyanın  döyüşçüləri  Ali  Baş  Komandanın  təşəkkürünə  layiq  görülmüşdülər. 

Kişinyov  uğrunda  döyüşlərdə  223-cü  diviziyanın  döyüşçüləri  də  fərqlənmişdilər. 

Onlar 4000 düşmən əsgər  və  zabitini  məhv etmiş, 3835-ni  əsir  almışdılar. Topçu 

serjant  X.Hüseynov  üç  döyüşçü  ilə  7  faşist  tankının  hücumunu  dəf  edərkən 

onlardan beşini sıradan çıxarmış, 30 hitlerçini öldürmüşdü. Cəsur topçu I dərəcəli 

Vətən müharibəsi və II dərəcəli Şöhrət ordenləri ilə təltif olunmuşdu.

88

 



Faşistlərin  Sağ  sahil  Ukraynasında  məğlubiyyəti  Krımın  azad  edilməsini 

yaxınlaşdırırdı.  1944-cü  il  aprelin  8-də  sovet  qoşunları  Perekopun  şimalından 

hücuma  keçdilər.  Krımın  azad  olunmasında  77-ci  və  227-ci  diviziyalar  əsil 


50 

 

qəhrəmanlıq nümayiş etdirdilər. 77-ci diviziya və 19-cu tank korpusu Tyumaşevsk 



ətrafında  güclü  həmlə  ilə  düşməni  Cankoy  dəmir  yol  qovşağından  çıxararaq 

Simferopola  yol  açdı.  Suran-Barık,  Maryanovka  və  Yekaterinovka  yaşayış 

məntəqələri  uğrundakı  şiddətli  döyüşlərdə  77-ci  diviziyanın  əsgərləri  5  min 

hitlerçini öldürmüş, 410-nu əsir almış, 29 top, 25 avtomobil və 50 vaqonu sursatla 

ələ  keçirmişlər.  1944-cü  il  aprelin  13-də  77-ci  diviziya  19-cu  tank  korpusu  ilə 

birlikdə  düşməni  Simferopoldan  çıxarmış,  minlərlə  faşisti  əsir  almışdı.  SSRİ  Ali 

Soveti  Rəyasət Heyətinin 1944-cü  il 24 aprel  tarixli  Fərmanı ilə  77-ci diviziyaya 

fəxri "Simferopol" adı verilmişdi.

89

 

1944-cü  il  mayın  7-də  diviziya  Sapun-dağı  ələ  keçirdi.  Tikanlı  məftillə 



əhatə  olunmuş,  dəmir-beton  örtüklü  bir  neçə  pulemyot  və  minomyot  atəş 

mövqeyini susduran Əmir Piriyevin dəstəsi düşmənə yaxınlaşaraq qumbaralarla 20 

hitlerçini öldürmüşdü. Komandirin yaralandığını görən Ə.Piriyev qvardiya rotasını 

hücuma  aparmış,  Sapun-dağın  zirvəsində  düşmənin  mühüm  atəş  nöqtəsini  ələ 

keçirərək şəxsən özü 16 hitlerçini məhv etmişdi. Döyüş şücaətinə görə Ə.Piriyevə 

Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi.

90

 

Sapun-dağ uğrunda döyüşlərdə Məmməd Dadaşov düşmən müdafiə xəttinə 



birinci olaraq çatdı və 17 faşisti öldürdü. Komandanlıq onu "Qırmızı Ulduz" ordeni 

ilə  təltif  etdi.

91

  Əbdüləziz  Qurbanov  bir  qrup  avtomatçı  ilə  düşmən  səngərlərinə 



yaxınlaşıb  qumbara  ilə  onlarla  hitlerçini  məhv  edərək,  Sapun-dağın  zirvəsinə 

qələbə  bayrağı  sancmışdı.  Ə.Qurbanov  "Qırmızı  Bayraq"  ordeninə  layiq 

görülmüşdü.

92

  Qvardiya  baş  leytenantı  Əhməd  Ağamirov  bir  qrup  topçu  ilə 



Sevastopol  ətrafında  mühasirədən  çıxmağa  cəhd  göstərən  faşistlərin  yolunu 

kəsərək, bir generalı, altı zabiti, 230 əsgəri əsir almış, xeyli qənimət ələ keçirmişdi. 

Ə.Ağamirov I dərəcəli Vətən müharibəsi ordeni ilə təltif olunmuşdu.

93

 



77-ci  diviziya  Sevastopola  birinci  daxil  oldu.  1944-cü  il  mayın  7-8-də 

diviziyanın  105  və  276-cı  alayları  faşistlərin  şiddətli  müqavimətini  qıraraq 

Malaxov  Kurqanı  ələ  keçirdi.  Mayın  9-da  diviziyanın  324-cü  alayı  şəhərin 

mərkəzində, dəmir yol vağzalında möhkəmləndi və əsas qüvvələrin gəlişinə qədər 

tutduğu  mövqeləri  saxladı.  Krımın  azad  olunması  uğrunda  döyüşlərdə  diviziya 

düşmənin  3  min  əsgər  və  zabitini  məhv  etdi,  1652  faşisti  əsir  aldı.  Sevastopolu 

düşməndən  azad  edərkən  Sapun-dağ  ətrafında  döyüşdə  nailiyyətlərinə  görə 

diviziya I dərəcəli Suvorov ordeninə layiq görüldü. Krımın azad edilməsi uğrunda 

döyüşlərdə 3141 əsgər və zabit SSRİ orden və medalları ilə təltif olundu. Ay-Petri 

uğrunda  döyüşdə  topçu  Süleymanov  və  dostu  Tereşşenko  düşmənin  çoxlu  hərbi 

texnikasını, 90 əsgər və zabitini məhv edib, topları ilə Ay-Petriyə qalxaraq dənizdə 

faşistlərlə dolu bərəni batırdılar.

94

 

1944-cü  ilin  aprelində  227-ci  diviziya  Feodosiya  və  Yalta  uğrunda 



vuruşlarda  5  mindən  artıq  düşmən  əsgər  və  zabitini  məhv  etdi,  8  min  nəfəri  əsir 

51 

 

aldı,  250  top,  400  avtomaşın  və  150  araba  qənimət  götürdü.  Diviziya  "Qırmızı 



Bayraq"  ordeni  ilə,  2300  döyüşçü  müxtəlif  orden  və  medallarla  təltif  olundu,  üç 

alay isə fəxri "Sevastopol" adına layiq görüldü.

95

 

1944-cü  ilin  hücum  döyüşlərində  Azərbaycan  diviziyaları  daha  da 



mətinləşmiş,  qızıl  ordunun  zərbə  qüvvələrinə  çevrilmiş,  döyüşlərdə  məharət  və 

cəsurluq nümayiş etdirmişlər. 

1944-cü  ildə  Azərbaycan  döyüşçüləri  başqa  cəbhələrdə  də  alman-faşist 

işğalçılarına  sarsıdıcı  zərbələr  vurulmasında  fəal  iştirak  edirdilər.  Belorusiyanın 

azad  olunması  uğrunda  döyüşlərdə  Sovet  İttifaqı  Qəhrəmanı,  qvardiya  general-

mayoru Həzi Aslanovun  komandanlıq etdiyi tank briqadasının döyüşçüləri böyük 

uğurlar  qazandılar.  1944-cü  ilin  iyununda  H.Aslanovun  tankçıları  partizanlarla 

birlikdə faşistləri Pleşinitsı şəhərində  darmadağın edərək, 3-cü  mexanikləşdirilmiş 

korpusun  Metion  və  Pusto-Petin  üzərinə  hücumunun  genişləndirilməsi  üçün 

əlverişli  şərait  yaratdılar  və  iyulun  2-də  Vineykanı  azad  etdilər.  H.Aslanovun 

tankçıları  qısa  zaman  ərzində  Belorusiyanın  bir  çox  yaşayış  məntəqələrini  azad 

edərək, düşmənin  minlərlə  canlı qüvvəsini,  43 tankını,  131 topunu, 12  minomyot 

batareyasını, 40 təyyarəsini, 15 qatarını məhv etdilər, 74 topunu, 88 pulemyotunu, 

5 hərbi ləvazimat anbarını, 7 qatarını, 16 parovozunu, 520 avtomaşınını, 550 atını, 

220  hərbi  sursat  arabasını  ələ  keçirdilər,  580  faşisti  əsir  aldılar.  Minskin  azad 

edilməsi  zamanı  fərqlənən  briqada  Baş  Komandanın  təşəkkürünü  aldı.  Həzi 

Aslanovun tankçıları iyulun 7-də birinci olaraq Vilnüsə daxil oldular. Yüksək hərbi 

ustalığına,  tank  yürüşlərini  məharətlə  təşkil  etdiyinə  və  1944-cü  ilin  yayında 

döyüşlərdə  göstərdiyi  şəxsi  igidliyinə  görə  SSRİ  Ali  Soveti  Rəyasət  Heyətinin 

Fərmanı  ilə  H.Aslanov  II  dərəcəli  Suvorov  ordeni  ilə  təltif  olundu.  1944-cü  ilin 

iyulunda Şaulyay şəhərinin azad edilməsi uğrunda döyüşlərdə fəal iştirakına görə 

H.Aslanovun  35-ci  qvardiya  tank  briqadasına  fəxri  "Şaulyay"  adı  verildi. 

Belorusiyanın  və  Pribaltikanın  azad  olunması  döyüşlərində  Həzi  Aslanovun 

briqadası  8  dəfə  Ali  Baş  Komandanın  təşəkkürünə  layiq  görüldü.  Cəbhənin 

komandanlığı  H.Aslanovun  ikinci  dəfə  Sovet  İttifaqı  Qəhrəmanı  adı  ilə  təltif 

olunmasına təqdimat vermişdi. Lakin ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı ona 

ölümündən sonra -1991-ci il iyunun 21-də verildi. 

1945-ci  il  yanvarın  24-də  tank  qoşunları  qvardiya  general-mayoru  Sovet 

İttifaqı Qəhrəmanı Həzi Aslanov yaralandı və şəhid oldu.

96

 



1944-cü  ilin  avqustunda  tank  əleyhinə  top  komandiri,  serjant  Qəzənfər 

Əkbərov  qeyri-bərabər  döyüşdə  düşmənin  dörd  tankını  və  60-dan  artıq  əsgər  və 

zabitini  məhv  etmişdi.  Cəsur  Qəzənfər  Əkbərova  ölümündən  sonra  SSRİ  Ali 

Soveti  Rəyasət  Heyətinin  1944-cü  il  26  oktyabr  tarixli  Fərmanı  ilə  Sovet  İttifaqı 

Qəhrəmanı adı verilmişdi.

97

 



52 

 

Belorusiya  uğrunda  döyüşlərdə  1944-cü  il  aprelin  5-də  qvardiya  mayoru 



Əliheydər  İbrahimovun  komandanlığı  altında  süvari  diviziya  Razdalnaya 

stansiyasına  qəflətən  hücum  edərək  faşist  qarnizonunu  darmadağın  etmiş,  400-ə 

yaxın faşisti əsir  almış, üç  lokomotiv və  çoxlu döyüş sursatı  yüklənmiş beş  qatar 

ələ  keçirmişdi.  Qvardiyaçılar  Almaniyaya  zorla  aparılan  çoxlu  sovet  vətəndaşını 

azad  etmişdilər.  Döyüşü  məharətlə  idarə  etdiyinə  görə  Ə.İbrahimov  Aleksandr 

Nevski,  həmçinin  "Qırmızı  Bayraq"  ordenləri  ilə  təltif  olunmuşdu.

9S 

1944-cü  ilin 



payızında Pribaltikanın azad olunması uğrunda döyüşlərdə 77-ci atıcı diviziyasının 

şəxsi  heyəti  xüsusilə  fərqlənmişdi.  1944-cü  ilin  avqustunda  bu  diviziya  51-ci 

ordunun  tərkibində  Debele  ətrafında  düşməni  ciddi  məğlubiyyətə  uğratmışdı.  İki 

həftəlik  müdafiə  döyüşləri  müddətində  diviziya hitlerçilərin 12  tank diviziyasının 

31  əks-hücumunu  dəf  edərək,  onun  178  tank  və  özüyeriyən  topunu,  2  alayını 

sıradan  çıxarmışdı.  Rəşadətinə  görə  diviziyanın  587  əsgər  və  zabiti  orden  və 

medallarla təltif olunmuşdu.

99

 



Azərbaycanın 416-cı diviziyası 1944-cü ilin avqustunda Moldaviyanın azad 

olunmasında iştirak etmişdi.

100

 

1944-cü  ildə  sovet  qoşunları  SSRİ  ərazisini  alman-faşist  işğalçılarından 



azad  etdi,  Barents  dənizindən  Qara  dənizə  qədər  sovet  sərhədi  bərpa  olundu.  Bu 

tarixi qələbədə Sovet İttifaqının bütün xalqları kimi, Azərbaycan xalqının oğul və 

qızları da şücaət, rəşadət və mərdlik göstərdilər. 

 


Yüklə 15,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin