338
onun zülal rasionu gündə 30 q zülaldan ibarət olmalıdır və bu zaman
əvəzolunmayan aminturşuların miqdarı 5 q-dan az olmamalıdır.
2. Karbohidrat və yağların hesabına qidanın yüksək kolorajı təmin
olunmalıdır – 35-50 kkal/kq və ya 2500-3000 kkal/gün. Qida vita-
minlərlə zəngin olmalıdır ki, bədən zülalları parçalanmaqdan qorun-
sun və aminturşulardan zülal sintezi təmin olunsun. Karbohidratların
yaglara nisbəti 3 : 1 olmalıdır.
3. Xörək duzu pəhrizdən ya tam çıxarılır, yaxud məhdudlaşdırılır,
ödem və hipertenziya olduqda xörək duzunun qəbulu gün ərzində 4-
6 q-a qədər azaldılır. Əksinə natriumun itirildiyi bəzi böyrək xəstə-
liklərində əksinə, xörək duzunun böyük miqdarı təyin olunur. Ümu-
miyyətlə ödemləri və hipertenziyası olmayan xəstələrə xörək duzu
məhdudlaşdırılmır. Qəbul olunan mayenin miqdarı əvvəlki gün ər-
zində ifraz olunan sidiyin miqdarı üzərinə 300-500 ml gəlməklə
təyin olunur. Xəstələrin bədən çəkisinin hər gün təyin olunmasının
böyük əhəmiyyəti vardır, çünki bu ödemlərin başlanmasını vaxtında
təyin etməyə imkan verir.
4. Böyük miqdarda meyvə və tərəvəz istifadə olunur, onların zü-
lal, elektrolit, vitamin tərkibi nəzərə alınır. Kalium ilə zəngin olan
məhsullar – üzüm, kişmiş, banan, ərik, kartof istifadə olunduqda qan
plazmasındakı kaliumun səviyyəsi nəzarət olunmalıdır.
5. Böyrəkləri qıcıqlandıran maddələr və içkilər (alkoqol, azotlu,
ekstraktiv maddələr, tünd çay, qəhvə, kakao, şokolad, kəskin duzlu
qəlyanaltılar) qadağan olunur.
6. Xəstələrin iştahasını yaxşılaşdırmaq üçün müvafiq kulinar işlə-
mələrdən istifadə olunur. Bu məqsədlə ədviyyatlar (dəfnə yarpağı,
darçın, mixək, sarıkök və s.) istifadə olunur.
Qida məhsullarında ən çox əhəmiyyət kəsb edən maddələrin miq-
darı cədvəl 23-də təqdim olunmuşdur.
Dostları ilə paylaş: