Əlisahib ƏROĞUL


YAZIÇT-PUBLĠSĠST ƏLĠSAHĠB ƏROĞULUN



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə494/500
tarix02.01.2022
ölçüsü3,17 Mb.
#2531
1   ...   490   491   492   493   494   495   496   497   ...   500
YAZIÇT-PUBLĠSĠST ƏLĠSAHĠB ƏROĞULUN  
ÇOXMĠLYONLU RUS XALQINA 
 
MÜRACĠƏTĠ 
 
Möhtərəm, sabiq həmvətənlər! 
Mən,  Rusiyanın  Azərbaycan  xalqının  tarixi  inkiĢafında,  onun  ictimai-
iqtisadi,  siyasi  və  mədəni  həyatında  böyük  rol  oynamasını  heç  vaxt  inkar 
etməmiĢəm.  Əksinə  maarifçiliyin,  elmi  və  demokratik  ideyaların  inkiĢafında  rus 
mütəfəkkirlərinin,  qabaqcıl  ziyalılarının,  elm  və  mədəniyyət  xadimlərinin 
təkanverici  təsirindən,  maarifpərvər  rolundan  qürur  hissiylə  danıĢmıĢam.  Ġctimai 
fikir  tariximizdə  Rusiyanın  xüsusi  yer  tutmasından,  rus  klassiklərinin  aparıcı, 
realist  və  mütərəqqi  təcrübəsindən  həmiĢə  bəhrələnməyimizdən,  istifadə 
etməyimizdən, daim mənəvi qida almağımızdan geniĢ yazmıĢam. Rus dilini ikinci 
ana  dilimiz  kimi  yüksək  qiymətləndirmiĢik.  Günü  bu  gün  də,  müstəqil 
respublikamızda rusdilli məktəblərin inkiĢaf etdirilməsi, hətta onların sayının sovet 
dönəmindəki səviyyədən aĢağı düĢməməsi, rus dilinin dövlət dili olan Azərbaycan 


306 
 
dili  ilə  yanaĢı  iĢlədilməsi  rus  dilinə,  rus  xalqına,  onun  elminə,  mədəniyyətinə 
göstərilən diqqətin, hüsn-rəğbətin dəyər ölçüsü ola bilər. 
Mən  əsrlərdən  bəri  davam  edən  Azərbaycan-Rusiya  əlaqələrinin  hər  hansı 
bir səbəbdən kəsilə biləcəyinə, qarĢılıqlı etimadın nə vaxtsa tükənəcəyinə qətiyyən 
bir əsas görmürəm. Məhz bu etibar, etimad və ehtiramın yaratdığı bir ovqatın, fikir 
təminatının  təsiri  altında  Ermənistan-Azərbaycan-Dağlıq  Qarabağ  münaqiĢəsi  ilə 
bağlı  həqiqəti,  tarix  səhifələrində  baĢ  vermiĢ  bir  çox  hadisələri  yada  salmağı, 
çoxmilyonlu  rus  xalqına  müraciət  etməyi  özümə  rəva  bilirəm.  Çünki  erməni 
məsələsinin  köklərinə  yaxından  bələd  olmadan,  dəqiq  və  tam  öyrənmədən,  qəzet 
uydurmalarına, televiziya kanallarının birtərəfli və qərəzli təbliğatına aldananların 
nəinki  Azərbaycan,  həmçinin  erməni  xalqının  özünün  cəlladına  çevrilmiĢ  daĢnak 
faĢistlərinin  və  «Böyük  Ermənistan»  ideoloqlarının  təĢviq  etdikləri  Ģeytan  felinə 
uymamaları  qeyri-mümkündür.  Hələ  də  XX  əsrdə  baĢdan-baĢa  azərbaycanlılara 
qarĢı etnik təmizləmə və soyqırımı siyasətini aparan erməni-daĢnak faĢistləri günü 
bu  gün  də  Rusiyanın  mətbuat  və  digər  informasiya  kanalları  vasitəsi  ilə  öz 
yalanlarını,  gerçəkliklə  heç  bir  əlaqəsi  olmayan  uydurmalarını,  riyakar,  saxta 
tarixlərinə dair Ģərhlərini MDB məkanında sərbəst yayırlar. Ermənilərin və onların 
muzdlu nökərlərinin, erməni təəssübkeĢlərinin qərəzli səyi ilə hələ də, ABġ, Fransa 
kimi qüdrətli dövlətlərin KĠV-lərinə yalan və böhtan axını davam edir. Azərbaycan 
isə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması yolunda Rusiya və digər Qərbi 
Avropa  KĠV-lərinin  böyük  maneçilikləri  ilə  üz-üzə  gəlir.  Erməni  məkri  ictimai 
fikirdə nə qədər dərinə iĢləyirsə, azərbaycanlıların kövrək sadəlövhlüyü bir o qədər 
üzdə  qalır.  Əlbəttə,  ancaq  haqqı  dananlar,  utanmağın,  həyanın  nə  olduğu 
bilməyənlər  həqiqəti  inkar  edə  bilərlər.  Erməni  məsələsində  qərəzsiz  olmaq  üçün 
bu  məsələyə  məkrli  erməni  mövqeyindən  yanaĢmaq  yolverilməzdir.  Azərbaycan 
xalqı  daĢnak  sərsəmliyinə  uyan  və  satılan  rus  və  Qərbi  Avropa  KĠV-lərinin 
iftiralarına layiq deyildir. 
Açıq  etiraf  etmək  lazımdır  ki,  200  ildir  ki,  Rusiyanın  hakim  dairələri 
erməni-azərbaycanlı  münaqiĢəsində  haqlıya-haqqını,  haqsıza-həddini  tanıtmaq   
əvəzinə   «Böyük   Ermənistan»   xülyasını   qızıĢdırmaqla, Qafqazda süni erməni 
dövləti  yaratmaqla  məĢğul  olublar. Erməni  məsələsi ilk dəfə  Türkiyədə  qaldırılsa 
da,  Azərbaycana  çar  Rusiyası  tərəfindən  gətirilib.  Ġnkarolunmaz  tarixi  faktlar 
göstərir  ki,  çar  orduları  Qafqazı  iĢğal  edərkən  ermənilərin  xəyanət  və 
satqınlığından  kifayət  qədər  bəhrələniblər.  Cənubi  Qafqazda  bir  qarıĢ  torpağı 
olmayan,  əzəli  torpaqları  Türkiyə  və  Ġran  ərazilərində  olan  ermənilər  isə  bu 
«xidmətləri»  müqabilində  Qafqazda,  daha  doğrusu,  Qərbi  Azərbaycanda  erməni 
dövləti qurmağa müvəffəq olublar. 
Ümumiyyətlə,    ermənilərin     Cənubi   Qafqaza    əsasən XIX    əsrdə  gəlmə 
xalq  olduğunu  təsdiq  edən  tarixi  faktlar,  qərəzsiz  rəsmi  statistika  inandırıcı  və 
sənədli  sübutlardır.  Erməni  müəllifi  B.ĠĢxanyan  1916-cı  ildə  S.Peterburqda  dərc 
etdirdiyi  «Qafqaz  xalqları»  adlı  kitabında  yazır:  «Ermənilərin  Böyük  Ermənistan 


307 
 
adlı həqiqi vətəni, Rusiyanın hüquqlarından kənarda, daha doğrusu, Kiçik Asiyada 
yerləĢir».  Ermənilərin  Qafqaza  gəlmə  xalq  olduğunu  təsdiqləyən  istənilən  sayda 
faktlar  göstərmək  olar.  Bunlardan  ancaq  ikisini  qeyd  etmək  yetərlidir.  Birinci, 
1829-cu ildə, Rusiya iĢğalından bir il sonra belə Ġrəvan Ģəhərində əhalinin 95%-ni 
azərbaycanlılar təĢkil etmiĢdir. Ġkinci, bu gün Ermənistan Respublikasının inzibati-
ərazi  bölgüsünü  təĢkil  edən  36  rayonun  33-də  1918-ci  ilədək  sırf  azərbaycanlılar 
yaĢamıĢ,  ancaq  üçünün  əhalisi  qarıĢıq  olmuĢdur.  Zaman  keçdikcə  Qərbi 
Azərbaycanda  əhalinin  milli  tərkibinin  ermənilərin  xeyrinə  dəyiĢməsi  ancaq  və 
ancaq  çar  Rusiyası  tərəfindən  ermənilərin  bu  ərazilərə  məqsədli  Ģəkildə 
köçürülməsi,  Sovet  Rusiyasının  qərəzli  antitürk  siyasəti  yürütməsi  sayəsində 
mümkün  olmuĢdur.  Rus  tarixçisi  N.N.ġavrov  yazır:  «Biz  1828-ci  ildən  1830-cu 
ilədək  Zaqafqaziyaya  40  mindən  çox  fars,  84  min  türk  ermənisi  köçürmüĢük. 
Onları  erməni  əhalisinin  az  olduğu  Yelizavetpol  (Gəncə)  və  Ġrəvan 
quberniyalarındakı 
(Qərbi  Azərbaycan)  ən  yaxĢı  dövlət  torpaqlarında 
yerləĢdirmiĢik.  Bu  məqsədlə  200  min  desyatin  dövlət  torpağı  ayrılmıĢ, 
müsəlmanlardan  (azərbaycanlılardan)  2  milyon  manatlıqdan  çox  torpaq  satın 
alınmıĢdır. Bu ermənilər Yelizavetpol quberniyasının dağlıq hissəsində (Qarabağ) 
və  Göyçə  (Sevan)  gölünün  sahillərində  yerləĢdirilmiĢdir.  Köçənlərin  sayı  rəsmi 
məlumata  görə  124  min  olmasına  baxmayaraq,  əslində  onların  sayı  200  mini 
keçmiĢdir».  Rəsmi  statistika  göstərir  ki,  1820-1920-ci  illər  ərzində  Qərbi 
Azərbaycana  600  min  erməni  əhalisi  köçürülmüĢdü.  BolĢevik  istilasının  Qərbi 
Azərbaycanda  yaratmıĢ  olduğu  Ermənistan  SSR  adlı  süni  qurumdan  sonra 
ermənilərin Ermənistan SSR-ə repatriasiyası adı altında köçürülmə prosesi daha da 
intensivləĢdirilmiĢdi.  1922-ci  ildə  Mesopotamiyadan  9  min  erməni,  1925-1926-cı 
illərdə  20  min,  1926-29-cu  illərdə  6  min,  1930-36-cı  illərdə  42  min  erməni  Ġran, 
Türkiyə  Yunanıstan,  Fransa,  Suriya  və  Livandan  Ermənistan  SSR-ə 
köçürülmüĢdür.  Bu  proses  Sovetlər  Birliyinin  süqutunadək  mərhələ-mərhələ 
davam  etdirilmiĢ  və  bu  gün  də  davam  etməkdədir.  Ermənilərin  Qafqaza  ayaq 
basdığı  gündən  isə  yerli,  aborigen,  heç  bir  günahı  olmayan  azərbaycanlıların 
basqına,  zülmə,  zorakılığa,  qırğına  məruz  qalması,  ana  yurdundan  sıxıĢdırılıb 
çıxarılması,  qovulması,  soyqırıma  düçar  edilməsi  Azərbaycan  tarixinin  qanlı 
səhifəsinə çevrildi. 
1905-1907  və  1918-20-ci  illərdə  daĢnak  faĢistləri  azərbaycanlılara  qarĢı 
kütləvi qırğınlar törətdilər. Güdülən məqsəd - bölgədə erməni dövləti qurmaq üçün 
azərbaycanlıları  məhv  etmək,  son  nəfərinədək  qırıb  qurtarmaq  idi.  Bu  minvalla 
1820-1920-ci  illəri  əhatə  edən  yüz  il  ərzində  iki  milyon  azərbaycanlı  milli 
mənsubiyyətinə  görə  öz  ana  yurdundan  qovulmuĢ  və  ya  məhv  edilmiĢdir. 
DaĢnakların Azərbaycan xalqına qarĢı yönəlmiĢ bu çirkin, qeyri-humanist və qeyri-
insani  aksiyalarını  Sovet  Rusiyası  öz  qırmızı  terroru  vasitəsi  ilə  daha  da 
dərinləĢdirdi, düĢünülmüĢ və sistemli Ģəkildə davam etdirdi. 


308 
 
1920-30-cu  illərdə  100  min  Ermənistan  azərbaycanlısı  repressiyaya  məruz 
qaldı.  Təkcə  1937-1938-ci  illərdə  bolĢevik  maskası  taxmıĢ  daĢnak  Mikoyanın 
dezinformasiyası  (guya  Ermənistan  azərbaycanlıları  Türkiyəyə  köçmək  istəyir) 
nəticəsində  50  min  azərbaycanlı  Qazaxıstana  sürgün  edildi.  1948-1953-cü  illərdə 
xaricdən  gələn  ermənilərin  Ermənistan  SSR-də  yerləĢdirilməsi  bəhanəsi  ilə  150 
min 
azərbaycanlının 
insan  hüquqları  cinayətkarcasına  pozuldu.  Onlar 
antikonstitusion,  beynəlxalq  hüquq  normalarına  zidd  Ģəkildə  Azərbaycan  SSR-yə 
köçürüldülər.  Bu  tədbir  SSRĠ  hökuməti  tərəfindən  dövlət  səviyyəsində  həyata 
keçirilən, milli mənsubiyyətə görə etnik təmizləmə aksiyası idi. 
DaĢnak  ideoloqlarının  hər  hansı  bir  sərsəmliyini  SSRĠ-nin  hökumət 
rəhbərlərinin  qeyd-Ģərtsiz  qəbul  etmələrini,  1965-ci  ildə  uydurma  erməni 
soyqırımının  50  illiyinin  Ermənistan  SSR-də  qeyd  edilməsinə  icazə  vermələrini 
heç cür qavramaq olmur. Əgər bu tanınma türk düĢmənçiliyi və siyasi möhtəkirlik 
naminə  edilsə  də,  mübaliğəsiz  demək  olar  ki,  ermənilər  üçün  milli  əlahiddəlik 
Ģəraitinin yaradılmasına, daĢnak faĢizminin dirçəlməsinə rəvac verilməsi, dünyaya 
meydan  oxuyan  Sovetlər  Birliyinin  daxildən  çat  atmasına  və  1991-ci  ildə 
çökməsinə təsir göstərən həlledici amillərdən biri idi. Deyirlər ədalətin ən etibarlı 
zəmanətçisini dövlətdə tapmaq insanın son ümid yeridir. Əfsuslar olsun ki, 200 ilə 
yaxın bir müddətdə Rusiyanın hakimiyyəti altında qalmıĢ azərbaycanlılar son ümid 
yerini  bir  qayda  olaraq  itiriblər.  Bu  illər  ərzində  ermənilər  dəfələrlə 
azərbaycanlıları kütləvi surətdə öldürüb, qırıb, ana yurdlarından zorakılıqla qovub 
çıxarıblar.  Azərbaycanlılar  cinayətkar  qonĢularına  cavab  vermək  istəyəndə,  buna 
qarĢı  tədbir  görəndə  rus  əsgərləri  və  rus  silahları  iĢə  düĢüb,  azərbaycanlıların 
qarĢısına  sədd  çəkiblər.  Ermənilərin  tərəfini  saxlayıb,  ermənilərə  arxa-dayaq 
durublar. Çoxsaylı yalanları ilə dünyanı aldadan, insanlığa düĢmən kəsilən, insanı 
insana  qırdırmağı,  qonĢunu  qonĢuya  öldürməyi  təbliğ  edən  daĢnak  faĢist 
ideologiyasını bitərəfli qaydada müdafiə ediblər. Bu acı həqiqət biz nəsillərin gözü 
qaĢısında bir daha təkrarlanıbdı. 
Belə ki, 1988-ci ildə Ermənistan SSR-də neofaĢist daĢnak qruplaĢmalarının 
açıq-aĢkar  baĢ  qaldırmasına  göz  yumuldu,  Qarabağda  bir  ovuc  yaraqlının 
separatizmi  dəstəkləndi,  Azərbaycan  xalqına  qarĢı  xəyanət  etmələri  dövlət  hüquq 
qanunları  ilə  ittiham  edilməli  olduğu  halda,  SSRĠ  hökuməti  aĢkarlıq  və 
demokratiya  pərdəsi  altında  erməni  tərəfinin  mövqeyini  müdafiə  etdi.  Ermənistan 
SSR ərazisindəki 7-ci ordunun komandanı, erməni mənĢəli rus generalı Samsonov 
sələflərinin  yolunu  davam  etdirdi.  AzğınlaĢmıĢ  silahlı  erməni-daĢnak  terror 
qruplaĢmaları 1988-ci ilin yanvar ayından dekabr ayınadək 265 min dinc, əliyalın, 
günahsız Ermənistan azərbaycanlısını zorakılıqla  neçə  minilliklərdən bəri məskun 
olduqları ana yurdlarından qovdular. Etnik təmizləmə zamanı ev-eĢiyini tərk etmək 
istəməyən  450  nəfər  azərbaycanlı  qətlə  yetirildi.  Cinayətkarların  Ģəxsiyyəti  tam 
məlum  olsa  da,  onlardan  heç  biri  SSRĠ-nin  hüquq  mühafizə  orqanları  tərəfindən 
cinayət məsuliyyətinə cəlb edilmədilər. 


309 
 
Mitinqlər və küçə yürüĢləri ilə haqqını tələb edən Azərbaycan xalqına qarĢı 
həmiĢə  qərəzli  siyasət  yeridən  Kreml  yenə  də  öz  tarixi  mövqeyini  təkrar  bildirdi. 
SSRĠ  Müdafiə  naziri,  ordu  generalı  Yazovun  komandanlığı  altında  sovet 
ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoĢunların iri kontingenti 1990-cı il 
yanvar  ayının  19-dan  20-sinə  keçən  gecə  fövqəladə  vəziyyət  elan  edilmədən 
Bakıya  yeridildi.  Xüsusi  qəddarlıq  və  misli  görünməyən  vəhĢiliklərlə  törədilən 
qanlı  yanvar  qırğını  uzun  illərdən  bəri  beynimizə  sülh  və  əmin-amanlıq  keĢikçisi 
kimi təbliğ edilən, yeridilən rus əsgərlərinə qarĢı olan son hörmət və inam hissimizi 
bir gecədə puç etdi. 
1992-ci  il  fevral  ayının  25-dən  26-na  keçən  gecə  daĢnak  silahlıları 
Xankəndində yerləĢən, RF-na məxsus 336-cı motoatıcı alayın hərbi texnikasının və 
canlı  qüvvələrinin  köməyi  ilə  Xocalı  soyqırımını  törətdilər.  DaĢnak  terror 
qruplaĢmaları ilə yanaĢı bu dəhĢətli və müdhiĢ cinayətdə iĢtirak etmiĢ alayın zabit, 
gizir və əsgərləri hərbi cani kimi hələ də öz cəzalarına çatmamıĢlar. 
Təəssüf  hissi  ilə  qeyd  edirəm  ki,  bu  gün  Azərbaycan  Respublikasının 
müstəqilliyinə  və  varlığına  qəsd  kimi  ortaya  atılmıĢ  Qarabağ  münaqiĢəsinin 
ədalətli  həllində  RF  ən  böyük  diskriminasiya  nümayiĢ  etdirən  dövlət  kimi  çıxıĢ 
edir. Rusiyasız heç bir gücə malik olmayan ER məhz bu dəstəkdən güc alaraq AR-
nın  20%  torpaqlarını  iĢğal  altından  saxlayır.  Bir  milyon  qaçqını  etnik  təmizləmə 
siyasətinin  girovlarına  çevirməklə  Dağlıq  Qarabağı  öz  ərazisinə  birləĢdirmək 
istəyir. Halbuki Qarabağ ulu tarixin heç bir dönəmində erməni torpağı olmamıĢdır. 
Bunun  üçün  tarixin  yaddaĢını  oyatmaq  kifayət  edər:  rus  tarixçisi  N.Dubrovinin 
məlumatına  görə  1795-97-ci  illərdə  Qarabağda  60  min  ailə  mövcud  olmuĢdursa, 
1913-cü  ildə  vur-tut  3080  ailə  qalmıĢdı.  Bu  ərazilərin  çar  Rusiyasının    və    Ġranın   
iĢğalçılıq  müharibələrinin  savaĢ  meydanına  çevrilməsi  nəticəsində  əhali  20  dəfə 
azalmıĢ,  Qarabağ  xarabazarlığa  çevrilmiĢdi.  Bu  isə  ermənilərin  Qarabağa 
köçürülməsinə tam hazırlıq demək idi; Qarabağın mərkəzi Ģəhəri ġuĢada rus kilsəsi 
XIX əsrin birinci yarısında tikildiyi halda, erməni kilsəsi XIX əsrin ikinci yarısında 
inĢa  edilmiĢdir;  ġuĢa  Ģəhərində  erməni  məhəlləsi  1830-cu  ildə,  Azərbaycanın 
Rusiya tərəfindən iĢğalının tam baĢa çatdırılmasından sonra salınmıĢdı. 
Bu  gün  Qarabağ  ermənilərinin  mərkəzi  Ģəhəri  sayılan  Xankəndinə  ilk 
erməni  ailəsi  nökər  qismində  gəlmiĢdir.  Çoxsaylı  ailələr  isə  1923-cü  ildə,  Lenin 
milli  siyasətinin  ziddinə  olaraq  Azərbaycan  ərazisində  ikinci  bir  süni  erməni 
qurumu yaradıldıqdan sonra köçürülmüĢdür. 
Tarixi  ədalətsizliklər,  xüsusilə  əhalinin  milli  tərkibinin  süni  surətdə 
azaldılıb-artırılması  sovet  dönəmində  antitürk  siyasəti  zəminində  daha  eybəcər 
Ģəkildə davam etdirilmiĢdi. Belə ki, 1920-ci ildə 50 min əhalisi olan ġuĢada 1988-
ci ildə cəmi 13 min əhali qeydə alınmıĢdır. 1920-ci ildə cəmi 1500 nəfərin yaĢadığı 
Xankəndi isə bu illər ərzində əksəriyyətini ermənilər təĢkil edən 50 minlik əhalisi 
olan bir Ģəhərə çevrilmiĢdi. 


310 
 
Bu  gün  ġuĢanı  riyakarcasına  erməni  mədəniyyət  mərkəzi  və  ya  erməni 
Ģəhəri  adlandıran  erməni-daĢnak  faĢistləri  fakt  olaraq  Qarabağda  ədəbi-mədəni 
hadisəyə  səbəb  ola  bilən  bir  nəfər  belə  ġuĢada  doğulan  erməni  yazıçısının, 
mədəniyyət  və  ya  elm  xadiminin  adını  çəkməkdə  acizdilər.  Azərbaycanlılar  isə 
ġuĢanı Qafqazın konservatoriyası adlandırırlar. ġuĢa - Ü.Hacıbəyov, S.Ələsgərov, 
Ə.Bədəlbəyli,  Niyazi,  Bülbül,  R.Behbudov,  Cabbar  Qaryağdıoğlu,  Xan  ġuĢinski 
kimi dünya  Ģöhrətli bəstəkar və  müğənnilərin, M.P.Vaqif, Q.Zakir, M.M.Nəvvab, 
X.Natəvan,  N.Vəzirov,  Ə.Ağayev,  Ə.Haqverdiyev,  Y.V.Çəmənzəminli,  E.Köçərli 
kimi  Ģair  və  dramaturqlarımızın,  ədəbiyyat  korifeylərimizin  Vətəni  sayılır.  Bütün 
bunlar göstərir  ki, bu gün Qarabağla bağlı Ermənistanın torpaq iddiasının heç bir 
hüquqi  əsası  yoxdur.  Təkzibolunmaz  faktları  ört-basdır  etməklə  və  gizlətməklə 
saxta  tarix  yazanların  ünvanına  deyiləcək  ifĢaedici  bir  sözüm  vardır:  Böhtançıda 
məntiq olmaz. Onun silahı ancaq zor ola bilər! 
Bu gün mən ötən iki əsrin keĢməkeĢində bu zora məruz qalan Azərbaycan 
xalqının  dözülməz  və  dəhĢətli  həyat  tərzi  keçirən  bir  milyon  qaçqının  adından 
çoxmilyonlu rus xalqına müraciət etmək, sadəliyinə və səmimiyyətinə həmiĢə qibtə 
etdiyim  rus  xalqının  diqqətini  Domokl  qılıncı  kimi  baĢımızın  üstündən  asılmıĢ 
Qarabağ münaqiĢəsinə cəlb etmək qərarına gəldim. 
Bu gün biz tariximizin ən məsul, ağır, çətin və sınaqlı bir dövrünü yaĢayırıq. 
Təcavüzkar,  separatizmi  və  beynəlxalq  terroru  dəstəkləyən  Ermənistan  dövləti 
tərəfindən məcburən qanlı müharibəyə cəlb olunmuĢuq. Ağlı baĢında olan hər kəs 
dərk  edir  ki,  burada  söhbət  60-70  minlik  Qarabağ  ermənisinin  müstəqil  dövlət 
qurmasından,  öz  müqəddəratını  təyin  etmək  hüququnun  müdafiə  edilməsindən 
deyil,  erməni  diasporunun  at  oynatdığı  super  dövlətlərin  siyasi  möhtəkirliklə 
Azərbaycan  xalqına  qarĢı  yönəldilmiĢ  siyasi  düĢmənçilik  pərdəsi  altında  Dağlıq 
Qarabağ  torpaqlarının  və  onu  anklavdan  qurtaran  Laçın  və  ġuĢa  rayonları 
ərazilərinin  Ermənistan  Respublikasına  ilhaq  edilməsindən  gedir.  Söhbət  bu 
ərazilərlə heç bir əlaqəsi olmayan Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və 
Qubadlı  bölgələrini  iĢğal  altında  saxlamaqla  Azərbaycan  Respublikasına  edilən 
ədalətsiz, məkrli və hiyləgər, qərəzli təzyiqdən gedir. Heç kimə sirr deyildir ki, bu 
gün Ermənistanın dövlət rəhbərləri, prezident R.Köçəryan baĢda olmaqla müdafiə 
və  hüquq  mühafizə  orqanlarının  baĢçıları  1988-1994-cü  illərdə  Dağlıq  Qarabağda 
separatizmə  və  beynəlxalq  terrorçuluğa  rəhbərlik  etmiĢlər.  DaĢnak  faĢist 
ideologiyasının  fəal  təbliğatçıları,  aparıcı  və  daĢıyıcı,  iĢtirakçı  və  pozucu 
nümayəndələri  olmuĢlar.  Elə  buna  görə  də  onlar  beynəlxalq  hüquq  normalarına 
hörmət  etmir,  beynəlxalq  ictimaiyyətin  tələblərinə  məhəl  qoymur,  münaqiĢənin 
dinc  yolla,  ədalətli  həllinə  hər  vasitəylə  maneçilik  törədirlər.  Bütün  hərəkət  və 
davranıĢlarıyla  sülh  danıĢıqlarının  uzadılması  prinsipində  maraqlı  olduqlarını 
nümayiĢ etdirirlər. Riyakar danıĢıqlarıyla, özlərinə xas hiyləgərliklə bütün dünyanı 
aldada  biləcəklərini  güman  edirlər.  Onlar  dərk  etmək  istəmirlər  ki,  qonĢuya 
düĢmənçilik  etməklə  özlərinə  səadət  sarayı  ucaldanlar  heç  zaman  xoĢbəxtliyə 


311 
 
qovuĢmamıĢ,  qızıl  teĢtə  qan  qusmalı  olmuĢlar.  QonĢuya  düĢmənçilik  edənlər, 
qonĢunun  düĢmənini  özünə  həmməslək  və  müttəfiq  seçənlər  həmiĢə  satqın  və 
xəyanətkar adıyla damğalanmıĢlar. 
Lakin məni bu sətirləri yazmağa vadar edən baĢlıca məsələ bir sıra suallara 
cavab  axtarmaq,  dialoqa  girmək  üçün  müraciətimi  rus  xalqının  mühakiməsinə 
vermək  istəyimdir:  Görəsən,  tarixi  keçmiĢin  ibrət  dərslərindən  nəticə  çıxarmayan 
RF  rəhbərlərinin  daĢnak  faĢizmini  dəstəkləməkdə,  tarixin  təkərini  geri  fırlatmaq 
təĢəbbüsündən  əl  çəkməməkdə  məqsədləri  nədir?!  Nə  üçün  RF  Dağlıq  Qarabağ 
probleminin həllində ümumdövlət prinsipi kimi sərsəm bir ideyanı ortaya atmaq və 
müdafiə  etməklə  Azərbaycan  Respublikasının  müstəqilliyinə  və  unitar 
dövlətçiliyinə  düĢməncəsinə  sarsıdıcı  zərbə  vurmaq  istəyir?!  Nə  üçün  böyük  rus 
xalqı  onun  adına  ləkə  gətirən,  özlərini  qaniçən  və  qatil  tərəfdarları  kimi  göstərən 
parabeyin  Jirinovski,  daĢnaklar  tərəfindən  satın  alınmıĢ  Mitrafonov,  Starovoytova 
və s.  kimi  yaramazların DD-na üzv  seçilmələrinə imza atır?! Nə üçün özünü bizə 
dost  kimi  tanıdan  rus  siyasətçiləri,      biznesmenləri,      imkanlı      iĢ    adamları,    bir 
sözlə,    rus  ictimaiyyətinin  nümayəndələri  tərəqqipərvər  dünyadan  fərqli  olaraq 
Azərbaycan  xalqının  düĢdüyü  bəlaya  biganəlik  və  diqqətsizlik  göstərir?!  Nə  üçün 
keçən  əsrdə  çar  və  Sovet  Rusiyasının  havadarlığı  və  himayəsi  altında    erməni-
daĢnak 
faĢizmi 
tərəfindən 
azərbaycanlıların 
zaman-zaman 
tarixi-etnik 
torpaqlarından qovulması, deportasiya edilməsi və soyqırıma məruz qalması çar və 
Sovet  Rusiyasının  varisi  kimi  çıxıĢ  edən  RF  tərəfindən  etiraf  olunmur  və 
pislənmir?!  Nə  üçün  sovet  ordusu  daĢnak  fitvasına  uyaraq  Böyük  Vətən 
müharibəsində  rus  xalqının  alman  faĢizminin  qanlı  caynağından  qurtulmasında  
müstəsna  rol  oynamıĢ,  gecə-gündüz  çalıĢaraq  hərbi  texnikanı  və  iqtisadiyyatın 
bütün sahələrini yanacaqla  təmin   etmiĢ,   dünyanın  ən   beynəlmiləl Ģəhəri kimi 
ad  çıxarmıĢ  Bakını  1990-cı  il  20  Yanvar  gecəsində  al-qana  boyadı?!  Nə  üçün 
Dağlıq  Qarabağda  60-70  minlik  erməni  əhalisi  üçün  müstəqil,  Azərbaycan 
torpağında ikinci bir erməni dövləti yaratmaq siyasətini dəstəkləyən RF dərk etmək 
istəmir ki, Rusiya ərazisində tarixi-etnik torpaqlarında  toplum  halında    yaĢayan,  
sayları 10 milyonları aĢan türksoylu tatar, baĢqırd, çuvaĢ, habelə türk mənĢəli Sibir 
və  Qafqaz  xalqlarının,  xüsusi  ilə  milli-azadlıq  mücadiləsində  RF  ilə  ölüm-dirim 
mübarizəsinə  qalxmıĢ  çeçen  xalqının  müstəqil  dövlət  qurmağa  daha  çox  milli-
mənəvi hüquqları, insanlıq haqları vardır?!.. 
Tarixi  həqiqətlər  günü-gündən  öz  parlaqlığını  artırır,  əlahəzrət  zaman  öz 
hökmünü  verir  və  verəcəkdir.  RF-nın  gec-tez  erməni  hiyləsinin  qurbanına 
çevriləcəyi  tarix  çox  da  uzaqda  deyildir.  Bunu  bizə  ədalətsiz,  hər  addımda  baĢqa 
xalqların  haqqını  tapdalayan  rus-erməni  müĢtərək  siyasətinin  gələcək 
perspektivsizliyi, törətdikləri  vəhĢiliklərin  müqabilində alacaqları tarixi cəza diqtə 
edir. Bu siyasətin antitürk mahiyyəti Azərbaycan xalqının taleyi üçün daha məkrli 
xarakter  daĢıyır.  Erməni-rus  müĢtərək  siyasəti  Azərbaycanı  təkcə  iĢğal  etmək, 
Azərbaycan  xalqını  kölə  vəziyyətində  saxlamaq  məqsədi  güdmür,  həmçinin 


312 
 
çoxmilyonlu  Azərbaycan  xalqının  bir  hissəsinin  yaĢadığı  ġimali  Azərbaycan 
torpaqlarını  baĢdan-baĢa  mənimsəmək  üçün  8  milyonluq  aborigen  əhalisini 
tədricən  məhv  etmək  və  ya  etnik  təmizləmə  siyasətinin  qurbanlarına  çevrimək 
məqsədi  güdür.  Bu  gün  RF-nın  da  həmsədr  olduğu  Minsk  qrupunun  apardığı 
erməni  yönümlü  danıĢıqlar  Azərbaycan  hökumətinin  DQ-ın  müstəqilliyini  təmin 
edən güzəĢtli addımlar atmasını təhdid edir. Bu isə münaqiĢəyə son qoymaq deyil, 
onun daha da dərinləĢməsinə təkan vermək deməkdir. Rüsvayçı sülh müqaviləsinin 
imzalanması ilə razılaĢmayan Azərbaycan xalqı, sözsüz ki, son anda çıxıĢ yolunu 
silaha  əl  atmaqda  görəcəkdir.  Vətənin  ayrılmaz  tərkib  hissəsi  olan,  ana  dilimizin, 
musiqimizin,  incəsənətimizin,  mədəniyyətimizin,  bir  sözlə,  milli  varlığımızın 
beĢiyi,  vuran  ürəyi  olan  müqəddəs  Qarabağ  torpaqları,  Azərbaycanın  qeyrət  tacı, 
azadlıq  simvolu  sayılan  ġuĢa  uğrunda  ölüm-dirim  mübarizəsinə  qalxacaqdır.  Nə 
qədər  erməni-daĢnak  faĢist  ideologiyasının  son  iĢartısı  qalır,  əldən  yerə  qələm 
qoymayacağımız,  nə  qədər  ki  son  erməni  yaraqlısı  Qarabağ  torpağından 
çəkilməyib,  əldə  silah  tutacağımız  danılmazdır.  Xüsusən,  biz  qaçqınlar  Qarabağ 
uğrunda  qan  axıtmağı,  Ģərəf  və  namusla  ölməyi,  Vətəndə  vətənsiz  qalmaqdan, 
xəcalət  və  rüsvayçılıq  içində  yaĢamaqdan  üstün  tuturuq.  Ədalətli  sülhün  özü  də 
mübarizədə qazanılır. 
Biz ölüm-dirim müharibəsinin astanasındayıq. RF-nın birtərəfli qaydada ER 
ilə hərbi ittifaqa girməsi, kollektiv təhlükəsizlik saziĢlərinə imza atması, birgə hərbi 
qruplaĢmalar və hava hücumundan vahid müdafiə sistemləri yaratması, Ermənistan 
ərazisini  əvəzi  ödənilməyən,  təmənnasız  müasir  döyüĢ  silah  və  sursatlarıyla 
doldurması,  barıt  çəlləyinə  döndərməsi,  söz  yox  ki,  rus  hərbiçilərinin  də  bu 
mübarizəyə  qatılacağını  istisna  etmir.  Bu  isə  rus  gəncliyinin  məhv  edilməsi,  rus 
analarının gözü yaĢlı qalması deməkdir. 
Ona görə mən çoxmilyonlu rus xalqını, öz həqiqət seçiminə sadiq qalan rus 
ziyalılarını,  ələlxüsus  rus  gəncliyini  və  rus  analarını  haqqı  nahaqqın  ayağına 
verməməyə,  erməni  Ģərinə  uymamağa,  erməni-daĢnak  faĢizminin  törədə  biləcəyi 
qanlı faciə  və  fəlakətlərin qarĢısını almağa, rus  gəncliyinin, gələcək  nəsillərinizin 
AR-nın  əbədi  və  əzəli  torpağı  olan  Qarabağda  indən  belə  günahsız  qanlar 
axıtmalarına və qan tökmələrinə, erməni Ģərinin, erməni məkr və hiyləsinin havayı 
qurbanlarına çevrilməsinə imkan verməməyə çağırıram: 
- Siz haqqın tərəfində olun, haqq isə bizimlədir! 
 

Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   490   491   492   493   494   495   496   497   ...   500




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin