vasitələri.
Motivlər haqqında yuxarıda qeyd etdiklərimizdən aydın
olduğu kimi, motiv insanı hər hansı bir fəaliyyətə təhrik edən,
yönəldən səbəblərdir. Hər cür fəaliyyət zamanı müvafiq
tələbatdan doğan səbəblər bizi həmin fəaliyyətə giriĢməyə və
bu yolla öz tələbatımızı ödəməyə yönəldir.
Məqsədə gəldikdə o, insanın fəaliyyət zamanı hansı
nəticəyə nail olmağa yönəlməsidir. Son nəticə daima
fəaliyyətin məqsədi kimi təzahür edir. Məhz buna görə də insan
fəaliyyəti daima dərk olunmuĢ məqsədləri ilə tənzim edilir.
Ġnsanın həmin fəaliyyəti nə dərəcədə adekvat yerinə yetirməsi
qarĢıya qoyulan məqsədi həyata keçirməsi ilə xarakterizə
olunur.
Bəzən fəaliyyətin motivi və məqsədi üst-üstə düĢsə də
çox vaxt məqsəd və motiv özünün xüsusiyyətlərinə görə bir-
birlərindən fərqlənirlər. Məsələn, tələbədə olmayan hər hansı
bir kitabı almaq üçün kitab mağazasına getməsi həm motiv
həm də məqsəd rolunu oynaya bilər. Lakin «psixologiya»
dərsliyini almaq üçün kitab mağazasına getmək onun məqsədi,
həmin fənlə maraqlanması, sabahkı seminara hazırlaĢması üçün
getməsi isə motivi ola bilər.
Dostları ilə paylaş: |