www.elmler.net
-
Virtual İnternet R
esurs
Mərkəz
i
Ümumi psixologiya. Psixologiya
41
Ə.Ə. Əlizadə və baĢqa görkəmli alimlər çalıĢmıĢ, tədqiqat iĢləri
aparmıĢlar.
Hazırda institut Təhsil Problemləri Ġnstitutu adı ilə fəaliy-
yət göstərir. Ġnstitutun psixologiya və yaĢ fiziologiyası Ģöbə-
sində təhsilin müxtəlif sahələri üzrə tədqiqatlar aparılır.
Respublikamızda psixologiya elminin inkiĢafında
APRDƏĠ (hazırda Bakı Slavyan Universiteti), SSRĠ-nin 50
illiyi adına APXDĠ (hazırda Azərbaycan Dillər Universiteti),
KDPĠ (hazırda Gəncə Dövlət Pedaqoji Universiteti) və s. təhsil
müəssisələri də özünəməxsus rol oynamıĢdır.
1946-cı ildə ÜĠK(b)P MK-nın xüsusi qərarı ilə 1947/48-
ci tədris ilindən baĢlayaraq orta məktəblərin buraxılıĢ
siniflərində məntiq və psixologiyanın tədris olunması ilə bağlı
qərar qəbul olunur. Qərara uyğun olaraq 1947/48-ci tədris
ilində Azərbaycan Dövlət Universitetində məntiq-psixologiya
kafedrası yaradılır. Kafedraya rəhbərlik A.O. Makovelskiyə
tapĢırılır. O, 1960-cı ilə qədər bu kafedraya rəhbərlik edir.
1960-cı ildən kafedra pedaqogika və psixologiya kafedrası adı
ilə fəaliyyətini davam etdirir. 1960-1970-ci illərdə kafedraya
M.C. Məhərrəmov, daha sonra professor Ə.S. Bayramov
rəhbərlik edir. Hazırda kafedraya professor B.H. Əliyev
rəhbərlik edir.
M.C. Məhərrəmov (1909-1970) həm psixoloq kadrlarının
hazırlanmasında, həm də psixologiya elminin inkiĢafında əvəz-
siz xidmətlər göstərmiĢdir.
O, 1931-1935-ci illərdə Azərbaycan Dövlət Pedaqoji
Ġnstitutunun pedaqoji-psixoloji fakültəsini bitirmiĢdir. 1944-cü
ildə ADU-nun aspiranturasına daxil olmuĢ və ömrünün sonuna-
dək orada çalıĢmıĢdır. O, 1955-ci ildə «Orta məktəbdə psixolo-
giyanın tədrisi üsullarına dair», 1960 və 1961-ci illərdə «Psi-
xologiya oçerkləri», 1968-ci ildə «Psixologiya» əsərlərini
|