Azərbaycanda elmi psixologiyanın yaranması və inkiĢafı
1920-ci il aprel ayının 28-də XI Qızıl Ordu Bakıya daxil
oldu. Azərbaycan Demokratik Respublikasının hakimiyyətinə
son qoyuldu, hakimiyyət bolĢeviklərin əlinə keçdi.
«1920-ci ilin mayın 12-də «Köhnə orta və ibtidai məktəb
tiplərini politexnik məktəblərlə əvəz etmək haqqında» hökümət
dekreti elan oldundu. May ayının 26-da isə «Azərbaycan Sovet
Sosialist
Respublikası
vahid
əmək
məktəblilərinin
Əsasnaməsi» qəbul olundu. Bu əsasnamə və dekretdə
məktəblərdə təlimin ana dilində və pulsuz aparılması,
zəhmətkeĢ balalarının üzünə açıq olması elan edildi»
(F.A.Rüstəmov, Ən yeni dövrün pedaqogika tarixi, B.,
«Nurlan», 2005, s.62).
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra
təhsil müəssisələrinin Ģəbəkəsi geniĢləndirildi. Ali məktəblər
açıldı. Kadr hazırlığı vacib tələb kimi qarĢıya qoyuldu. Lakin
|