129
“DOLU” YAĞAN MƏKANLAR...
Çağdaş nəsrin axtarışlarının mərkəzində müharibə mövzu-
sunun dayanması bu mövzuda ədəbiyyatın yeni bir söz deməyə
cəhdi kimi mənalanmalıdır. Əvvəla, kifayət qədər zaman
fasiləsi ötmüş, müharibənin odlu-alovlu illəri çoxdan geridə
qalmışdır. İndi hadisələrə yönələn analitik baxışın dramatizmi
artmalı, onun daha çox fəlsəfəsinə yenmək məramı güclənmə-
lidir. Digər tərəfdən, bu mövzuda ədəbiyyatımızda bir boşluq
var, indi bir-birinin ardınca yazılan nəsr kitabları, onların mü-
zakirəsi, ilk növbədə boşluqları doldurmaq yönündə bir ad-
dımdır. Sadəcə bir addım...Nədən ki, ona yetməyin, gizli qat-
larını çözməyin realizəsi hələ qarşımızdadır.
Aqil Abbasın “Dolu” romanı müharibə görüntülərini sərgi-
ləyən romandır, həm düşmənlə apardığımız, həm də öz içimiz-
də gedən müharibənin iç aləmini görk edən roman. Romanın
strukturu 90-cı illərin əvvəllərində milli həyatımız üçün
xarakterik olan, baş vermiş müxtəlif parodoksları mümkün qə-
dər yanaşı verməyə imkan yaradır: ön cəbəhədə gedən vuruşlar,
kəskinləşən münasibətlər, düşmən qarşısında əliyalın, silahsız
qalan ordu, tarıma çəkilmiş əsgər əsəbləri, müharibə gərginliyi
və bu gərginliyin arxa cəbhədə hiss olunmayan əhvalının fəci
görüntüləri. Bu iki təzadlı situasiyalarda müxtəlif səviyyəli
obrazların dünyasına bələd olmağa hər çür imkan yaranır. Belə
ki, 90-cı illərə məxsus elə bir məqam-cəmiyyət, mənəviyyat,
məişət, psixoloji durum mənasında – yoxdur ki, romanda təsvi-
rini tapmasın. Həm bütöv cəmiyyət-xalq səviyyəsində, həm də
müharibə gerçəkliyinin lokal təzahürlərinə enərək...
Romanda A.Abbas nəsrinə məxsus fikrin ilkin formada mə-
nalanması, prozaik naturallığı var. Əsərdəki koloritin əsas sə-
bəblərindən biri müəllifin “külli Qarabağın abı-həyatı”nı, onun
ictimai-siyasi, coğrafi mühitini yaxşı tanımasıdır. Elə əsərdəki
hadisələr də təsvir olunan məkanın-Dünyanın ən varlı şəhərinin
–Ağdamın lokal regional dəyərləri kontekstində sərgilənir, bu
|