Cədvəl 1: Sığortanın funksiyaları
Mənbə:
https://az.wikipedia.org/wiki/S%C4%B1%C4%9Forta, 2018
Maliyyə sisteminin bir həlqəsi kimi sığortanın xüsusiyyətlərini, iqtisadi
mahiyyətini və ictimai təyinatını təcəssüm etdirən bir sıra funksiyaları mövcuddur.
Bunlara risk funksiyası, xəbərdarlıq funksiyası, yığım funksiyası və nəzarət funksiyası
aid edilir.
Risk funksiyası
sığortanın əsas funksiyası hesab edilir. Çünki sığorta fəaliyyətinin
əsasını məhz riskin ehtimal edilməsi və onun yol açacağı zərərlərin hesablanması təşkil
edir. Məhz bu funksiyanın fəaliyyəti nəticəsində sığorta hadisəsinin baş verməsi
halında sığorta obyekti dəyərinin pul ekvivalenti sığorta iştirakçıları arasında
bölüşdürülür. Risklər qaçınılmaz olduğu üçün zərərlər də hər zaman meydana çıxa bilər
və hətta mütəmadi təkrar oluna bilər. Sığortanın qarşısında qoyulan məqsəd isə
sığortaçı tərəfin zərərçəkən sığortalıya ziyanın aradan qaldırılması üçün pul yardımı
göstərməsidir. Sığortanın
xəbərdarlıq funksiyası
əhalinin yaxud təsərrüfat
SIĞORTANIN
FUNKSİYALARI
RİSK
FUNKSİYASI
XƏBƏRDARLIQ
FUNKSİYASI
YIĞIM(ƏMANƏT)
FUNKSİYASI
NƏZARƏT
FUNKSİYASI
25
subyektlərinin fəaliyyəti üçün ehtimal olunan mümkün zərərlərin nəticələrini aradan
qaldırmağa çağırış aləti olmaqla bütün fəaliyyətin, əmlakın, sağlamlığın və s.
sığortalanmasını ehtiva edir. Daha dəqiq desək, sığorta ehtimal olunan risklərin bir növ
zərərsizləşdirilməsi deməkdir. Sığortalanma üçün sığortalılardan toplanan ayırmalar
sığorta fondlarına cəlb olunduğu üçün sığorta həmçinin
yığım funksiyası
nı həyata
keçirir. Sığorta vasitəsilə külli miqdarda vəsaitlərinin toplanması, fondların
formalaşması maliyyə siyasəti baxımından mühüm əhəmiyyətə malikdir. Sığortanın
sonuncu funksiyası
nəzarət
dir. Nəzarət funksiyası yuxarıda sadalanan digər
funksiyaların nəticəsi kimi çıxış edir və sığorta münasibətləri zamanı digər
funksiyalarla birlikdə özünü biruzə verir. Nəzarət funksiyasının mahiyyəti fond
vəsaitlərinin
formalaşdırılması
və
düzgün
istifadəsi
ilə
bağlıdır.
(https://az.wikipedia.org/wiki/S%C4%B1%C4%9Forta, 2018)
Yuxarıda qeyd edilmiş funksiyalardan əlavə beynəlxalq təcrübədə sığortanın ilk
üçü əsas olmaqla yeddi funksiyası fərqləndirilir:
1.
Dəqiqliyin (müəyyənliyin) təmin edilməsi
2.
Təhlükəsizliyin təmin edilməsi
3.
Riskin paylanması
4.
Zərərin əvəzinin ödənməsi
5.
Kapitalın cəlb edilməsi
6.
Səmərəliliyin (stimulun) artırılması
7.
İqtisadi inkişafa dəstək
Sığorta fəaliyyətinin idarə edilməsinin əsas funksiyalarına isə sığortanın sadalanan
funksiyalarına xidmət edən bütöv fəaliyyətin planlaşdırılması, tənzimlənməsi, sığorta
bazarı üzrə marketinq əməliyyatları, sığorta fəaliyyətinin motivləşdirilməsi və ona
nəzarət aid edilir.
|