S
/
T
su
al ta
p
şırıq
1. Praktik şəkildə yerinə yetirin:
▶ addımla hərəkətdə dönmələri;
▶ silahla sıra duruşunu;
▶ avtomatın “qayışda” vəziyyətindən sinəyə alınmasını;
▶ silahsız yerində və hərəkətdə əsgəri salamlaşmanı;
▶ sıradan çıxma və rəisə yaxınlaşmanı;
▶ “çök” və “qalx” komandalarını;
▶ avtomatın “sinədə” vəziyyətindən “qayışda” vəziyyətinə alınma sını;
▶ avtomatın “qayışda” vəziyyətindən “arxaya” vəziyyətinə alınma sını;
▶ avtomatın “arxaya” vəziyyətindən “qayışda” vəziyyətinə alınma sını;
▶ “döyüşə” üsulunu;
▶ “döyüşə” vəziyyətindən “Qalx” üsulunu;
Layih
ə
TAKTİKİ
HAZIRLIQ
6. Ümumqoşun döyüşü
7. Döyüş təminatı
8. Taqımın quruluşu
9. Taqım hücumda
10. Taqım müdafiədə
11. Taqımın döyüş düzülüşü
2
Layih
ə
47
Layih
ə
48
6. ÜMUMQOŞUN DÖYÜŞÜ
Ümumqoşun bölmələrinin müharibələrdə və silahlı münaqişələrdə tətbiqi onların
taktiki fəaliyyətlərdə iştirakı ilə həyata keçirilir.
Ümumqoşun bölmələrinin taktiki fəaliyyətləri dedikdə nə başa düşür sünüz?
Taktiki fəaliyyətin əsas forması
döyüşdür
.
Döyüş qısa vaxt ərzində düşməni məhv etmək, onun zərbələrini dəf etmək
və digər tapşırıqları yerinə yetirmək üçün bölmələrin tapşırıq, yer və zamana
görə razılaşdırılmış
zərbə
,
atəş
və
manevridir
.
Zərbə
düşmənə əldə olan bütün vasitələrlə eyni zamanda zərər vur maq-
dır. Zərbə qoşunlarla və atəşlə endirilir. Atəş zərbələri, öz növbə-
sində, raket, aviasiya və artilleriya zərbələri ola bilər.
Atəş
müxtəlif növ silahlardan düşmənə zərər vurulmasıdır. O, düşməni
məhvetmə, susdurma, taqətdənsalma və ya obyektlərini dağıtma
məqsədilə aparılır. Atəş ümumqoşun döyüşündə düşmənin məhv
edil məsinin əsas üsuludur.
Manevr
döyüşə hazırlıq vaxtı və onun gedişində qoşunların mütəşəkkil
şəkildə yerdəyişməsi, zərbə və atəşin köçürülməsi və ya yenidən
istiqamətləndirilməsidir (cəmləşdirilməsi, bölüşdürülməsi). Manevr-
lər qoşunlarla (bölmələrlə), zərbə və atəşlə ola bilər.
Bölmələrlə manevr
düşmənə nəzərən daha əlverişli vəziyyətin tutulması və
bölmələrin zərbə altından çıxarılması məqsədilə həyata keçirilir.
Layih
ə
49
Dövrələmə
Mövqedəyişmə
Dostları ilə paylaş: |