103
fars dilində
oxşar, bənzər
mənalarını daşıyır. Bu fakta əsasən
bəktəş
sözünün də lüğətdə
bir-birinə oxşayanlar
mənasında iş-
ləndiyini düşünmək olar. Maraqlıdır ki,
bəktaş
sözü ortaçağda
fars dilində tayfa başçısı anlamında işlənmişdir. Lüğətdəki
yol-
daş
sözü müasir ədəbi dilimizdə eynilə,
razdaş
isə
sirdaş
şəklin-
də işlənir (farsmənşəli
raz
sözü sirr deməkdir). Lüğətdə cəmi iki
sözün tərkibində işlənmiş
-ğı
şəkilçisi də diqqətçəkicidir:
ardı-
cağı
(
ardıncağı
),
sonrağı.
Göründüyü kimi, bu şəkilçi zərf mə-
nasını bildirən sözlərə qoşulmuşdur. Müasir ədəbi dilimizdə
olan
-kı, -ki, -ku, -kü
şəkilçisi də, əsasən zərflərə qoşulur:
axşam-
kı, qabaqkı, dünənki, gecəki, gündüzkü
və s. Buna əsasən
-ğı
şə-
kilçisini müasir ədəbi dilimizdəki
-kı
şəkilçisinin əski variantı
kimi qəbul etmək olar.
Lüğətdə işlənmiş bir sözdə
-kən,
digərində isə
-cıl
şəkilçili
bu sözləri də qeydə almışıq:
yelkən, tovşancıl
(qartal).
“Sihahül-əcəm” lüğətində feildən ad düzəldən şəkilçilər da-
ha geniş və çeşidli şəkildə təmsil olunmuşdur. Onlar sırasında
-
ıcı, -ici,
-yıcı, -yici
sözdüzəldici şəkilçiləri sayına görə birinci
yerdədir. Bu şəkilçilərin köməyilə düzəlmiş aşağıdakı sözlər ar-
xaik səciyyə daşıyır və məhz bu baxımdan diqqətçəkicidir.
Bək-
ləyici (bağban), ısırıcı (dişləyən) çalıcı (tarçı, tarzən), saqlayıcı
(gözətçi), yarlığayıcı (bağışlayan), yıldırıcı (parlaq)
. Həmin
sözlərə eynilə bu şəkildə ortaçağa aid türkcə qaynaqlarda rast
gəlmirik. Buna görə də onların H.Naxçıvaninin özü tərəfindən
düzəldilib ədəbi dilə gətirildiyini düşünmək olar. Lüğətdə
-ıcı, -
ici
şəkilçisinin köməyi ilə düzəlmiş
bükici,
istəyici (axtaran
mə-
nasında
), gülici, tadıcı,
yaradıcı
(
yaradan
),
umıcı
(
uman, istə-
yən
) sözləri də işlənmişdir.
Lüğətdə feildən ad düzəldən aşağıdakı sözdüzəldici şəkilçi-
ləri də qeydə almışıq:
Dostları ilə paylaş: