www.elmler.net
-
Virtual İnternet Resurs Mərkəzi
Ümumi psixologiya. Psixologiya
75
əsasında tələbatlar durur, onun (fəallığın) mənbəini təĢkil edir.
Tələbatlar orqanizmin mühüm daxili gücünü təĢkil etməklə onu
fərdin və nəslin yaĢaması və inkiĢafı üçün zəruri olan
keyfiyyətcə müəyyən fəallıq formasını (fəaliyyəti)
həyata
keçirməyə təhrik edir.
Özünün ilkin bioloji formasında tələbatlar orqanizmin ondan
kənarda olan, həyat və fəaliyyəti üçün zəruri olan nəyə isə hiss etdiyi
ehtiyac kimi meydana çıxır. Lakin ehtiyacı tələbatlarla eyniləĢdirmək
düzgün olmazdı. Tələbatlar insanın dərk olunmuĢ ehtiyacları
olmaqla
daha geniĢ anlayıĢ kimi qəbul edilir. Tələbatlar insanın ehtiyacları ilə
yanaĢı onun öz ehtiyaclarına münasibətini də əks etdirir. Bu baxımdan
tələbatlar insanın konkret həyat Ģəraitindən asılılığını ifadə edən və onun
bu Ģəraitdə fəallıgını Ģərtləndirən özünəməxsus psixi halətdir. Tələbatlar
və onların növləri barədə kitabın 5-ci fəslində ətraflı
bəhs olunduğuna
görə burada deyilənlərlə kifayətlənməli olduq.
Dostları ilə paylaş: