Dayanmadan işləmə
- bu məhsulun müəyyən müddət
ərzində onun işinə müdaxilə etmədən (yəni təmir və
tənzimləmədən) fasiləsiz olaraq işləmə xassəsidir.
Uzunömürlülün
- bu təyin olunmuş qaydada təmir və
texnini xidmətlələrin aparılması halında bütün istismar dövrü
ərzində müəyyən olunmuş ən böyük həddə qədər iş qabiliyyətini
saxlamaq xassəsidir.
Əmək tutumu
- məhsulun hazırlanmasına sərf olunan
vaxtdır. (Əməyin normal intensivliyi şəraitində).
Dəzgah tutumu
-
məhsulun bütün hissələrinin
hazırlanmasına sərf olunan vaxtın bütün istifadə olunan dəzgah və
avadanlıqların işlə yüklənməsi deməkdir ki, bu da dəzgah - saatla
ölçülür.
İstehsal tsikli
- hər hansı bir məhsulun hazırlanmasına və
ya təmirinə və bir çox texnini təşnilatı xaranterli göstəricilərin
təqvim üzrə başlandığı gündən qurtarana qədər sərf olunan vaxta
deyilir.
Məhsulun quruluş varisliyi
– bu məhsulun quruluşunda
digər məhsullarda istifadə olunmuş və ya olunan hissə və yığım
vahidlərinin tətbiq oluna bilməsi xüsusiyyətidir.
Məhsulun
texnoloji
varisliyi
-
bu
məhsulun
hazırlanmasında və ya təmirində müəssisədə tətbiq olan texnoloji
proses, əməliyyat və texnoloji avadanlıq, ləvazimatdan istifadə
oluna bilməsi xüsusiyyətidir.
Müasir maşın və avadanlıqların hazırlanması istehsal
prosesinin bütövlündə dəqiq təşkilini, o cümlədən istehsalın
texnoloji hazırlığını tələb edir.
1.2. İstehsalın texnoloji hazırlanması
Maşınqayırmada
istehsal prosesi
dedikdə - müəssisə
daxilində, materiallardan və yarımfabrikatlardan hər hansı bir
məhsulun istehsalı üçün yerinə yetirilən bütün işlərin cəmi başa
düşülür. Buraya istehsal vasitələrinin hazırlanması, onlara qulluq,
bilavasitə maşını təşkil edən hissələrin mexaniki emalı, yığılması,
texnoloji proseslərə nəzarət, məhsulun qablaşdırılması, satışı,
müəssisənin bütün əsas istehsaldan Kənar şö’bələrinin işləri
daxildir.
İstehsal proseslərinin səmərəli təşkili istehsalın mükəmməl
texniki hazırlığı əsasında aparılır.
İstehsalın texniki hazırlanması.
Bu əməliyyat aşağıdakılardan ibarətdir:
1.
İstehsalın konstruktiv hazırlanması - yəni məhsulun
konstruksiyasının işlənməsi onun bütün cizgilərinin və digər
konstruksiya sənədlərinin hazırlanması.
2.
İstehsalın texnoloji hazırlanması - bu hazırlığa məhsulun
quruluşunun texnoloji cəhətdən səmərəli olması, texnoloji
proseslərin işlənməsi, texnoloji ləvazimatların layihələndirilməsi
və hazırlanması və istehsalın texnoloji hazırlanmasının idarə
olunması daxildir.
3.
Məhsulun lazım olan miqdarda və əlverişli
hazırlanmasının istehsal proseslərinin təqvim planı.
İstehsalın texniki hazırlanmasının ən məsuliyyətli və çətin
mərhələsi texnoloji layihələndir ilməsidir. Bu da texnoloji
hazırlanmanın xırda seriyalı istehsalda 30-40%, seriyalı istehsalda
40-50% və küllü istehsalda isə 50-60% -ni təşkil edir.
Texnoloji
proseslərin
layihələndirilməsinin
əmək
tutumunun istehsal proqramının artması ilə çoxalması texnoloji
ləvazimatların mürəkkəbləşməsi və hazırlığın mükəmməlləşməsi
ilə izah olunur. Ümumiyyətlə, maşınların hazırlanmasında
texnoloji
layihələndirmənin
əmək
tutumu,
konstruktiv
layihələndirməyə sərf olunan əməkdən dəfələrlə artıq olur.
|