müvafiq olaraq 3.21, 3.23, 3.25 nişanları qoymaqla və ya 7.2.1 lövhəciyi tətbiq
etməklə. 3.24 nişanının qüvvədə olduğu sahəni maksimum hərəkət sürətinin başqa
kəmiyyəti göstərilən 3.24 nişanı
qoymaqla azaltmaq olar;
3) 3.27-3.30 nişanları üçün - onların qüvvədə olduğu sahənin qurtaracağında
3.27-3.30 nişanlarını 7.2.3 lövhəciyi ilə təkrarən qoymaqla və ya 7.2.2 lövhəciyi
tətbiq etməklə, 3.27 nişanı 1.4
nişanlama xətti ilə birlikdə; 3.28 nişanı isə 1.10
nişanlama xətti ilə birlikdə tətbiq edilə bilər: bu zaman nişanların qüvvədə olduğu
sahə
nişanlama
xəttinin
uzunluğu
ilə
müəyyənləşdirilir.
IX. 3.10, 3.27-3.30 qadağan nişanlarının qüvvəsi yolun yalnız nişan qurulmuş
tərəfinə şamil edilir.
3.1 Giriş qadağandır
3.2 Hərəkət qadağandır
3.3 Mexaniki nəqliyyat vasitələrinin hərəkəti qadağandır
3.4 Yük avtomobillərinin hərəkəti qadağandır
3.5 Motosikletlərin hərəkəti qadağandır
3.6 Traktorların hərəkəti qadağandır
3.7 Qoşqu ilə hərəkət qadağandır
3.8 At-araba ilə hərəkət qadağandır
3.9 Velosipedlə hərəkət qadağandır
3.21 Ötməyin qadağan edildiyi zonanın qurtaracağı
3.22 Yük avtomobillərinin ötməsi qadağandır
3.23 Yük avtomobillərinin ötməsi qadağan edilmiş zonanın qurtaracağı
3.24 Maksimum sürətin məhdudlaşdırılması
3.25 Maksimum sürətin məhdudlaşdırıldığı zonanın qurtaracağı
3.26 Səs siqnalı vermək qadağandır
3.27 Dayanmaq qadağandır
3.28 Durmaq qadağandır
3.29 Ayın tək günlərində durmaq qadağandır
3.30 Ayın cüt günlərində durmaq qadağandır
3.31 Bütün məhdudiyyətlər zonasının qurtaracağı
3.32 Ehtiyat üçün ayrılmış duracaq yeri
3.33 Nəqliyyat vasitələrinin kateqoriyalarına
uyğun sürətin
məhdudlaşdırılması