94
Təsviri incəsənətin nəzəriyyəsi
Telman İbrahimov
T
əsviri incəsənətdə rəng ən mühüm ifadə vasitələrdən
biridir. Onun düzgün istifadəsi ilə əhval-ruhiyyəni kökləmək, ta-
maşaçıya güclü emosional təsir etmək mümkündür ki, bu amilə
əsasən müxtəlif mədəniyyətlərdə müəyyən rəng simvolikası for-
malaşmışdır. Rənglərin insan psixikasına olan güclü təsiri haq-
qında Höte yazır:
“...rənglər ruha təsir edir. Onlar bizi sakitləşdirən
və ya həyəcanlandıran hiss oyatmağa qadirdilər.”
Məhz rənglərin
qruplaşdırılması prinsipi də onların psixoloji təsiri ilə bağlıdır
(isti-soyuq, statik, neytral).
Predmetlərin əks etdirdiyi və ya şüalandırdıqları işığın spektral
tərkibinə müvafiq formalaşan vizual təsəvvürlər rəng kimi tərif
edilir. Predmetlərin rəngi yoxdur, biz rəngi ancaq predmetlərin
üzərinə işıq düşəndə qavrayırıq. Bu halda, rəng üç amilin qarşı-
lıqlı təsirindən formalaşır: işıq mənbəyi, obyekt və müşahidəçi.
Rəng bizdə müəyyən məkan hissinin yaranmasında da öz fizi-
oloji rolunu oynayır. İsti rənglər predmetləri bizə yaxışlaşdırır,
soyuq rənglər isə onları uzaqlaşdırır. Mavilik çox olduqca bizi
predmetdən ayıran hava və ənginliyi daha artıq hiss edirik. Məhz
bu mənada rəng perspektivinin də olduğu bəlli olur.
Rəngin formalaşması işıq dalğasının uzunluğundan asılı-
dır. Ən uzundalğalı – qırmızı, ən qısadalğalı – bənövşəyidir.
Rəngin qavranması predmetin işığın şüasını udub-əks etmək
qabiliyyətindən asılıdır.
Rəng nəzəriyyəsi onun baza prinsiplərinə əsaslanır. Burada ilk
növbədə rəngin səciyyəvi xüsusiyyətini qeyd etmək vacibdir.
•
Dostları ilə paylaş: