41
Mövzu 6
Təsviri sənətdə cismanilik (materiallıq) və təsvir fakturası
T
əsviri sənət bilavasitə real həyatı əks etdiyindən müəyyən
mənada reallığa malik olmalıdır. Təsviri sənət tarixində reallığın
(cismaniliyin) təsvir vasitələri ilə əldə olunmasına münasibət
müxtəlif dövrlərdə fərqli olmuşdur. İbtidai dövrdən yaranan fi-
qurativ təsviri sənətdə cismanilik tarix boyunca, getdikcə artırdı.
İlk təsvirlər yalnız xətlər və cizgilərlə əldə olunurdu, daha sonra
belə təsvirlərə rənglər də əlavə olunur və təsvir real predmetin və
ya obyektin rənglərini olduğu kimi əks etdirirdi. Bir qədər sonra,
işıq-kölgə vasitələri də təsvirə cəlb olunaraq, onun cismanilik və
həcmlilik xüsusiyyətləri artırıldı.
Mücərrəd təfəkkürün formalaşması və inkişafı ilə əlaqədar
qeyri-fiqurativ təsviri sənət də inkişaf etməyə başlayır. Müxtəlif
simvolik təsvirlərdə, təsviri işarələrdə, naxışlarda və s. cismanili-
yin, materiallığın təsvir vasitələrinə əksinə, ehtiyac olmur. Belə
təsvirlər Şərti təsvir olduğundan, onlarda reallıq illüziyasının
yaradılması tələb olunmur. Təsvirin reallığı qavrayış zamanı
mücərrəd obraz kimi formalaşır.
Təsviri sənətdə cismaniliyin (materiallığın) rolu həmişə böyük
əhəmiyyətə malik olmuşdur. Təsvirin real obyekti əks etdirməsi,
onu “əvəz etməsi” yalnız o vaxt mümkündür ki, bu da təsvirdə
reallıq illüziyası təsvir vasitələri ilə əldə olunsun.
İbtidai dövrdə qayaüstü təsvirlər ilk mərhələdə yalnız kontur
xətləri ilə ifadə olunmuşlar. Lakin belə təsvir müəyyən mənada
şərti olmuşdur, çünki təsvir olunmuş heyvan və ya insan fiqu-
ru sanki “məftil” vasitəsilə yaradılmışdır. Belə fiqurlar “şəffaf”lıq
təsiri yaradaraq reallıqdan uzaq olmuşlar. Reallıqda isə həmin
fiqurlar “şəffaf” deyil, cismani idilər. Kontur xətləri vasitəsilə
yaradılmış fiqur yalnız heyvan növünü tanımaq imkanı verirdi,
lakin onun cismaniliyi (plastik səthi, ağırlığı, fakturası, rəngi və
s.) ifadə olunmurdu. Bu təsvirin reallığını azaldır və şərtiliklər
yaradırdı.
Dostları ilə paylaş: