Sığorta fəaliyyəti haqqında azərbaycan respublikasinin q a n u n u



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə2/12
tarix06.05.2017
ölçüsü0,92 Mb.
#16989
1   2   3   4   5   6   7   8   9   ...   12

 

həyatın  yığım  sığortası  –  sığortalının  müntəzəm  şəkildə  ödədiyi 

sığorta haqlarının sığortaçıda müddətli yığım vəsaitləri kimi toplanılmasını nəzərdə 

tutan həyat sığortasının aparılmasının forması; 

1.1.25.

 

aktuari – qanunvericiliyə uyğun olaraq iqtisadi-riyazi hesablamalar 

aparmaqla  sığorta  haqlarının  hesablanmasının  əsaslarını  müəyyən  edən,  həmçinin 

sığorta ehtiyatlarını hesablayan mütəxəssis; 

1.1.26.

 

lisenziya  –  sığortaçıya  sığorta  fəaliyyətini,  təkrarsığortaçıya 

təkrarsığorta  fəaliyyətini,  sığorta  brokerinə  sığorta  brokeri  fəaliyyətini,  sığorta 

agentinə sığorta agenti fəaliyyətini həyata keçirməyə icazə verən rəsmi sənəd; 

1.1.27.

 

tələb  olunan  kapital  –  sığortaçının  maliyyə  öhdəliklərinin  tam 

həcmdə yerinə yetirilməsi üçün tələb olunan vəsaiti ifadə edən məbləğ; 



1.1.28.

 

sığortaçının  öz  vəsaiti  –  sığortaçının  öhdəliklərindən  azad  olan, 

məbləği  sığorta  nəzarəti  orqanı  tərəfindən  müəyyən  edilən  qaydalara  əsasən 

hesablanan vəsaitləri; 

1.1.29.

 

məcmu  kapital  –  sığortaçının  maliyyə  sabitliyinin  və  ödəmə 

qabiliyyətinin təmin edilməsi üçün lazım olan vəsaitin mövcud məbləği; 



1.1.30.

 

şə

xs – fiziki şəxs və ya hüquqi şəxs; 

1.1.31.

 

yerli hüquqi şəxs – Azərbaycan Respublikasının qanunvericiliyinə 

müvafiq olaraq təsis edilən istənilən hüquqi şəxs; 



1.1.32.

 

xarici fiziki şəxs – Azərbaycan Respublikasının vətəndaşı olmayan 

və daimi yaşayış yeri Azərbaycan Respublikasının ərazisi olmayan fiziki şəxs; 



1.1.33.

 

xarici hüquqi şəxs – yerli hüquqi şəxs anlayışı ilə əhatə edilməyən 

hüquqi şəxslər; 



1.1.34.

 

xarici  sığortaçı  –  öz  ölkəsinin  qanunvericiliyinə  əsasən  sığorta 

fəaliyyətini həyata keçirmək hüququ olan  xarici hüquqi şəxs; 



1.1.35.

 

xarici  təkrarsığortaçı  –  öz  ölkəsinin  qanunvericiliyinə  əsasən 

təkrarsığorta fəaliyyətini həyata keçirmək hüququ olan xarici hüquqi şəxs; 



1.1.36.

 

törəmə cəmiyyət - bu Qanunun məqsədləri üçün idarə edilməsində 

ə

sas təsisçisinin (səhmdarının) əhəmiyyətli nəzarətə malik olduğu hüquqi şəxs; 



1.1.37.

 

asılı  cəmiyyətlər  -  biri  digərinin  və  ya  onların  hər  birinin  eyni 

üçüncü şəxsin (şəxslərin) əhəmiyyətli nəzarəti altında olan hüquqi şəxslər; 



1.1.38.

 

ə

həmiyyətli  müqavilə  -  bu  Qanunun  məqsədləri  üçün,  hər  hansı 

şə

xsə  onun  hüquqi  şəxsin  səhmlərinə  malik  olub-olmamasından  asılı  olmayaraq 



həmin  hüquqi  şəxsə  qərarların  qəbul  edilməsində  mühüm  təsir  göstərmək 

səlahiyyəti verən müqavilə; 



1.1.39.

 

ə

həmiyyətli  nəzarət  –  bu  Qanunun  məqsədləri  üçün  səhmdarın 

hüquqi  şəxsin  yerləşdirilmiş  adi  səhmlərinin  50  faizinə  və  ya  daha  çox  hissəsinə 

malik  olması,  yaxud  əhəmiyyətli  müqavilə  əsasında  hər  hansı  şəxs  tərəfindən 

hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərmək imkanı; 



1.1.40.

 

mühüm  iştirak  payı  –  nizamnamə  kapitalında  yerləşdirilmiş 

səhmlərin  20  və  ya  daha  çox  faizinə  birbaşa  və  ya  dolayı  yolla  malik  olma;  şəxs 

hüquqi şəxsdə o zaman dolayı yolla mühüm iştirak payının sahibi hesab edilir ki, 


 

 



o,  bu  hüquqi  şəxsdə  mühüm  iştirak  payına  malik  olan  digər  hüquqi  şəxsə 

ə

həmiyyətli nəzarəti həyata keçirsin; 



1.1.41.

 

vətəndaş  qüsursuzluğu  –  bu  Qanunda  nəzərdə  tutulan  şəxslər 

üçün: 


1.1.41.1. qəsdən törədilmiş cinayətə görə məhkumluğun olmaması; 

1.1.41.2.  mülkiyyət  əleyhinə  və  iqtisadi  fəaliyyət  sahəsində  ağır  və  ya 

xüsusilə ağır cinayətlərin törədilməsinə görə heç zaman məhkumluğun olmaması; 



1.1.41.3. müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olmasına 

məhkəmə qərarı ilə qadağa qoyulmaması; 



1.1.42.

 

yaxın  qohumlar  –  bu  Qanunun  məqsədləri  üçün  ər,  arvad, 

valideynlər, övladlar, övladlığa götürülənlər, bacılar, qardaşlar, ərin və ya arvadın 

valideynləri, bacıları, qardaşları. 

1.2.  Aşağıdakı  hallarda  bu  Qanunla  müəyyənləşdirilmiş  sığortaçı  və  xarici 

sığortaçı anlayışları müvafiq olaraq təkrarsığortaçını və ya xarici təkrarsığortaçını 

da əhatə edir: 

1.2.1.

 

müvafiq müddəada xüsusi olaraq fərqləndirilmədikdə; 



1.2.2.

 

yalnız  sığortaçıya  və  ya  xarici  sığortaçıya  münasibətdə  tətbiq  edilə 

bilən məzmun ifadə olunmadıqda; 

1.2.3.

 

eyni cümlədə həm sığortaçı, həm də təkrarsığortaçı, yaxud həm xarici 

sığortaçı, həm də xarici təkrarsığortaçı anlayışından istifadə edilmədikdə; 

1.2.4.

 

sığortaçı və ya xarici sığortaçı anlayışından istifadə olunan müddəada 

yalnız  təkrarsığortaçıya  və  ya  xarici  təkrarsığortaçıya  şamil  olunan  başqa  hal 

müəyyən edilmədikdə. 



 

Maddə 2. Sığorta qanunvericiliyi 

 

2.1.  Azərbaycan  Respublikasının  sığorta  qanunvericiliyi  Azərbaycan 

Respublikasının 

Konstitusiyasından, 

Azərbaycan 

Respublikasının 

Mülki 


Məcəlləsindən,  bu  Qanundan  və  onun  əsasında  qəbul  edilən  normativ  hüquqi 

aktlardan,  icbari  sığorta  qanunvericiliyindən,  digər  normativ  hüquqi  aktlardan  və 

Azərbaycan 

Respublikasının 

tərəfdar 

çıxdığı 


dövlətlərarası 

beynəlxalq 

müqavilələrdən ibarətdir. 

2.2.  Sığorta  nəzarəti  orqanı  sığorta  bazarının  tənzimlənməsi  üzrə  sığorta 

qanunvericiliyinə  müvafiq  olan  normativ  hüquqi  aktlar  qəbul  etmək,  həmçinin 

sığortaçılar və sığorta vasitəçiləri üçün normativləri müəyyən etmək səlahiyyətinə 

malikdir. 



 

Maddə 3. İcbari və könüllü sığorta 

 

3.1.

 

İ

cbari  və  ya  könüllü  sığorta  müqaviləsini  yalnız  müvafiq  sığorta 



növünü aparmağa sığorta nəzarəti orqanından icazəsi olan sığortaçı bağlaya bilər. 

3.2.

 

İ

cbari  sığortanın  növləri,  aparılması  qaydaları  və  şərtləri  sığorta 



qanunvericiliyi ilə müəyyən edilir. 

 

 



3.3.

 

Bu  Qanuna uyğun  olaraq başqa  hal tətbiq  edilmirsə könüllü  sığortanın 

növləri və müvafiq sığorta qaydaları sığortaçı tərəfindən müəyyən edilir. 

3.4.

 

Qanunvericiliklə müəyyən edilmiş hallar istisna edilməklə icbari sığorta 

növünü  aparmağa  icazəsi  olan  sığortaçı  müvafiq  icbari  sığorta  müqaviləsini 

bağlamaqdan imtina edə bilməz. 



 

Maddə 4. Sığorta fəaliyyəti ilə bağlı müəyyən sözlərdən digər şəxslərin adlarında 

istifadəyə qadağalar 

 

4.1.

 

Sığortaçı,  təkrarsığortaçı  və  ya  sığorta  vasitəçisi  olmayan  hüquqi 

şə

xslərin  öz  adında  “sığorta”,  “təkrarsığorta”,  “sığorta  brokeri”,  yaxud  “sığorta 



agenti”  sözlərini,  həmçinin  həmin  sözlərdən  törəmiş,  özündə  sığorta  və 

təkrarsığorta  əməliyyatlarının  həyata  keçirilməsini,  yaxud  sığorta  vasitəçiliyini 

ifadə edən digər sözləri istifadə etməsi qadağandır. 

4.2.

 

Sığorta  vasitəçiliyi  fəaliyyəti  üzrə  lisenziyası  ləğv  olunmuş,  yaxud  bu 

Qanunda  nəzərdə  tutulmuş  hər  hansı  növ  lisenziya  verilməsindən  imtina  edilmiş 

hüquqi şəxs, bu barədə sığorta nəzarəti orqanının müvafiq qərarının qəbul edildiyi 

tarixdən 2 ay  müddətində bu Qanunun 4.1-ci maddəsinin tələbini təmin etməli və 

ya könüllü qaydada ləğv edilməlidir. 



4.3.

 

Hüquqi şəxs bu Qanunun 4.2-ci maddəsində nəzərdə tutulmuş müddətə 

riayət etmədikdə sığorta nəzarəti orqanının iddiası əsasında məhkəmənin qərarı ilə 

məcburi qaydada ləğv olunur. 



 

Maddə 5. Sığorta sistemi və sığorta bazarının iştirakçıları 

 

5.1.

 

Sığorta  sistemi  sığorta  bazarının  iştirakçılarından  və  sığorta  nəzarəti 

orqanından ibarətdir. 

5.2.

 

Sığortaçılar,  təkrarsığortaçılar,  sığorta  vasitəçiləri,  aktuarilər,  müstəqil 

auditorlar,  müstəqil  ekspertlər,  sığorta  sahəsində  yardımçı  fəaliyyət  göstərən 

hüquqi  şəxslər  və  sığorta  qanunvericiliyində  peşəkar  iştirakçı  kimi  nəzərdə 

tutulmuş başqa şəxslər sığorta bazarının peşəkar iştirakçılarıdır. 

5.3.

 

Sığortalılar,  sığorta  olunanlar,  faydalanan  şəxslər  və  sığorta 

qanunvericiliyində  nəzərdə  tutulmuş  başqa  şəxslər  sığorta  bazarının  digər 

iştirakçılarıdır. 



 

Maddə 6. Sığorta sirri 

 

6.1.

 

Aşağıdakı məlumatlar sığorta sirri hesab edilir: 



6.1.1.

 

sığortalının,  sığorta  olunanın  və  ya  faydalanan  şəxsin  adı,  ünvanı  və 

digər şəxsi məlumatları; 

6.1.2.

 

hər  hansı  sığorta  müqaviləsinin  sığorta  məbləği  və  ya  qaytarılan 

məbləğ; 


 

 

10 



6.1.3.

 

hər  hansı  sığorta  müqaviləsi  üzrə  ödənilmiş,  yaxud  ödənilməmiş 

sığorta haqqı; 

6.1.4.

 

hüquqi şəxs olan sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin 

kommersiya və ya biznes sirri; 

6.1.5.

 

sığortalının,  sığorta  olunanın  və  ya  faydalanan  şəxsin  şəxsi  və  ailə 

həyatı ilə bağlı, o cümlədən səhhətinə və əmlakına aid məlumatlar. 

6.2.

 

Sığorta  bazarının  peşəkar  iştirakçıları  peşəkar  fəaliyyətləri  nəticəsində 

ə

ldə  etdikləri  sığorta  sirri  hesab  edilən  məlumatları  qorumalı,  həmin  məlumatları 



aşağıdakı hallardan başqa digər şəxslərə açıqlamamalıdırlar: 

6.2.1.

 

sığorta sirrinin aid olduğu şəxsin yazılı razılığı əsasında; 



6.2.2.

 

təkrarsığorta  və  ya  şərikli  sığorta  müqaviləsi  bağlamaq  məqsədilə 

təkrarsığorta və ya şərikli sığorta müqaviləsinin digər tərəfinə; 

6.2.3.

 

səlahiyyətli  orqanın  qərarı  əsasında  ibtidai  istintaq  orqanının 

icraatında olan cinayət işləri üzrə həmin orqana; 

6.2.4.

 

məhkəmənin  qərarı  əsasında  onun  icraatında  olan  işlər  üzrə  həmin 

məhkəməyə; 

6.2.5.

 

sığorta  sistemində  tənzimləmə  və  nəzarət  funksiyalarının  yerinə 

yetirilməsi ilə bağlı məsələlər üzrə sığorta nəzarəti orqanının yazılı tələbi əsasında 

həmin orqana; 



6.2.6.

 

sığorta risklərinin qiymətləndirilməsi, sığorta hadisəsinin araşdırılması 

və  (və  ya)  zərərlərin  tənzimlənməsi  üçün  lazım  olan  istənilən  məsələlər  üzrə 

sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslərə və sığorta qanunvericiliyinə 

uyğun olaraq, sığorta əməliyyatlarına cəlb olunmuş müstəqil ekspertlərə; 

6.2.7.

 

icbari sığorta haqqında qanunvericiliyə müvafiq olaraq digər şəxslərə; 



6.2.8.

 

fiziki  şəxs  sığortalı,  sığorta  olunan  və  ya  faydalanan  şəxs  öldükdə 

aşağıdakı şəxslərə: 

6.2.8.1.

 

notariat qaydasında təsdiq edilmiş ərizələri əsasında vərəsələrə; 



6.2.8.2.

 

məhkəmənin  qərarı  əsasında  icraatında  ölmüş  müvafiq  şəxslə  bağlı 

vərəsəlik işləri olan məhkəməyə; 

6.2.8.3.

 

şə

xsin  ölməsi  haqqında  şəhadətnamənin  surəti  əlavə  olunmaqla 



müvafiq  notariusun  yazılı  sorğusu  əsasında  ölmüş  şəxslə  bağlı  vərəsəlik 

məsələlərinə baxan notariusa; 



6.2.8.4.

 

xarici  ölkələrin  konsulluq  idarələrinin  yazılı  sorğusu  əsasında 

icraatlarında ölmüş şəxslə bağlı vərəsəlik işləri olan həmin idarələrə. 

6.2.9.

 

“Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 

leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  mübarizə 

haqqında”  Azərbaycan  Respublikasının  Qanununda  nəzərdə  tutulmuş  hallarda 

maliyyə monitorinqi orqanına.

1

 



6.3.

 

Sığorta  sirrini  qanuni  yolla  əldə  edən  bütün  şəxslər  onu  yaymağa  və 

digər şəxslərə açıqlamağa görə müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada 

məsuliyyət daşıyırlar. 



 

 

                                                           

1

 Azərbaycan Respublikasının 2009-cu il 30 iyun tarixli 856-IIIQD nömrəli Qanunu ilə əlavə edilmişdir. 



 

 

11 



II Fəsil  

Sığortaçının fəaliyyətinin əsasları 

 

Maddə 7. Sığortaçının hüquqi statusu  

 

7.1.

 

Azərbaycan  Respublikasının  ərazisində  sığorta  və  təkrarsığorta 

fəaliyyəti  ilə  məşğul olmaq  üçün  bu  Qanunda  nəzərdə tutulmuş  qaydada  müvafiq 

lisenziya alınmalıdır. 



7.2.

 

Sığortaçı  Azərbaycan  Respublikasının  ərazisində  hər  hansı  sığorta 

növünü aparmaq üçün sığorta nəzarəti orqanından müvafiq icazə almalıdır. 

7.3.

 

Azərbaycan  Respublikasının  ərazisində  təkrarsığorta  fəaliyyətinin 

müstəsna  fəaliyyət  növü  kimi  həyata  keçirilməsi  üçün  bu  Qanunda  nəzərdə 

tutulmuş qaydada lisenziya alınmalıdır. 



7.4.

 

Bu  Qanunun  7.1-7.3-cü  maddələrinə  əməl  etməyən  şəxslər  müvafiq 

qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 

7.5.

 

Sığortaçı öz fəaliyyətini bu Qanuna, Azərbaycan Respublikasının digər 

normativ  hüquqi  aktlarına  və  öz  nizamnaməsinə  uyğun  olaraq  həyata  keçirən, 

ictimai əhəmiyyətli qurum olan kommersiya təşkilatıdır. 



7.6.

 

Sığortaçı  kommersiya  təşkilatı  olan  hüquqi  şəxs  olmaqla  yalnız  açıq 

səhmdar cəmiyyəti təşkilati-hüquqi formasında fəaliyyət göstərə bilər. 

 

Maddə 8. Sığortaçının qiymətli kağızları 

 

8.1.

 

Sığortaçının  qiymətli  kağızları,  o  cümlədən  səhmləri  yalnız  adlı 

qiymətli kağız kateqoriyasında olmalıdır. 

8.2.

 

Sığortaçının nizamnamə kapitalını təşkil edən səhmlər yalnız adi səhm 

formasında olmalıdır. 

 

Maddə 9. Sığortaçının adı 

 

9.1.

 

Sığortaçının adı Azərbaycan dilində müəyyən olunmalıdır.  



9.2.

 

Sığortaçının  adında  məna  ifadə  etməyən  sözlərdən,  o  cümlədən  hərf 

birləşmələrindən ibarət olan adlardan istifadə edilməsi qadağandır. 

9.3.

 

Sığortaçı  adının  əks  olunduğu  lövhələrdə,  blanklarda,  möhürlərdə  və 

kargüzarlıqla  bağlı  rəsmi  xarakterli  bütün  digər  ləvazimatlarda,  reklam  və 

elanlarda  nizamnaməsində  müəyyən  olunan  tam  və  ya  qısaldılmış  addan  istifadə 

etməlidir. 

9.4.

 

Sığortaçının tam adında «sığorta» sözünün olması məcburidir. 



9.5.

 

Müstəsna  olaraq  həyat  sığortası  sahəsində  fəaliyyət  göstərən 

sığortaçının tam adında «həyat» sözünün olması məcburidir. 

9.6.

 

Təkrarsığortaçının  tam  adında  «təkrarsığorta»  sözünün  olması 

məcburidir. 


 

 

12 



9.7.

 

Sığortaçının  adında  «Azərbaycan»,  «dövlət»,  «milli»,  «mərkəzi», 

«büdcə»,  «respublika»  sözlərindən  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada 

istifadə olunur. 



9.8.

 

Sığortaçının  öz  adında  əvvəllər  təsis  edilmiş  və  fəaliyyət  göstərən 

sığortaçıların,  habelə  xarici  sığortaçıların  adları  ilə  eyni  olan,  yaxud  bir-biri  ilə 

dəyişik  salınacaq  dərəcədə  oxşar  olan  söz  və  ya  söz  birləşmələrindən  istifadə 

etməsi qadağandır. 

9.9.

 

Öz  adında  səhmlərinin  əlli  faiz  və  ya  daha  çox  hissəsinə  malik  olan 

xarici  səhmdarının  adından  istifadə  edən  sığortaçıya  bu  Qanunun  9.1-ci  və  9.8-ci 

maddələrinin tələbləri şamil olunmur. 



9.10.

 

Sığortaçı  adında  edilən  dəyişikliklə  bağlı  müvafiq  sənədləri  hüquqi 

şə

xslərin  dövlət  reyestrinə  daxil  edilməsi  üçün  səlahiyyətli  orqana  təqdim 



etməzdən əvvəl həmin dəyişikliyi sığorta nəzarəti orqanı ilə razılaşdırmalıdır. 

 

Maddə 10. Sığorta və təkrarsığorta fəaliyyəti 

 

10.1.

 

Sığorta  fəaliyyəti  sığortaçı  tərəfindən  sığorta  risklərinin  qəbul 

edilməsi,  yerləşdirilməsi  və  ya  bölüşdürülməsi  üzrə  sığorta  müqavilələrinin 

bağlanması  və  yerinə  yetirilməsi  ilə  əlaqədar  olan,  sığorta  fəaliyyətinə  verilmiş 

lisenziya əsasında həyata keçirilən fəaliyyət növüdür. 

10.2.

 

Təkrarsığorta  fəaliyyəti  sığortaçı  tərəfindən  digər  sığortaçılardan 

sığorta  risklərinin  qəbul  edilməsi  və  ya  həmin  risklərin  bölüşdürülməsi  üzrə 

təkrarsığorta  müqavilələrinin  bağlanması  və  yerinə  yetirilməsi  ilə  əlaqədar  olan, 

sığorta  fəaliyyətinə  və  ya  təkrarsığorta  fəaliyyətinə  verilmiş  lisenziya  əsasında 

həyata keçirilən fəaliyyət növüdür. 



10.3.

 

Azərbaycan  Respublikasının  ərazisində  yerləşən  və  ya  mövcud  olan 

sığorta  predmeti  ilə  bağlı  əmlak  mənafelərinin  sığortalanması  yalnız  yerli 

sığortaçılar tərəfindən həyata keçirilir. 



10.4.

 

Sığortalılar sığortaçıları seçməkdə sərbəstdirlər. 



10.5.

 

Azərbaycan  Respublikasının  ərazisində  yerləşən  və  ya  mövcud  olan 

sığorta 

predmeti 

ilə 

bağlı 


ə

mlak 


mənafelərinin 

yerli 


sığortaçılarda 

sığortalanmasında  və  ya  təkrarsığortalanmasında  yalnız  yerli  sığorta brokerlərinin 

vasitəçiliyindən istifadə olunmalıdır. 

10.6.

 

Sığortaçılar  Azərbaycan  Respublikasının  ərazisində  yerləşən  və  ya 

mövcud  olan  sığorta  predmeti  ilə  bağlı  əmlak  mənafeləri  üzrə  riskləri  yerli 

sığortaçılarda  və  ya  bu  Qanunun  tələblərinə  cavab  verən,  həmçinin  bu  Qanunun 

95.3-cü  maddəsində  nəzərdə  tutulmuş  reyestrə  daxil  edilmiş  xarici  sığortaçılarda 

təkrarsığortalaya  bilərlər.  Belə  təkrarsığorta  birbaşa,  yerli  sığorta  brokerləri  və  ya 

bu  Qanunun  tələblərinə  cavab  verən,  həmçinin  bu  Qanunun  95.3-cü  maddəsində 

nəzərdə  tutulmuş  reyestrə  daxil  edilmiş  xarici  sığorta  brokerləri  vasitəsilə  həyata 

keçirilə bilər. 

10.7.

 

Sığortaçıların  Azərbaycan  Respublikasından  xaricdə  filial  və 

nümayəndəlikləri yalnız sığorta nəzarəti orqanının razılığı ilə açıla bilər. 


 

 

13 



10.8.

 

Qanunvericilikdə  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla,  dövlət 

hakimiyyəti  və  yerli  özünüidarəetmə  orqanları  sığortaçının  fəaliyyətinə  qarışa, 

onun  əmlakına,  o  cümlədən  bank  hesablarındakı  vəsaitlərinə  sərəncam  verə 

bilməzlər. 

10.9.

 

Sığorta 


risklərinin 

və 


zərərlərin 

qiymətləndirilməsi, 

sığorta 

hadisələrinin  araşdırılması,  həmçinin  zərərlərin  tənzimlənməsi  ilə  bağlı  xidmətlər 

sığorta  sahəsində  yardımçı  fəaliyyət  göstərən  hüquqi  şəxslər  tərəfindən  həyata 

keçirildikdə də, bu fəaliyyət sığorta xidmətlərinin tərkib hissəsi hesab edilir. 



10.10.

 

 Azərbaycan  Respublikasının  sığorta  sahəsində  yardımçı  fəaliyyət 

göstərən  hüquqi  şəxsləri  və  müstəqil  ekspertləri  yalnız  bu  Qanunun  95.3-cü 

maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş olduqları halda sığortaçılar və 

ya sığorta brokerləri tərəfindən xidmət göstərmək üçün cəlb oluna bilərlər. 

 

Maddə 11. Sığortaçının fəaliyyət istiqamətləri 

 

11.1.

 

Sığorta  və  təkrarsığorta  fəaliyyəti  sığortaçının,  müstəsna  olaraq 

təkrarsığorta  fəaliyyəti  isə  təkrarsığortaçının  həyata  keçirdiyi  əsas  fəaliyyət 

növüdür. 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin