Standartların qabaqlayıcı funksiya daşıması Məktəbəqədər təhsilin proqramı (kurikulumu) qabaqlayıcı
xarakter daşıyır. Bu, onun konseptuallığından irəli gəlir. Mək-
təbəqədər təhsil proqramı (kurikulumu) bütün təlim nəticələrini
əks etdirməklə son nailiyyətləri təsəvvür etməyə imkan verir.
Öyrənmə prosesində əldə edilən nailiyyətin hansı səviyyədə
olmasını müəyyənləşdirmək üçün müvafiq şərait yaranır.
Bütün bunlarla yanaşı, məktəbəqədər təhsil proqramı
(kurikulumu) aşağıdakı məsələləri əhatə edir:
müxtəlif bacarıqların öyrənilməsini nəzərdə tutan balans-
laşdırılmış yanaşmanı əhatə edir;
fəal təlim üsullarından istifadə etməklə məzmun stan-
dartlarının səviyyəsinə çatmağa imkan yaradır;
25
uşaqların inkişafının və təlim nəticələrinin qiymətlən-
dirilməsini, il ərzində düzəlişlərin edilməsini nəzərdə tutur;
uşaqların təlim prosesinə cəlb edilməsini və həvəslən-
dirilməsini təmin edir;
müvafiq təlim resurslarına malik olur.
Bu səciyyəvi cəhətlər onu əvvəlki proqramlardan fərqlən-
dirir.
Məktəbəqədər təhsil pilləsində öyrədiləcək məzmun proq-
ramda hər yaş qrupu üçün dörd inkişaf sahəsi üzrə məzmun
standartları şəklində təqdim edilir. Məzmun standartları uşaqların
bilik və bacarıq səviyyələrinə qoyulmuş dövlət tələbidir və onlar
məktəbəqədər təhsil dövrünün sonu üçün müəyyənləşdirilmiş
ümumi təlim nəticələrinin reallaşmasını və uşaqların həmin
nəticələrə nali olmalarını təmin edir.
Məzmun standartları əsas və alt-standartlara ayrılır. Əsas
standartlar 3-6 yaş üçün ümumi verilir. Alt-standartlar isə
nisbətən konkret təlim nəticələri olub hər yaş qrupunda uşağın
əldə etməli olduğu bilik, bacarıq və dəyərləri ifadə edir.
Məzmun standartlarının funksiyaları aşağıdakılardır:
- inkişaf sahələri üzrə müəyyən olunan təlim nəticələri bütün yaş dövrləri üzrə ümumi şəkildə ifadə edilir; - məktəbəqədər təhsilin sonunda inkişaf sahələri üzrə summativ qiymətləndirmənin aparılmasında istifadə edilir. Alt-standartların funksiyaları aşağıdakılardır:
- təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradır; - təlim strategiyalarının düzgün seçilməsində mühüm rol oynayır; - təlimdə inteqrativliyi təmin edir; - təlimin məzmununun ardıcıl və davamlı inkişafını təmin edir.