FƏSİL 3.
HİDROSFERƏ ANTROPOGEN TƏSİR.
3.1. Su ehtiyatları və onların keyfiyyəti barədə ümumi
məlumat
Hələ antik dövrdə ətraf mühit haqqında təbii –
elmi anlayışlar irəli sürərkən Milet məktəbinin əsasını qoyan
qədim yunan mütəfəkkiri Fales (eramızdan əvvəl 642 – 548
illər) təbiətin bütün hadisələrini suyun hərəkəti və çevrilməsi
ilə aydınlaşdıraraq suyu hər şeyin ilk əsası sayırdı, Falesin bu
görüşləri şübhəsiz digər qədim mütəfəkkir - Platonun
(eramızdan əvvəl 427 – 347 illər) fəlsəfəsinə də təsir göstərdi .
Suyun dövranı ideyası Platona aiddir. Lakin o, səhv təsəvvürə
əsaslanıb qeyd edirdi ki, Yerin bütün səth sularının bilavasitə
başlanğıcı dəniz suyudur. Lakin Platonun suyun dövranı
haqqındakı əsas fikri o qədim dövr üçün dahiyanə sayılırdı.
Platonun şagirdi - Aristotel ( eramızdan əvvəl 384 – 352
– ci illər) suyun dövranı haqqında öz müəllimlərinin fikrinə
böyük dəyişiklik etdi. Günəş istiliyinin təsirilə suyun dəniz və
okeanların səthindən buxarlanaraq Yerin yüksəkliklərində
kondensasiya
olunub
yağış
şəklində
düşərək
çayları
qidalandırması prosesini ilk dəfə Aristotel dərk etmişdir.
IX – əsrdə ərəb alimi Maqsudi Aristotelin suyun
atmosfer dövranını təsdiq edən olduqca sadə və inandırıcı
təcrübə apardı: dəniz suyunu buxarlandıraraq onun buxarından
şirin ( duzsuz) kondensat aldı.
Aristoteldən sonra uzun əsrlər ərzində ümumiyyətlə
suyun, torpağın, odun ( atəşin ) və havanın qarşılıqlı çevrilməsi
ehtimal edilirdi ki, 2 min il əvvəl yaşamış Hollandiya
kimyagəri və fizioloq İ.Van – Helmont və Avisenna ,ingilis
kimyaçısı R.Boyl da bu mövqedə durmuşlar. Onlar suyun bir
maddə olması haqqında real elmi fikrə gələ bilməmişlər
52
.Yalnız XVIII əsrin sonunda Avropa fizikləri əsərlərində
(P.Laplas, A.Lavueze və b) suyun yalnız iki elementin -
hidrogen və oksigenin birləşməsi olduğunu təsdiq edərək onun
digər maddələrə çevrilməsi haqqında çoxəsrlik nəzəriyyəyə son
qoydu . Bu, suyun tərkibi və xassələri haqqında müasir elmin
başlanğıcı oldu .
Su olduqca qiymətli sərvətdir. O , üzvi həyatı təşkil
edən maddələr mübadiləsi proseslərində çox mühüm rol
oynayır. Suyun sənayedə və kənd təsərrüfatı istehsalında böyük
əhəmiyyəti vardır. Torpağın tərkibində də su vardır. Bütün
canlı orqanizmlərin, bitkilərin, heyvanların tərkibinə su daxil
olur. İnsan orqanizminin ümumi kütləsinin 2/3 -si, qanın 80 %
- i sudan təşkil olunmuşdur.Bir çox tərəvəz və meyvələrin
kütləsinin 90 – 95 % - i sudan ibarətdir. Su olmadıqda həyat da
dayanır, çatışmadıqda bitkinin məhsuldarlığı aşağı düşür. Bir
çox canlılar su mühitində yaşayır.
Su
təbiətdə
dövran
edərək
Yer
səthinin
formalaşmasında iştirak edir. Su müxtəlif qeyri – üzvi
maddələri dağıdaraq , əridərək və daşıyaraq çökmə süxurların
yaranmasına və torpağın əmələ gəlməsinə səbəb olur.
Su ucuz elektrik enerjisinin mənbəyidir.Dənizlər və
çaylarda nəqliyyat vasitəsi kimi istifadə olunur.
Sudan sənayedə də istifadə olunur. Məsələn, 1 ton polad
istehsal etmək üçün 120 m
3
, 1 ton kimyəvi lif istehsalında isə
2000m
3
su sərf edilir.
Kənd təsərrüfatında sudan daha çox istifadə olunur, süni
suvarılan 1 hektar topağa saniyədə orta hesabla bir l su gedir.
Bir ton buğda əldə etmək üçün 1500m
3
, 1 ton pambıq
becərmək üçün 10 000m
3
su tələb olunur .Vegetasiya dövründə
1 hektar qarğıdalı sahəsinə 3000 m
3
, 1 ha kələm sahəsinə 8000
m
3
, 1 ha çəltik sahəsinə isə 12000-20000 m
3
su sərf olunur.
Əhalinin məişətinə də çoxlu su sərf olunur. İnsan gün
ərzində orta hesabla 2 l su qəbul edir. Müxtəlif su mənbələri və
su hövzələrindən müalicə rekreasiya məqsədilə istifadə olunur.
53
Alman alimi Hansın fikrincə Planetimizdə içməli su
həyatın əsasını təşkil edir.
Dostları ilə paylaş: |