ANSI
və
ISO
cəmiyyətləridir.
IEEE-nin
(
IEEE
http://www.ieee.org)
tərkibində 150 ölkədən 410000 insan vardır. IEEE institutu
hər il bütün ölkələrdə 600 elmi tədbirin keçirilməsinə,
dünyada çap olunan texniki ədəbiyyatın 33%-nin çap
olunmasına (elektrotexnika, radioelektronika və kompüter
sahələrinə aid), maarifləndici proqramların hazırlanmasına,
900–dən çox standartın hazırlanmasına və dəstəklənməsinə
himayədarlıq edir. IEEE tələbələrin və aspirantların elmi işlər
ilə məşğul olmasına böyük diqqət yetirir. Bunun üçün xüsusi
proqramların hazırlanmasına da rəvac verir. IEEE 39 ictimai
birlikdən (Societies) və seksiyadan (Sections) ibarətdir,
bunlara elmi qruplar və tələbə bölmələri daxildir. IEEE –yə
kollektiv və fərdi formada üzv olmaq mümkündür. Üzv olmaq
üçün heç bir maliyyə xərci tələb edilmir. Əksinə, IEEE-nin
üzvü peşəkar səviyyəli görüşlərdə, xaricə ezam olunduqda,
simpozium və konfranslarda iştirakda IEEE-dən maliyyə
dəstəyi alır. Üzvlərə onları maraqlandıran jurnallar və
qəzetlər pulsuz təqdim olunur. IEEE-nin üzvləri The Institute
qəzetinə və Spectrum jurnalına güzəştlə abunə yazıla
bilərlər. IEEE hər il müsabiqələr keçirir, qalibləri pul və ya
medalla təltif edir və s.
Amerika Milli Sdtandartlar İnstitutu (ingiliscə
A
merican
n
ational
s
tandards
i
nstitute
,
ANSI) – amerika sənaye və
işgüzar qruplar birliyidir, ticarət və kommunikasiya
standartları hazırlayır. ISO və IEC təşkilatlarına daxildir, ABŞ-
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 315 ____________________________
ın maraqlarına xidmət edir.
19 oktyabr 1918-ci ildə “Amerika mühəndislər
standartları komitəsi” (AESC) yaradılır. 1928-ci ildə
komitənin adını dəyişərək “Amerika standartlar assosiasiyası”
(ASA) qoyurlar. 1966-cı ildə yenidənqurma nəticəsində
komitə “ABŞ standartlar institutu” adlandırılır. Komitəyə
ANSI adı 1969-cu ildə verilmişdir. Komitənin üzvləri amerika
şirkətləri, beynəlxalq təşkilatlar, şəxsi insanlar və hökumətə
xidmə təşkilatlarıdır.
Beynəlxalq
standartlar
təşkilatı
(International
Organization for Standardizion, ISO) beynəlxalq təşkilatdır
və standartların hazırlanması ilə məşğul olur. 1946-cı ildə
yaradılmışdır. 1947-ci ildən isə faktiki olaraq işə başlamışdır.
IEEE 802.11 standartı baza standartı sayılır və WLAN
(Wireless Local Area Network) naqilsiz lokal şəbəkənin təşkil
edilməsi üçün lazım olan protokolları müəyyən edir. Bu
protokollar içərisində əsas sayılan MAC (Medium Accsess
Control – Kanal səviyyəsinin aşağı yarımsəviyyəsi) mühitinə
əlçatan idarə etmə protokolu və fiziki mühitdə siqnalların
ötürülməsi üçün yararlı olan PHY protokoludur (fiziki mühit
dedikdə radiodalğalardan və infraqırmızı şüalanmadan istifadə
edilməsi nəzərdə tutulur).
IEEE 802.11 standartının əsasını mobil
(cellular-sotovıy)
rabitə xətlərinin arxitekturası təşkil edir, həm də nəzərə almaq
lazımdır ki, şəbəkə ya bir, ya da ki, bir neçə yuvalardan ibarət
ola bilər. Bu yuvalardan hər biri
AP (Access Point) əlçatanlıq
nöqtəsi adlanan baza stansiyası tərəfindən idarə edilir. Bu
əlçatanlıq nöqtəsinin təsir dairəsində olan istifadəçinin işçi
stansiyaları əlçatanlıq nöqtəsi ilə birlikdə
BSS (Basic Service
|