Xilasedici dairə suda aşkar edilmiş və ya suya düşmüş insana dərhal atılır. Xilasedici dairəyə tərəf üzərək insan ipdən
və yaxud
xilasedici leyerdən
tutur və onu özünə tərəf çəkir. Sonra dairənin səthindən iki əllə tutaraq, aşağı və özündən qabağa
elə basmaq lazımdır ki, dairə , baş üzərindən aşaraq bədənə keçsin (dairə altına suya girmək lazım deyil). Əllərin hər ikisini
dairənin üzərinə qoyaraq, köməyin gəlməsini gözləmək lazımdır.
İstilik itkisini azaltmaq üçün mümkün qədər az hərəkət
etmək zəruridir.
Gəmini tərk etdikdən sonra hər hansı bir səbəbdən xilasedici qayığa və ya sala düşə bilməmiş insanlar xilasedici
dairələrdən istifadə edirlər. Dairənin ətrafına çəkilmiş xilasedici leyerdən bir neçə insan tutub saxlanıla bilərlər. Buna görə
qəzaya uğrayan gəmini tərk edərkən suya mümkün qədər çox dairə atılması tövsiyə edilir.
Dostları ilə paylaş: