ŞƏXSLƏRARASI DAVRANIŞ
DAVRANIŞ FƏNDLƏRİ
SUALLARIN VERİLMƏSİ
Həddən çox sual verə bilməzsiniz.
QAYDA 1
– suallarınızı ehtiyatla qurun.
QAYDA 2
– açıq suallardan istifadə edin.
Sual verməyin 2 yolu mövcuddur. Bunlardan biri "bəli" və ya "xeyr" cavablarına imkan
verməyən açıq suallardır (məsələn, "Şərtləri aydınlaşdırmağa necə baxırsınız?").
Digər daha təhlükəli yol isə qapalı və ya "bəli/xeyr" sualları verməkdir (məsələn: "Danışıqlara
açıqsınızmı?"). Burada "xeyr" cavabı ilə çıxılmaz vəziyyətə girmək riski mövcuddur. Qapalı
suallarla az məlumat əldə edilir. Daha az məlumatla davam etmək riski ilə üz-üzə qalırsınız.
Açıq suallara daha çox üstünlük verilir. Belə suallar qarşı tərəfə yalnız sözlərinizi təsdiq və ya
rədd etmək deyil, öz cavablarını inkişaf etdirmək imkanı yaradır. Açıq suallar həmçinin qarşı
tərəfi danışmağa təşviq edir, bu isə xüsusilə də söhbətin başlanğıcında çox vacibdir.
Dostları ilə paylaş: