Sual 46: İmamətlə xilafət arasında nə kimi fərqlər var?
Cavab: Bu sözlərin lüğət mə`naları arasında elə bir fərq
yoxdur. Amma tarixdəki imamət və xilafət cərəyanlarını müqayisə
etsək, bu cərəyanlar arasında mühüm fərqlər olduğunu görərik.
İstər imamət, istərsə də xilafət hakimiyyət növüdür. İmamlar
Allah, xəlifələr isə insanlar tərəfindən tə`yin olunur. İslamda
xilafətin dini hökumət olduğunu təsdiq edən heç bir mənbə
yoxdur. İmamətin həqiqi dini hakimiyyət olduğu isə əqli və nəqli
dəlillərlə sübuta yetir. Bə`zi dəlilləri nəzərdən keçirək:
28
-“...O (İbrahim) Allahın əmrlərini tamamilə yerinə yetirdi. Belə olduqda Allah ona buyurdu: Səni insanlara imam tə`yin edəcəyəm.” 68
−İslam Peyğəmbəri (s) buyurdu: “On iki imam bu ümmətə hakim olduqda onun işləri qaydasındadır.” 69 Həzrət Peyğəmbər (s):
“Məndən sonra on iki canişinim var:
birincisi Əli ibn Əbu Talib,
sonuncusu
Mehdidir
(ə).
70
Sual 47: Kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında
hansı fərqlər var?
Cavab: Orta əsrlərin kilsə hakimiyyəti ilə İslam hakimiyyəti
arasında əsaslı fərqlər vardır. Kilsə təfəkkürünə əsasən, din
siyasətdən ayrıdır. Əslində xristianlıq tə`limində cəmiyyətin
ictimai-siyasi həyatını tənzimləyəcək qanunlar mövcud deyil.
Həzrət İsanın dilindən deyilən bir çox kəlamlar dinin dünyəvi
hakimiyyətini rədd edir. Məsələn, İncildə Həzrət İsanın adından
deyilir: “Mənim rəhbərliyim bu dünyaya aid deyil”; “Padşahın
malını özünə, Allahın malını özünə verin”… Bəli, dini siyasətdən
ayrı hesab edən bu günkü sekulyarizmin kökləri xristianlıq
tə`limindən rişələnir. Qeyd etməliyik ki, söhbət həqiqi İncildən
yox, bu günkü təhrif olunmuş məsihilikdən gedir.
Kilsə hakimiyyətinin əsas müddəalarından biri budur ki,
hakim xalqın yox, yalnız Allahın qarşısında məs`uldur. “Hakimə
qarşı çıxmağa, ona iradını bildirməyə heç kəsin ixtiyarı yoxdur”,
deyilir.
İslam hökuməti isə öz ilahi tə`liminə əsasən, cəmiyyətin
dünya və axirət səadəti üçün çalışır. Bu hökumət üçün əsas və
nümunə İslam Peyğəmbərinin (s) qurduğu hökumətdir. İslamın
hakimiyyətlə bağlı bütün sferaları əhatə edən konkret proqramları
mövcuddur. O cümlədən:
−hakimin şərtləri (xüsusiyyətləri);
−daxili və xarixi siyasətin tənzimi;
−cəmiyyət və hökumətin hüquq və vəzifələri;
−iş yerlərinin təşkili, fəsadla mübarizə;
−ictimai fəallığın tə`mini;
68
“Bəqərə”, 124.
69
“Kənzül-ümmal”.
70
“Fəraidül-səmteyn”.
29
−ilahi dəyərlərin aktuallığı;
−ictimai qüdrətin qorunması və istiqamətləndiril-məsi.