Özəl tibb fəaliyyəti haqqında


ÖZƏL TİBBİ FƏALİYYƏTİN VƏ ÖZƏL TİBBİ PRAKTİKANIN TƏNZİMLƏNMƏSİ



Yüklə 255,84 Kb.
Pdf görüntüsü
səhifə4/19
tarix26.12.2016
ölçüsü255,84 Kb.
#3654
1   2   3   4   5   6   7   8   9   ...   19
ÖZƏL TİBBİ FƏALİYYƏTİN VƏ ÖZƏL TİBBİ PRAKTİKANIN TƏNZİMLƏNMƏSİ 

M a d d ə   4 .



 Özəl tibb müəssisəsinin yaradılması, fəaliyyəti və ləğv edilməsi 

Özəl  tibb  müəssisəsi  qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  Azərbaycan 

Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən yaradıla bilər. 

Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  dövlətlərarası  müqavilələrdə  digər  qaydalar 

nəzərdə  tutulmayıbsa,  xarici  ölkələrin  hüquqi  və  fiziki  şəxsləri,  eləcə  də  Azərbaycan 

Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər tərəfindən özəl tibb müəssisələri 

qanunvericiliklə müəyyən olunmuş qaydada yaradıla bilər. 

Özəl  tibb  müəssisəsi  tibbi  fəaliyyətin  müəyyən  növləri  üzrə  qanunvericiliyə  uyğun  olaraq 

verilən  xüsusi  razılıq  olduqda  və  tibbi  fəaliyyətin  hər  bir  növü  üzrə  müvafiq  ixtisasa  malik  

mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. 

1

 

Özəl tibb müəssisəsinin akkreditasiyası tibb işçilərinin peşə birliklərinin iştirakı ilə müvafiq 



icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 

“Özəl  tibb  müəssisələrinin  tibb  işçiləri  “Əhalinin  sağlamlığının  qorunması  haqqında” 

Azərbaycan  Respublikasının  Qanununa  uyğun  olaraq  tədrisə  və  sertifikasiyaya  cəlb  edilirlər. 

Sertifikasiyadan  qanunvericiliyə  uyğun  olaraq  keçməyən  işçilərin  praktik  tibb  fəaliyyətinə 

buraxılmasına yol verilmir.

2

 



Özəl tibb müəssisəsinin yenidən təşkili və ləğv edilməsi qanunvericiliklə müəyyən olunmuş 

qaydada həyata keçirilir. 

Özəl tibb müəssisəsi ləğv edildikdə tibbi sənədlər müvafiq icra hakimiyyəti orqanının qərarı 

ilə  bir  ay  müddətində  qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  yaradılan  ləğvetmə 

komissiyasına verilir. 

M a d d ə   5 .




Yüklə 255,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin