Ozan dünyasi №2(5), 2011



Yüklə 1.11 Mb.
Pdf просмотр
səhifə1/8
tarix10.06.2017
ölçüsü1.11 Mb.
  1   2   3   4   5   6   7   8

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 

  
 
 
           
 
 
OZAN DÜNYASI 
 
 
 
 
№2(5)  
2011

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 

 
Ozan dünyası   
                                             №2(05),
 2010
 
 
Təsisçi: 
AZƏRBAYCAN AġIQLAR BĠRLĠYĠ 
  
Məsləhətçilər: 
 
Zəlimxan YAQUB 
Xalq Ģairi 
Məhərrəm QASIMLI 
professor 
 
 
BaĢ redaktor: Musa NƏBĠOĞLU 
 
 
REDAKSĠYA HEYƏTĠ: 
 
Həsən Mirzə 
Nizami Cəfərov 
Qənirə PaĢayeva 
Qəzənfər PaĢayev 
Qara Namazov 
   Sədnik PaĢayev 
   Ġsmayıl Məmmədli 
   Elxan Məmmədli 
   Ġlyas Tapdıq 
Məmməd Aslan 
Ədalət Nəsibov 
Ġsfəndiyar Rüstəmov 
Seyfəddin Altaylı (Türkiyə) 
Nizaməddin Onk (Almaniya) 
Çingiz Mehdioğlu (Ġran) 
Ġrfan Nəsrəddinoğlu (Türkiyə) 
Məhərrəm Сəfərli (Naxçıvan) 
Osman Əhmədoğlu (Gürcüstan) 
 
 
 
 
Ünvan: Bakı, Zərifə Əliyeva küç. 21 
Əlaqə telefonları: 
( + 994 12) 493 86 61 
 (+994 50) 345 36 52 
 
Dərgidə gedən hər yazıdan sorumlu müəllifin özüdür. 
 
 
 

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 

 
 
 
 
 
 
Zəlimxan YAQUB 
Xalq Ģairi 
 
 
 
 
 
 
GÖYÇƏDƏN  
GƏLƏN SƏSLƏR 
(poema) 
 
TƏBĠƏTIN NƏFƏSĠ 
 
Şeh düşdü göy çəmənə, 
Göz vurdu göy çəmənə, 
Ələsgəri çağırdım, 
Səs verdi Göyçə mənə!  
 
Açılıb Göyçənin gülü-çiçəyi, 
Həmdəmi nəğmədi, sirdaĢı sazdı. 
Öpür duyğuları bahar küləyi, 
Gələn yaz fəslidi, gedən ayazdı. 
 
Bu yer həqiqətdi, yoxsa bir nağıl? 
Hara boylanırsan yaĢıl xalıdır. 
Görən göz istəyir, götürən ağıl, 
Güllər ləçək-ləçək oxunmalıdır. 
 
Gözəllik fikrimi min yerə çəkdi, 
Duyulan heç nədir, duyan olmasa. 

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 

Bülbülün cəhcəhi kimə gərəkdi, 
Səsinə səs verən, həyan olmasa! 
 
Vaxt olub, çapılıb, vaxt olub, çapıb, 
Qeyrətə heykəldi burda qayalar. 
Ucalıb göylərə, ölməzlik tapıb, 
Çimib ömrü boyu nurda qayalar!  
 
Oxuyan bülbüllər, ötən qumrular, 
Ġlkin ozanıdır bu təbiətin. 
Havacat üstündə çağlayır sular, 
Kökü torpaqdadır Ģeirin, hikmətin. 
 
Nəğmələr yaĢadıb bulaq səsində, 
EĢidən – ilahi Ģeiriyyət tapıb. 
ġeh ilə yarpağın öpüĢməsində 
Hər duyan bir məna, bir hikmət tapıb. 
 
Yoxdur bulanmağı nə payız, nə qıĢ, 
Varlığı heç zaman götürməz ləkə. 
Saflığa çağırıĢ, xeyrə çağırıĢ, 
Bulağın gözündən baĢlanır bəlkə?!  
 
YağıĢın damlası, buludun nəmi, 
Hər gün varlığına hopur adamın. 
GünəĢ dolansa da bütün aləmi, 
Yurdunu qəlbində tapır adamın. 
 
Dərələr boyunca coĢur, çağlayır, 
Sellər deyiĢməyə adam axtarır. 
Təbiət insanla ülfət bağlayır, 
Sirrini açmağa məqam axtarır!  
 
Küləyin ahəngi, mehin dalğası, 
Ruha layla çalır bizdən xəbərsiz. 
Hisslərin təmizi, sözlərin xası, 
Axır ürəklərə gözdən xəbərsiz. 
 
Duyğunu, ilhamı mayalandırır, 
Torpaq sünbül kimi, sünbül dən kimi. 

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 

Ümid çırağını həyat yandırır, 
Göyərir arzular göy çəmən kimi. 
 
Bu qoca dağlarla əyləĢ diz-dizə, 
Gör nələr danıĢır, insana nələr. 
Zili də, bəmi də tanıdır bizə, 
Asta pıçıltılar, dəli nərələr!  
 
Ətrini qoxladım, barını dərdim, 
HəmiĢə ömrümə qol-qanad olub. 
Bu dağlar olmasa elə bilərdim, 
Nə Kərəm yaĢayıb, nə Fərhad olub.  
 
Bu beĢik dərələr, bələk cığırlar, 
Ana tək qol açır, hər doğulana. 
Təbiət hər dəfə yetirəndə bar, 
Keçib təravəti iliyə, qana. 
 
ġəlalə qoĢmalar, çay bayatılar, 
Dinəndə daĢa da dil verə bilir. 
Bahar nəfəsində tanrı hökmü var, 
Qayalar köksündə gül verə bilir. 
 
Ġlhama güvənir hər təmiz dilək,  
Ġlhamdan doğulur könüllərdə nur. 
Enir bəxtimizə dövlət quĢu tək, 
Ruhu olanların çiyninə qonur. 
 
Vergi dediyimiz müqəddəs payı, 
Yerə də, göyə də təbiət verir. 
Tikilir, sökülür ömrün sarayı, 
Zaman hər əmələ bir qiymət verir.  
 
DüĢüb təbiətin ən xoĢ vaxtına, 
Verəndə Göyçəyə eĢqi, ilhamı. 
Yerin qismətinə, göyün baxtına, 
DoluymuĢ ürəyi, doluymuĢ camı. 
  
Bu torpaq beləydi, oturan, duran, 
ġeirin əsiriydi, sözün acıydı. 
Sözdə sehrləyən, səsdə xal vuran, 
Gözün iĢığıydı, baĢın tacıydı. 
 

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 

Onun məclisləri sözlü, havalı, 
Duyğular sellər tək aĢıb-daĢardı. 
Toylar keçirəndə Göyçə mahalı 
Kənd-kəndlə, el-ellə qucaqlaĢardı!  
 
Ölməzlər yetirən bir mahala bax
EĢqi sinələrdə çatdı gur ocaq. 
Bu qüdrət hardandı, ey ana torpaq? 
Önündə həmiĢə can heyrətdədir!  
 
Az olur həyatda nəğməyə dönən, 
Ellərin diliylə danıĢan, dinən. 
Kimlərdi ucalan, kimlərdi enən, 
Hökmü də, sirri də təbiətdədir!  
 
Ġnsandır dilinin ən Ģirin sözü, 
Ġnsandır ürəyi, insandır gözü, 
Təpədən dırnağa təbiət özü,  
Qəlbin yaĢatdığı məhəbbətdədir!  
 
GörüĢdü bir axĢam bəxt ulduzları, 
Alməmməd qovuĢdu Pərizadına!  
Ulu bir sevginin meyvəsi, barı, 
Ucalıq gətirdi eĢqin adına. 
 
Nələrə qadirmiĢ dünyada insan, 
Tarixə dönərmiĢ ünvanı, adı. 
Bu iki ulduzun qovuĢmağından 
Bir sənət iĢığı yandı, parladı!  
 
KiĢilər içində aqil bir kiĢi, 
Həyatda bir oğul boy atmalıydı! 
Görüb gələcəyi, duyub keçmiĢi, 
Yatan duyğuları oyatmalıydı!  
 
Baxıb nəsillərin ehtiyacına, 
Zaman bu kəsiri bitirməliydi. 
ġeirini bənzədib bar ağacına,  
Bir aĢıq Ələsgər yetirməliydi!  
 

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 

 
EHTĠYAC 
 
Dirsəyi dizində, əli üzündə,  
Yenə fikirlidir Alməmməd kiĢi.  
Arzular açılır, solur gözündə, 
Tutqundu, sirlidir Alməmməd kiĢi.  
 
Unluğun unu yox, dənliyin dəni, 
Fikri gah dağdadır, gah da aranda.  
Enir gözlərinə payızın çəni, 
Çörək tükənəndə, duz qurtaranda.  
 
Dərdin alovunda qovrulur sinə, 
Özü təkbaĢına, külfəti ağır. 
Bərəkət yerinə, nur əvəzinə  
Hər yandan üstünə ehtiyac yağır.  
 
Geriyə çəkilmək deyil ki, asan, 
Elin adəti var, toyu, yası var. 
Gərək baĢ çıxardıb, üz ağardasan, 
Hər kəsin bir cürə təmənnası var.  
 
Götür-qoy edərdi əvvəli, sonu, 
Qalmazdı heç kəsin xeyir-Ģərindən. 
Yoxsulluq sınağa çəksə də onu, 
Əli soyumazdı öz iĢlərindən. 
 
Gün döydü, zirvənin əridi qarı, 
Neçə payız gəldi, neçə yaz oldu. 
Ancaq ehtiyacın nəs ayaqları 
Onun qapısından qayıtmaz oldu.  
 
Arabir sazıydı baĢını qatan, 
BeĢ gün qəm çəkəndə bir gün Ģad oldu. 
Dar gündə hay verib dadına çatan, 
Ömür-gün yoldaĢı Pərizad oldu.  
 
Qəlbini sıxmadı olsa da qadın, 
Ürək-dirək verdi hərdən ərinə. 

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 

Sınmadı içində qohumun, yadın, 
Güvəndi gücünə, biləklərinə.  
 
Baxmadı zülmünə dövrün, zamanın, 
DöĢündən süd verdi balalarına. 
Dedi yeri deyil ahın, amanın, 
Dözdü qara günün bəlalarına. 
 
Laylasını bol elədi, 
Ələsgəri doğan ana! 
Söhbətini bal elədi, 
Ələsgəri doğan ana! 
 
Heç qoymadı bala sına, 
Bir qucaqda qala, sına. 
Ömür verdi balasına 
Ələsgəri doğan ana! 
 
Bir öyrətdi, yüz öyrətdi, 
Doğru dedi, düz öyrətdi. 
Kəlmə kəsdi, söz öyrətdi  
Ələsgəri doğan ana! 
 
Sözümüzün binasıdır, 
Ocaq olub yanasıdır. 
ġairlərin anasıdır 
Ələsgəri doğan ana! 
 
Pərizad gördü ki, neçə gün olar, 
Açılmır ərinin qaĢı-qabağı. 
Dedi öz-özünə: burda bir iĢ var, 
Yoxsa niyə damsın üzündən ağı?  
 
Ehtiyac! Bu sözün sərt olur üzü, 
Ürəyi üĢüdür, dili göynədir. 
Çəkir imtahana gecə-gündüzü, 
Ocağı söndürür, külü göynədir.  
 
Ömürlə vuruĢur, günlə döyüĢür, 
Üzür ürəyi də, sıxır canı da. 

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 

Vurğunun kəlamı yadıma düĢür:  
“Ehtiyac qul eylər qəhrəmanı da!”  
 
Düzün ortasında təntidər, yıxar, 
Qurudar bədəni bir qaxac eylər. 
Hər addım baĢında qarĢıya çıxar, 
Ġnsana neyləsə ehtiyac eylər! 
 
Ömür yoldaĢına söz aça bilmir, 
Boğur öz-özünə yaĢ Alməmmədi. 
Gözünün önündən duman çəkilmir, 
Elə bil dondurub qıĢ Alməmmədi!  
 
Övladı ayrılıb oğul-uĢaqdan, 
Közəmi tapĢırsın, odamı versin? 
Gözü görə-görə baxsın uzaqdan,  
Ġndi doğmasını yadamı versin?  
 
SıxlaĢır baĢında saçının dəni, 
Bu dərdi çiynindən götürə bilmir.  
Yüz dəfə qəlbindən gəlib keçəni  
Bir dəfə dilinə gətirə bilmir!  
 
Nökər! bu kəlməni düĢünən kimi, 
Sanki top atılır qulaqlarında!  
Qırılır qəlbinin incə bir simi, 
Qəzəbi oxunur dodaqlarında!  
 
DüĢünür, nolaydı ata söhbəti, 
Oğul ürəyinə toxunmayaydı. 
Duyanda ən acı bir həqiqəti, 
Üzündən yetimlik oxunmayaydı!  
 
Tərpənə bilmədi durduğu yerdən, 
Boylandı eĢiyə o ağır-ağır. 
Fikirli-fikirli tərpəndi birdən, 
Arvad, Ələsgəri yanıma çağır.  
 
Ata buyruğunu eĢidən kimi, 
Ələsgər quĢ olub qondu içəri.  
- Oğul, bir sözüm var, dinlə fikrimi,  
Söz deĢir sinəmi nə vaxtdan bəri.  

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
10 
 
Gəl səni tapĢırım Kəblə Qurbana, 
Mayalı bir iĢin qulpundan yapıĢ. 
Ehtiyac əlindən gəlmiĢik cana,  
Üzdü ömrümüzü, üzdü payız, qıĢ. 
 
Bir az ehtiyatla dindi, danıĢdı, 
Alməmməd çəkmədi nökər adını. 
Bu sözün zərbəsi ona tanıĢdı, 
Qorxdu ki, küsdürər öz övladını!  
 
Söz, mətləb bir oldu, ikilənmədi, 
Ələsgər baĢ əydi, ata, mən hazır! 
Xeyir-duanızı siz verin dedi, 
Görək alnımıza tale nə yazır. 
 
Göyçənin gülləri mayalamıĢdı 
Körpə Ələsgərin əmdiyi südü. 
Bu maya qolundan elə yapıĢdı, 
Ələsgər dağ kimi qalxdı, böyüdü!  
 
Ġllərlə dad verər gətirdiyi bar, 
Hünəri baĢqadır kökün, Ģirənin. 
Bilin ki, zatında od var, alov var, 
GəliĢi dünyaya nur gətirənin!  
 
Ata buyruğuna olsa da razı, 
Oğul ürəyindən qara qan gedir. 
Taledən narazı, vaxtdan narazı, 
Ağa qapısına nigaran gedir!  
 
 
ZĠYARƏT 
 
BeĢ-altı ay keçir gələndən bəri, 
Ələsgər nökərdi Kəblə Qurbana. 
Axıb süzüldükcə alnının təri, 
Qəmli duyğuları od salır cana. 
 
Ağanın nökəri olsa nə vardı, 
Gözəlin quluydu burda Ələsgər! 

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
11 
BaxıĢlar ağlını alıb apardı, 
Bağlandı düĢdüyü yurda Ələsgər!  
 
Kərəmin, Qəribin keçdiyi yollar, 
Onu da yetirib haqladı burda. 
DüĢdüyü xəyallar, seçdiyi yollar  
Tutdu yaxasını, saxladı burda. 
  
Ancaq nə Kərəmtək zirvələr aĢdı, 
Nə də Qərib kimi düĢdü qürbətə. 
Bir elin içində qaynadı, daĢdı, 
Saz tutdu, söz qoĢdu bu məhəbbətə!  
 
Ümidsiz Məcnuna döndü az qala, 
Hərdən güc gələndə eĢqin ataĢı. 
Nə kəndə sığıĢdı, nə də mahala, 
Tufanlı ürəyi, sevdalı baĢı!  
 
Buta verilmədi ona yuxuda, 
Kiminsə əlindən badə içmədi. 
Yollarda dərd yeyib, qəm uda-uda  
Ölkədən ölkəyə gəlib keçmədi.  
 
Gözəllik həyatda qəlbi, canıydı, 
Haqlıydı hədəfi seçən Ələsgər! 
Badəni dolduran Səhnəbanıydı, 
BaĢına qaldırıb içən, Ələsgər!  
 
Fürsət axtardılar, məqam gəzdilər, 
Bir kəlmə söz üçün, ya söhbət üçün. 
Olsaydı, utanıb çəkinməzdilər, 
Dünya xəlq olunub məhəbbət üçün. 
 
Elə ki, yetiĢdi görüĢ anları, 
Dumanlı fikirlər durular orda. 
BaĢlanar ürəyin həyəcanları, 
Xəyaldan saraylar qurular orda.  
 
Arzular quĢ olub gəzsə aləmi, 
Ayrılıq, intizar, dərd düĢməz yada. 

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
12 
Gözləməz həsrəti, gözləməz qəmi, 
Sevinci gözləyər hər kəs dünyada.  
 
Bəxti sel aparar, sevdanı külək, 
Gözləri duymasa göz məqamında. 
Nə bir iĢ yaranar, nə də bir dilək, 
Əgər deyilməsə söz məqamında.  
 
Heç səbir çatarmı həftəyə, aya, 
Anı, dəqiqəni sayan var, Allah! 
Dözümü dağa ver, səbri dəryaya, 
Qəlbini nisgillər oyan var, Allah!  
 
DanıĢan Qurbandı, səs gəlir evdən: 
Ay arvad, gəl gedək dost məclisinə. 
Çoxdandı bir toyda oynamıram mən, 
Gərək gözüm doya, könlüm isinə. 
 
Dostumdu, oğluna çaldırır toyu, 
Gedir bəy evinə kənd adamları. 
Biz ki, toy görmədik ömrümüz boyu, 
Özgə toylarında görünək barı.  
 
TapĢırıq verildi, tədbir görüldü, 
Çıxdı evlərindən ər ilə arvad. 
Cavan Ələsgərin gözləri güldü, 
Belə təsadüfə kim olmazdı Ģad!  
 
-Salam, Səhnəbanı, xoĢ gördük səni, - 
Həvəslə, ürəklə dindi Ələsgər. 
Süzdü ağ sinəni, bəyaz gərdəni
Nökər yox, ağaydı indi Ələsgər!  
 
Atan toy evindən gələni kimi, 
Bizim imkanımız, fürsətimiz var. 
-Yox, yox, ay Ələsgər, ölənə kimi, 
Bizim sözümüz var, söhbətimiz var!  
 
Bu söz qanad verdi qul Ələsgərə, 
Sözü sinəsindən süzüldü gəldi. 
Nə kitaba sığdı, nə də dəftərə, 
Muncuqtək sapalar düzüldü gəldi.  

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
13 
 
Gözü bayırdadır, qulağı səsdə, 
Vüsal alıĢdırdı qəlbin közünü. 
Ələsgər “Kərəmi” havası üstə 
Görək necə dedi ürək sözünü. 
 
 
ƏLƏSGƏR 
 
Sinəmdə ürəyim daĢa dönməyə, 
Ey mənim könlümün maralı, qoyma. 
Sənsiz xəzəl düĢər ömür bağçama, 
EĢqimin yolunu qar aldı, qoyma!  
 
Belinə od düĢsə baĢı yandırar, 
Üzümü gözümün yaĢı yandırar. 
Həsrətim alıĢar, daĢı yandırar, 
Ürəyi ürəkdən aralı qoyma!  
 
Təbibsən, əlacım yalnız səndədi, 
Sənsiz onu bil ki, can kəfəndədi. 
Məhəbbət əhlidi, sevən bəndədi, 
YaĢat aĢiqini, yaralı qoyma!  
 
SƏHNƏBANI 
 
Sirrinə, sözünə qurban, Ələsgər, 
Yadlar fikrimizi bilə, qoymaram. 
Göz-gözdən yayına, əl-əldən çıxa, 
Dodaq həsrət qala dilə, qoymaram! 
 
YaĢadım həyalı, gəzdim pərdəli, 
Qoymadım yaxamdan tuta dərd əli. 
Dəyə əllərimə bir namərd əli, 
Döndərə eĢqimi külə, qoymaram!  
 
Sənsiz heçə dönsün qədrim, qiymətim, 
Yem olsun quĢlara, yem olsun ətim. 
Öldümsə torpaqdı payım, qismətim, 
Qaldımsa, vüsalı ilə qoymaram!  

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
14 
 
Yerin qulağı var, göyün gözləri, 
EĢqi günəĢ duydu, torpaq eĢitdi. 
Dayanma arxayın, a nazlı pəri, 
Sirrini su yaydı, bulaq eĢitdi.  
 
Fürsəti əlindən heç verərdimi, 
DaĢlar da qəlbinə yazdı bu səsi. 
YaĢadı ölməyən bir əsər kimi, 
Ġlk eĢqin ilk anı, ilk mənzərəsi.  
 
DaĢdan üz elədi, qayanı yardı, 
Fərəhdən suların köksü qabardı. 
Bulaqlar çaylara xəbər apardı, 
Ürəklə dilləndi – sevir Ələsgər!  
 
Açdı bol əlini bağların barı, 
Güllərə muĢtuluq payladı arı. 
Zirvədə durmadı zirvənin qarı, 
Əridi, selləndi – sevir Ələsgər!  
 
Sevinən sevilib gəlmədi saya, 
EĢidən istədi aləmə yaya. 
Toz, mamır içində itən bir qaya 
Gül açıb gülləndi – sevir Ələsgər! 
 
ġər, böhtan girməsin gündə bir dona, 
Xeyir qoy xeyirlə yetiĢsin sona. 
Bir Göyçə gözəli bağlanıb ona, 
Ürəklər tellədi – sevir Ələsgər!  
 
Küləklər çöllərə xəbər apardı, 
Bir oğlan vuruldu bir qıza burda. 
Məhəbbət arxası, sevgi köməyi, 
Bir könül bənd oldu bir naza burda.  
 
Duydu iĢarəni, gördü him-cimi, 
Qırdı qapıları, açdı tilsimi. 
Bağlandı pərdəsi, çəkildi simi, 
Bu gün dil verildi bir saza burda. 

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
15 
 
Görə sevənlərin könlünü dəmli, 
Dolanmaya tutqun, gəzməyə qəmli. 
“Bir mirzə lazımdı əli qələmli”  
Aça dəftərini bir yaza burda.  
 
Yaza ki, bu gündən Səhnəbanıya 
Bir göz əyri baxıb əl toxunmasın. 
Taylı öz tayını gərək tanıya, 
Yersiz bir söz olub dil toxunmasın.  
 
Gedib qayıdanda bulaq üstünə, 
DaĢlar ayağını əzməsin onun. 
ġirin məhəbbətin durub qəsdinə, 
Üzündə yad baxıĢ gəzməsin onun.  
 
Küləkdən dağılsa qara saçları, 
Ələsgər əlini daraq eyləsin. 
Fikirdən çatılsa qara qaĢları, 
Ələsgər qəlbini ocaq eyləsin. 
 
Ələsgər neyləsin, çəkilir dara, 
Günah nə mirzədə, nə qələmdədir. 
Güvənə bilərmi xoĢ arzulara, 
Taleyi dolaĢıq bir aləmdədir.  
 
Heyif ki, arzudu, xəyaldı bunlar, 
Haqqa arxalanan həqiqət deyil. 
Həyatın əzazil qanunları var, 
Sevgi hamı üçün səadət deyil.  
 
SOLAN ÇĠÇƏK 
 
Ürəkdən baĢ əyirdi onun dərin eĢqinə, 
Səhnəbanı uçurdu Ələsgərin eĢqinə. 
Bağbanı Ģair olan bir bağçanın barıydı. 
Dodağında görünən, 
Yanağına bürünən, 
Ġçəridən baĢ verən eĢqin alovlarıydı!  
Güllərə deyirdi ki, ən istəkli gül mənəm, 

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
16 
Sevənlərə deyirdi ən odlu könül mənəm!  
Bulaqlara baxanda sulardan saf olurdu, 
Elə gözəlləĢirdi 
Təbiəti görəndə, 
Təpədən dırnağacan ağıl, insaf olurdu. 
Özünü bu dünyanın bəxtəvəri sayırdı. 
Hayana baxırdısa 
Onu səadət öpür, sevinc qucaqlayırdı. 
...Yenə Ģirin xəyalda qapanıb dünyasına, 
Bürünüb duyğuların təmizinə, xasına, 
O öz dünyasındadır, yox dünyadan xəbəri, 
Hələ bilmir ömrünə, 
Hələ bilmir eĢqinə 
Kim endirib xəncəri!  
Onun qız ürəyində  
Min bir diləklə bağlı, 
XoĢ gələcəklə bağlı 
Neçə aləm birləĢir. 
Ağ günləri düĢünür, 
Toy haqda fikirləĢir!  
Nədir fikrindən keçən?  
- Əvəzəm bu dünyada atamın var-yoxuna,  
O qıyarmı heç mənim ürəyimə toxuna. 
Yurdunda çıraq tutan din-imanı tək mənəm,  
Onun gözlərindəki iĢıq, gələcək mənəm!  
Söndürmək istəyərmi gözündəki iĢığı, 
O heç rəva bilərmi 
Eldə küskün dolana evinin yaraĢığı!  
Yox, yox, dünya dağıla, mənim könlümü qırmaz, 
Sevgimə çəpər olub, 
O mənim ürəyimi Ələsgərdən ayırmaz. 
Məndən çox əzizləyir Ələsgərin xətrini, 
Öz doğma oğlu kimi ondan alır ətrini.  
Ələsgər də atamı seçmir öz atasından, 
Sevincinə sevinir, kədərlənir yasından, 
O burda hər addımı Kəbə, ziyarət bilir. 
Atam “oğul” deyəndə, 
Bu kəlməni özünə ən böyük hörmət bilir. 
Demək, dünya mənimdir, 
Ələsgərin sevgisi 

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
17 
Gülümdür, gülĢənimdir!  
Ən Ģirin arzularla açılır xoĢ səhəri, 
Atası nə gündədir, 
Əmisi nə kefdədir, yox dünyadan xəbəri. 
Səhəngini götürüb gedir bulağa sarı, 
Baxır Səhnəbanıya,  
“Yazıq qız”, - deyə-deyə baxır kən adamları.  
Səhnəbanı çatanda gül bulağın baĢına, 
BaxıĢları sataĢdı Zöhrənin göz yaĢına. 
Nəsə qəlbinə damdı, 
DüĢündü öz-özünə: 
Bəla mənim bəlamdı. 
- DanıĢ, ay Zöhrə, danıĢ, gözündəki yaĢ nədir?  
Söylə bu təlaĢ nədir?  
Sən ki, elə həmiĢə danıĢansan, gülənsən, 
Sevincini hamıya çatdıransan, bölənsən. 
Kimdi səni ağladan, 
O ürəyi daĢ insan? 
-Səhnəbanı, o sənsən, 
Sənsən məni ağladan, 
O ürəyi daĢ insan!  
Bu xəbəri biləndən 
Gözümdə heçdir cahan. 
Səni səndən xəbərsiz 
Alıb Pullu Məhərrəm!  
Həyatını, eĢqini, 
Zəhərli ilan olub, 
Çalıb Pullu Məhərrəm!  
Öz daĢımı qoymağa 
Öz divarım var deyib. 
Sənin kimi gözələ  
Heyif, min dəfə heyif!  
Səhnəbanı eĢitdi bu ağrını, dəhĢəti, 
Ayaq üstə durmağa gücü çatmadı qəti. 
Dirsəkləndi bulağın hündür, qara daĢına, 
Elə bil ki, göylərin qarı yağdı baĢına. 
Bədən dondu buz kimi, 
Ələsgərin bəxtinə 
DoğmuĢdu GünəĢ kimi, 
Batırdı ulduz kimi!  

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
18 
Onun dolu səhəngi qaldı, bulaqda qaldı, 
Daha bulaq baĢında 
Demək, gülmək, ağlamaq qaldı, uzaqda qaldı.  
Səhnəbanı of deyib dərindən bir ah çəkir: 
- Bu nə dağdı görəsən, sinəmə Allah çəkir. 
Daha bu gündən belə dünya qızıl olsa da, 
Mən daĢ-qaĢı neylərəm! 
Yoxsa iĢtahım mənim, 
Yağlı aĢı neylərəm!  
Mən arzu bəsləmiĢdim qanadlanıb uçmağa, 
UzanmıĢdı qollarım yar boynunu qucmağa, 
Nəfəsimi dərməmiĢ hələ sinəm dolusu, 
Döydü çiçək ömrümü təbiətin dolusu. 
Ələsgərin önündə mən özümü dünyanın 
Günahkarı sayıram. 
YaĢamaq istəyirdim 
Yüz il yarımla qoĢa, 
Bu günsə mən özümə 
Ölüm arzulayıram!  
Mən arzu bəsləmədim bir dünyalıq qəm üçün, 
Mən ömür istəmədim göz yaĢına yem üçün.  
Mən arzu bəslədim ki, 
Səpələnsin sevincim həftələrə, aylara, 
EĢqim meydan oxusun coĢqun axan çaylara. 
Mən arzu bəslədim ki, Göyçə gölündən duru, 
Göz yaĢları içində sönür gözümün nuru.  
 
Dərəyə çiskin çöküb, dağ baĢında duman var, 
Dünyanı qarıĢdıran qarıĢıq bir zaman var. 
Zalım cəllad əlində qəlbinə qan daman var, 
Göyçə gəlin köçürür Məhərrəmin evinə!  
 
EĢitməsin qulaqlar belə söhbət, belə saz, 
Heç gözlülər görməsin belə qəmzə, belə naz. 
“Girdim yar bağçasına, ağlayan çox, gülən az” 
Göyçə gəlin köçürür Məhərrəmin evinə!  
 
Onun ĢüĢə ürəyi sınıb tökülüb gedir, 
Ömrümün sarayında divar sökülüb gedir. 
Qaməti yumaq olub, qəddi bükülüb gedir, 
Göyçə gəlin köçürür Məhərrəmin evinə!  

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
19 
 
Bəxtindən, taleyindən üzüb əli, ağlama, 
Dərdin, qəmin əlində olub dəli, ağlama, 
Ağlama, ay Göyçənin Ģux gözəli, ağlama, 
Arzu at oynatmasın, meydan o meydan deyil!  
 
Ağıllısı, dəlisi, qocası var, gənci var
Ağsaqqalı, gədəsi, Ģuluğu var, dinci var. 
Hələ çox dəryalarda batıb gedən inci var, 
Üzə çıxarmaq üçün insan o insan deyil! 
 
Hələ qalır dünyada “Əsli Kərəm” dünyası, 
Hələ sürür hökmünü həsrət, vərəm dünyası. 
Qəm üstündə köklənib, zildədi qəm dünyası, 
Sevincə çatmaq üçün dövran o dövran deyil!  
 
SƏHNƏBANI HƏSRƏTĠ 
   
Dili yar deməkdən qabar bağlayan, 
Könlü qəm əlindən qubar bağlayan. 
Gəmisi sularda batan Ələsgər, 
Dərd ilə oynayıb yatan Ələsgər. 
 
Dadıb acısını ilk məhəbbətin, 
Üzür dəryasında, üzür həsrətin. 
Gətirib yanına sərvinazını, 
Çalır qəmli-qəmli, çalır sazını.  
 
Barmaqlar vurduqca xal üstdən xalı, 
EĢidir bu səsi Göyçə mahalı! 
Daha əldən çıxıb Tanrısı, dini, 
DanıĢır ellərə hekayətini:  
 
- ġirin sevincimi, təmiz sevgimi, 
Qara yellər gəldi, sellər apardı. 
Ayaz Ģillə çəkdi yanaqlarıma, 
Qazdı torpağımı, bellər apardı!  
 
Olsam da dünyanın sərti, mətini, 
Nə bilim  hardadı iĢin çətini. 
Bizim ömrümüzün səadətini 
Fitnələr yaladı, fellər apardı. 
 

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
20 
Bilmədim çoxunu, azını eĢqin, 
Çəkdim ömrüm boyu nazını eĢqin. 
O qədər çaldım ki, sazını eĢqin, 
Əlimi sim yedi, tellər apardı!  
 
Toyda xatırlanır, yasda söylənir, 
Yada söz açılır, dosta söylənir. 
Yolçu da öyrənir, qonaq da bilir, 
Yaxın da eĢidir, uzaq da bilir. 
Pullu Məhərrəmin varı, dövləti 
Yaradıb dözülməz bir xəyanəti. 
Gətirib baĢına olmaz oyunu, 
Cavan Ələsgərin tutub toyunu. 
Təbiət lal olub, ağlar sükutda, 
Dərələr sükutda, dağlar sükutda. 
Buna dağ neyləsin, dərə neyləsin, 
Xeyrin gücü çatmır Ģərə, neyləsin. 
Ölübdür bəlkə də xeyrin Allahı, 
ġər insan oğluna çəkdirir ahı!  
Bir evin söhbəti bir elə sığmır, 
Bir saza yerləĢib, üç telə sığmır!  
Sevgisi, sevinci gedir güdaza, 
Ələsgər meylini bağlayır saza. 
Qatıb öz ömrünü, sazın ömrünə, 
Dərdini tellərə danıĢır yenə. 
 
- Açdım ürəyimi ürəksizlərə, 
Qoydular söhbətə, sözə dərdimi. 
Daddım ləzzətini, gördüm xeyrini, 
Heç kimə demədim təzə  dərdimi.  
 
Haqsız bir cəzadan qaraldı qanım, 
Gülmədi üzümə axĢamım, danım. 
Gördüm, söyləməsəm yanacaq canım, 
Söylədim ocağa, közə dərdimi. 
 
Bilmədim fürsətin, çəmin qədrini, 
Söhbətin qədrini, dəmin qədrini. 
Nainsaf çox bildi qəmin qədrini, 
Gətirib çatdırdı yüzə dərdimi.  
 
Həsrət qaldı Ələsgər sevdasına, yarına, 
Nəğməsini, Ģeirini bu həsrətdən yaratdı. 

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
21 
Dar ayaqda yenə də saz yetiĢdi karına,  
Dünyasını sevgidən, məhəbbətdən yaratdı!  
YaxĢını yaxĢı gördü, pisə elə pis dedi, 
Hər gözəlin hüsnünə bir gözəl təcnis dedi.  
AĢıq cavan, saz tavar, söhbət Ģirin, söz təzə, 
Sehrlədi dünyanı tutdu “Dodaqdəyməz”ə. 
AĢıqsansa aləmi diyar-diyar gəz, - dedi, 
Dərdi böyük olanın alovu sönməz, - dedi. 
Gur çaylara bənzədi havalanıb coĢması, 
Axdı elin qəlbinə bayatısı, qoĢması. 
Dünən bir dərd var varıydı Ağkilsənin içində,  
Bu gün onu baĢa-baĢ bütün Göyçə bilirdi.  
Hamı ondan deyirdi hər əkində, biçində, 
Ələsgər öz dərdini yercə, göycə bilirdi. 
Ġlhamıydı, ilhamı tanrısı da, dini də, 
Sənətində tapırdı 
Sevgilisindən ayrı əbədi sevgini də!  
DüĢüncəsi, xəyalı hey gedirdi dərinə, 
QarıĢırdı Ələsgər dünyanın iĢlərinə! 
Həyatın iç üzünü görürdü yavaĢ-yavaĢ, 
Görməsən kor olarsan, görməlisən, a qardaĢ!  
O yaxĢı bilirdi ki, görməsə duya bilməz, 
Ürəkləri kitab tək açıb oxuya bilməz!  
Olmasa da dəftəri, olmasa da qələmi, 
O, kitab eləmiĢdi özünə bu aləmi. 
Oxuyurdu... 
Dünyanın eh, nə qədər dərdi var, 
YaxĢı bir mərdi varsa, min bir də namərdi var. 
Pristavı dolanır harın, çılğın, əsəbi, 
Yoxsullara dağ çəkir bəyin, xanın qəzəbi.  
Nökər olan ağanın heç üzünə ağ olmaz, 
Bu koxadı, bu katda, buna toxunmaq olmaz! 
Hər yerdə harınların damağı çağ olurdu, 
Elin mərd oğulları dönüb qaçaq olurdu. 
Biri namus ucundan, biri qeyrət ucundan, 
Biri boğaza çıxan zülüm, zillət ucundan.  
Gözü yaxĢı görənin tökürdülər gözünü, 
Sözü yaxĢı kəsənin kəsirdilər sözünü. 
Onda beləydi dünya,  
Dünyanın özü boyda ürəyi olanların 

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
22 
Xətrinə dəydi dünya!  
Ələsgər də belə bir dünyanın övladıydı, 
Təkcə Alməmmədin yox, zamanın övladıydı!  
Zamandan zülüm görən zamana Ģöhrət oldu, 
Oxuduğu həqiqət, dediyi hikmət oldu. 
Sazın xoĢbəxtliyindən sinəsi meydan idi, 
Boyunun ucalığı dağlardan niĢan idi.  
Qüvvət, qüdrət sarıdan yox idi bir kəmliyi, 
Qayadan qalmaz idi sərtliyi, möhkəmliyi. 
Dağ ensəydi üstünə əyilməzdi qaməti, 
Öpürəm belə yerdə anamız təbiəti!  
Onu uca yaratdı, nəsillərin gözündə 
Özü ucalmaq üçün!  
Onu kövrək yaratdı, 
Ürəklərin telini 
Ürəklə çalmaq üçün! 
GəliĢi bu dünyaya 
Qəm, kədər gətirmədi. 
O, dərd dağıdan oldu! 
ġeirin üfüqlərində al Ģəfəqli dan oldu!  
Onu uzun yaĢatdı, 
Ömrü gödək olanın,  
Qisməti kəm olanın, 
Sevinci yasa dönüb 
Toyu matəm olanın 
Ahını, fəryadını ellərə yaymaq üçün!  
Söhbəti loğman oldu xəstə üçün, sağ üçün, 
Sözü quĢqanad oldu, yayıldı uzaqlara, 
Səsi zildən zil oldu, tez çatdı qulaqlara!  
Qara bir daĢa baxsa onun sərraf gözləri,  
Orda incilər görər, bir xəzinə tapardı. 
Bu qüdrəti, bu eĢqi  
Onun səs-sorağını eldən-elə apardı!  
Gözləri tərəziydi, 
Hər günahı, savabı, 
Hər sevinci, əzabı zərrə-zərrə çəkməyə, 
Tərəzi olmayan göz 
Dünya boyda od olsa, nəyə gərəkdir, nəyə!  
Toxunsaydı əlləri, 
Torpağın bir neməti dönüb min bir olardı. 

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
23 
Bekar olmazdı qəti, 
Canda təpər, əldə iĢ, baĢda fikir olardı!  
DaĢda gül bitirərdi ayağının sayası, 
Dil açardı önündə dağların lal qayası. 
DüĢmənin dost olmağı gəliĢinə bənd idi, 
Yasın yoxa çıxması gülüĢünə bənd idi. 
Onu belə ucaldan ürəyiydi, ürəyi, 
O hamının gücüydü, o hamının gərəyi. 
Göz də, əl də, ayaq da, 
Ürək adlı günəĢin baĢına hərlənirdi. 
Onun böyük ürəyi  
Təpədən dırnağadək hərarətdi, hənirdi,  
Orda nələr varıydı, 
Aylı, ulduzla axĢam, 
Nurlu səhər varıydı! 
Dünyanın gərdiĢində 
Nəyi bilmək istəsən, 
Orda xəbər varıydı!  
Gecə-gündüz “saat tək meyli haqqa dolanan”, 
Dərdin, qəmin əlində hey çapılan, talanan, 
Bir ürəkdi bu ürək! 
Ondan söz açmaq üçün 
Hələ çox Ģairlərin qəlbi coĢa gələcək!  
Mənsə o ürəkdəki məhəbbətdən yazıram, 
Yadımızdan çıxmayan bir həsrətdən yazıram!  
Ələsgəri əymədi, 
Ələsgəri ucaltdı Səhnəbanı həsrəti, 
Öpürəm belə yerdə anamız təbiəti!!! 
 
USTADLA GÖRÜġ 
 
Gözümə iĢıq ver, qəlbimə güc ver, 
Qoy yenə hər döĢdə qaynasın bulaq. 
Qızılvəng, Alının doğulduğu yer
Qızılvəng, Alının yatdığı torpaq! 
 
Yenə toy libası geyib gəlmiĢəm, 
Bahar yollarıma xalı çəkibdi. 
Göyçə mahalını deyib gəlmiĢəm, 
Bu dəfə meylimi Alı çəkibdi. 

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
24 
 
Hər kim öz vaxtında görsə iĢini, 
El onu gözünün üstündə saxlar. 
Axtara bildisə öz keçmiĢini, 
Onu da bir zaman axtaracaqlar. 
 
Məni qovuĢdurdu arzuya, kama, 
Odur axtardığım, soraqladığım. 
“Divani”, “Müxəmməs”, “Təcnis”, “Bağlama”, 
Göyçədir kitabtək varaqladığım.  
 
Bu nadir kitabı oxuyanda mən, 
Özümü dünyanın xoĢbəxti saydım. 
Açmazdı könlümü nə çöl, nə çəmən, 
Alı hikmətinə qovuĢmasaydım!  
 
Qırıb amanını dumanın, çənin, 
Səcdəyə gəlməmək günahdır, günah. 
ġagirdi Ələsgər olan bəndənin 
Özündə nə varmıĢ görəsən, Allah! 
 
Ellərin sərvəti yatıb canında, 
Silahı açılmaz qıfılbənd olub. 
Bircə gün kim qalsa onun yanında, 
Bütün ömrü boyu saza bənd olub.  
 
Min könül oxĢayıb, min ürək açıb,  
Elə arxa olub, xalqa yar olub. 
Xallar barmağında gül-çiçək açıb,  
ġair düĢüncəli bəstəkar olub. 
 
O, sazı götürüb söz oxuyanda, 
Göylər də məclisə enib deyirlər.  
Ürəkdən keçəni gözdən duyanda, 
Pirə, peyğəmbərə dönüb deyirlər. 
 
Könlüm, kamilləri gəl, yadına sal, 
Elə doğrudan da piriymiĢ Alı!  
DöyüĢ meydanında Koroğlu misal, 
DeyiĢ meydanında ĢiriymiĢ Alı!  
 
...AĢığın söhbəti, qıĢın gecəsi, 
Yenə Tanrısıdır Alı məclisin. 

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
25 
Göydə buludları titrədir səsi, 
Tufandı, dalğadı halı məclisin. 
 
Elə vurulub ki, saza, söhbətə, 
Adam var, soruĢsan adını bilməz. 
Alı bərəkətdi, dönüb nemətə, 
Kim belə nemətin dadını bilməz?!  
 
Çoxları ustadı görmək istəyir, 
Pərvanə can atar iĢığa doğru. 
El, sözü gül kimi dərmək istəyir, 
BaxıĢlar zillənib aĢığa doğru.  
 
Dincəlir dayazda, üzür dərində, 
CoĢdurur aĢığı söhbətin dadı. 
Bir el bir ustadın həndəvərində, 
Bir kənd bir ocağın ətrafındadı!  
 
Nur yayılır, göz dəmlənir, 
Alı yanır ocaq kimi. 
BaĢ endirir telli saza, 
Bar gətirən budaq kimi. 
O budağın meyvəsinə, 
O meyvənin dadına bax! 
Necə yanıb Ģölə çəkir, 
Bir ürəyin oduna bax. 
EĢidənlər deyir Allah, 
Açılmasın hələ sabah! 
Kərəm hələ kül olmasın, 
Əsli hələ çəkməsin ah! 
Yol uzansın, aĢıq Qərib 
YetiĢməsin ġahsənəmə. 
Hələ qalaq intizarda, 
Gün doğmasın bəxti kəmə. 
Koroğlu da qoy uduzsun 
Həmzə adlı bir keçələ. 
Yeddi canı olsa belə, 
Biri gəlib düĢər ələ. 
Məclis elə sehrlənib,  
Bircə kəlmə dinən yoxdu. 
Od götürüb ürəkləri, 
AlıĢan var, sönən yoxdu. 
Alı gördü belə getsə 

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
26 
Bəsti deyən olmayacaq. 
Kim istər ki, belə yerdə 
Ġstisini kəssin ocaq. 
DünyagörmüĢ kamil ustad  
Cilovladı həvəsini. 
Sazı qoyub bir tərəfə 
Bir az dərdi nəfəsini. 
Elə bu vaxt izin alıb söz istədi bir nəfər: 
Dedi: “Ustad, məclisdədi öz balamız Ələsgər. 
Neçə vaxtdı ellər gəzir onun sözü, söhbəti, 
Gənc olsa da gözü görüb ayrılığı, həsrəti. 
Neçə vaxtdır eĢqə gəlib saz eĢidir, saz deyir, 
AxĢam çalır, sabah çalır yenə azdı, az deyir. 
Öz-özünə havalanıb gecə-gündüz oxuyur
Yoxdu durub dincəlməyi, bir çalır, yüz oxuyur. 
Bələd olsan sinəsinin sərvətinə, varına, 
Bağban olub dad verərsən bağçasına, barına. 
Bu dünyanın hər sifəti ona yaxĢı tanıĢdır, 
Ġmkan olsa oğlun kimi onu dindir, danıĢdır”.  
Bu xəbərdən, bu söhbətdən Alı xeyli Ģad oldu, 
YorulmuĢdu, birdən-birə elə bil Fərhad oldu!  
Yeddi nərin gücü gəldi biləyinə, qoluna, 
XoĢ arzular iĢıq saldı sabahına, yoluna. 
Gülər üzlə, xoĢ sifətlə Ələsgərə gəl dedi, 
YaxĢı-yaxĢı tanıĢ olaq hər Ģeydən əvvəl dedi. 
Nə utanma, nə çəkinmə, sən Ələsgər, mən Alı, 
Söz oxuyaq, söhbət açaq, olsun Ģirin, mənalı. 
Xəzinəm var, toplamıĢam, sünbülümdən dən götür 
Bir saz mənim sinəmdədir, birini də sən götür!  
 
Ustad öz-özünə fikirləĢirdi - 
Qartalı uçuĢda tanımaq gərək. 
Görüm nə hikmətdi, görüm nə sirrdi, 
Köhləni qaçıĢda tanımaq gərək. 
 
Görüm bir nəyədi meyli, istəyi, 
Ürəyi baxıĢdan duya bilirmi?  
Sönəndə bir kəsin eĢqi, diləyi, 
YaĢı yanağını yuya bilirmi?!  
 

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
27 
Suallar önündə tutulsa əgər, 
Ağrısı sinəmdən getməz ah olar. 
Cavan bir oğlandı, xətrinə dəyər, 
Belə tez imtahan min günah olar!  
 
ALI 
 
Belə ki, sənətə vurğunluğun var, 
De görüm hardandı səndə bu həvəs? 
Cavan ürəyini, ay eĢqi bahar! 
Yolların yoxuĢu qorxutmurmu bəs?  
 
ƏLƏSGƏR 
 
Ustad! Mən gələndə dünya üzünə, 
Evdə saz adlanan qüdrət görmüĢəm. 
Baxıb çeĢmələrin qaynar gözünə, 
Könlümdə varlığa heyrət görmüĢəm. 
Öyrənən, öyrədən, anlayan, duyan, 
Hikmətə baĢını əyən görmüĢəm. 
Atamı saz çalan, Ģeir oxuyan, 
Anamı bayatı deyən görmüĢəm. 
Belə bir ocaqda pərvazlanan kəs, 
Müqəddəs sənətə yad ola bilməz!  
 
ALI 
 
Əhsən, kamlına, ehtiramına, 
Səndə ki, bu ağıl, bu ucalıq var, 
Çatarsan ən böyük arzu-kamına! 
Mənim alqıĢımı eĢidər göylər, 
Üzünə xeyirlə açılar səhər!  
  
ƏLƏSGƏR 
 
Hikmətlər, kəlamlar nurlu səhərim, 
Hər ustad dünyası ölməz əsərim. 
Nağıllar, dastanlar varım, xəzinəm, 
Dolub boĢaldıqca qaynayır sinəm, 
Mənim də sevdiyim sözdü, Ģeirdi, 

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
28 
Bir isti nəfəsəm, bir sözəm belə. 
Onunla ucalır, gözəlləĢirəm, 
Könüllər açanda sözüm, söhbətim, 
Elə bilirəm ki, ocağam, pirəm. 
 
ALI 
 
Mən də bir hikməti fikirləĢirəm, 
Köz varsa, ocağa çevrilməlidir. 
Dolu ürəklərdə doğulan eĢqin 
Damlası bulağa çevrilməlidir.  
Ġndidən görürəm o bulağı mən, 
Nəsillər su içər hər qətrəsindən!  
 
ƏLƏSGƏR 
 
Heç vaxt unutmaram bu əziz günü, 
Bu axĢam dünyaya gələn günümdü. 
Ulu bir ustadla göz-gözə durub, 
ġirin sevincimi bölən günümdü. 
Təklifim olsaydı ürəyinizdən,  
Sizə tapĢırardım taleyimi mən!  
 
ALI 
 
O haqda düĢünüb darılma qəti, 
Əlimdən vermərəm mən bu fürsəti. 
Sən mənim bəxtimə çıxan səadət, 
Ustad Ģagirdinə atalıq eylər, 
Dədə-babalardan belədir adət. 
Olursan bu gündən oğlum, övladım, 
Adımla yanaĢı yaĢasın adın!  
 
Gör-götür dünyası çağırır səni, 
BaxıĢdan söz anla, söz götür, oğlum. 
Ġncilər tükənməz, ümmanlar dərin, 
Dolan bu aləmi, göz götür, oğlum.  
 
Oxu nəğməsini, təmizin, xasın, 
Yarat dastanını bayramın, yasın. 
Ellərin hikməti unudulmasın, 
Sabahı gözləmə, tez götür, oğlum.  
 

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
29 
 
Öyünsün adınla bu yurd, bu torpaq, 
Bəzənsin sözünlə hər dil, hər dodaq. 
Təkcə mən deyiləm gur yanan ocaq, 
Hər oddan, ocaqdan köz götür, oğlum.  
 
ƏLƏSGƏR 
 
Qədim bir mahaldı laylamı çalan, 
Bu layla üstündə dil açan ollam. 
Yollara çıxaram xeyir-duanla,  
Uzaq mənzillərə yol açan ollam!  
 
ġirin bir avazla ucalanda səs, 
Gətirər dünyaya yeni bir nəfəs. 
“Divani”, “Gəraylı”, “Təcnis”, “Müxəmməs”, 
ġeirin süfrəsini bol açan ollam!  
 
Öyrənən, öyrədən, görən, götürən, 
Sorağı hər yana Ģadlıq yetirən, 
Torpağın bağrında çiçək bitirən, 
Ellərin qəlbində gül açan ollam!  
 
Alı ustalıqla izləyir onu, 
Gördüyü nə varsa, ulu görürdü. 
QarĢıda dayanan hikmət oğlunu,  
Mərifət elmində dolu görürdü.  
 
Bu necə möcüzə, bu necə sirdi, 
Sərvətlə nə qədər dolarmıĢ sinə. 
Alı ürəyində baĢ endirirdi, 
Xalqın ürəyinin geniĢliyinə!  
 
Ustad xəyalından nələr keçirdi: 
Dahilər, ölməzlər yetirəndi xalq. 
Çağlayar canında çaylar, dənizlər, 
Sənətə Allahlıq gətirəndi xalq. 
 
Adını quyladı sağkən ölənin, 
BaĢına tac qoydu qədirbilənin. 
Üzdən ağlayanın, üzdən gülənin 
Ġzini, tozunu itirəndi xalq.  

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
30 
 
Nəğmə də ondadı, bulaq da onda, 
ĠĢıq da ondadır, ocaq da onda. 
Toxum da ondadır, torpaq da onda, 
Göyərdən, becərən, bitirəndi xalq. 
 
Ustad da, Ģagird də yüksələn dağı, 
Millətin Ģərəfi, ucalığıydı. 
Biri cavanlığı, coĢub daĢmağı, 
Biri müdrikliyi, qocalığıydı.  
 
Ustadın, Ģagirdin sözü bir oldu, 
Bir arzu, bir əməl, bir fikir oldu. 
Qoca cavanlaĢdı, cavan pir oldu,  
Alı Ələsgərlə görüĢən günü.  
 
Ana təbiətin çox olsun payı, 
Bəxtə iĢıq saldı GünəĢi, Ayı. 
Bir dəniz bağrına basdı bir çayı, 
Alı Ələsgərlə görüĢən günü.  
 
Toyu, bayramıydı gözəlin, yarın, 
Ətəkdə çiçəyin, zirvədə qarın. 
Açması baĢlandı bağlamaların, 
Alı Ələsgərlə görüĢən günü.  
 
YerləĢdi ağlına, düĢdü zəndinə, 
Yaydı mahalına, yaydı kəndinə. 
Dünya açar tapdı qıfılbəndinə 
Alı Ələsgərlə görüĢən günü.  
 
Çoxaldı sənətin nuru, ziyası, 
Qazandı ilhamın, sözün mayası. 
Gül açdı Göyçənin daĢı, qayası, 
Alı Ələsgərlə görüĢən günü.  
 
(ardı gələn nömrədə)

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
31 
 



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə