Öz-özü ilə təklikdə nitq,yaxud bir şəxsin dinləyicilərə ünvanlanmış sürəkli nitqi



Yüklə 29,52 Kb.
səhifə3/3
tarix02.06.2023
ölçüsü29,52 Kb.
#121987
1   2   3
Mövzu - 6 1

İmprovizə - (lat.improvise- «gözlənilmədən»)- mühazirənin gedişi zamanı ani, bir anda, əvvəlcədən planlaşdırılmadan baş verən, mühazirəçinin özü üçün də gözlənilməz olan, mühazirənin məntiqi «skelet»ini söz, intonasiya, jestlərlə ətəqana gətirən yaradıcılıqdır.
Belə bir fikir mövcuddur ki, ali mətkəb mühazirəsi natiqlik sənətinə yaddır, natiqlər də ali məktəblərdə tribun yox, yalnız pe-daqoqlardır. Lektor-pedaqoq üslubunun tərəfdarları qeyd edir ki, mühazirədə ən başlıcası elmilik, ciddi məntiq, faktlar və dəlillərin qüvvəsinin mövcudluğudur. Lakin mühazirə «quru» və hər hansı emosiyadan azad olmamalıdır.
Əlbəttə, janrına görə müxtəlif mühazirələr mövcuddur: yalnız təhsilləndirici və maaarifləndirici, nəzəri, başlanğıc, təbliği, yaxud tanışlıq, icmal və s. Lakin ciddi elmilik tələblərinə cavab verən istənilən mühazirə yalnız şüura yönəldilərək, dərketmə prosesində duyğuları nəzərə almaya bilməz. Qavrama mexanizmindən psixoloji komponenti çıxarmaq mümkün deyil.
Ən istedadlı ali məktəb professorlardan biri olan L.P.Qross-man (1888-1965) «gözəl nitqin poetikası»ndan danışır, mühazirəni «oxu predmeti haqqında konkret və parlaq təsəvvür üzərində qurulan, canlı əbədi dildə şərh edilən və ciddi, mütənasib kompozisiyaya tabe etdirilən» «bədii hadisə» kimi nəzərdən keçirirdi. Professor Qrossman bədii ali məktəb mühazirəsində dinləyicilərin təxəyyülünü canlandıran mövzu şəffaflığı, şərhin cəlbediciliyi, plastik aydınlığı, daxili mütənasibliyi və emosianallığı kimi ünsürləri əsas görürdü.
Onun düzgün olaraq göstərdiyi kimi, mühazirənin estetikliyi və bədiiliyi həm də artistizm kimi bir ünsürlə təmin edilir ki, bu da nitqin xarici zərifliyi, sərbəst improvizə, mühazirəçinin dinləyiciləri cəlb etmək, onların təxəyyülünü canlandırmaq bacarığıdır. Ali mətkəb mühazirəçisi kürsüdə dayanıb yeknəsəq səslə məruzə edən natiqdən fərqli olaraqq, auditoriyada « bir aktyorun teatri» təssüratı yaratmalıdır. Qrossman qeyd edirdi ki, mühazirə elə tamamlanmış və bütün, elə cəlbedici və ilhamlı olmalıdır ki, «ahəngdar poema şəklində» görünsün. Elmi icmal və siyasi icmal öz formasına görə prinsipial olaraq bir-birindən fərqlənmir. Burada nitqin predmeti və şərhin üslubu fərqlidir. İcmalda müəllifin mövqeyi aydın şəkildə üzə çıxır. Şərh etmək-gördüyünü müşahidə etmək və ətraflı düşünmək, təhlil etmək, qruplaşdırmaq və təsnif etmək deməkdir.
Şərhçi aşağıdakıları etməlidir:
1. Auditoriyanın maraqlarını oyatmalı, siyasi, yaxud elmi həyatda baş verənlər barədə danışmalıdır;
2. Qaabaqcıl baxışları müdafiə etməli və dinləyicilərdə «şəxsi strategoya»nın yaranmasına kömək etməlidir;
3. Hadisələrin (elmi nəzəriyyələr, kəşflər, fərziyyələr, nəzər nöqtələri) mahiyyətini aşkara çıxarmalı, əksikliklərini göstərməlidir;
4. Proqnozlaşddırma yolu ilə mahiyyət əlaqələrinin aydınlaşdırılması, hadisələrin inkişaff xəttinin müəyyənləşdirilməsi vasitəsilə ictimai-siyasi (elmi) inkişafın gedişini dərk etdirməlidir;
5. Problemlərin (siyasi, elmi) əməli həllinə kömək etməlidir.
İcmalın predmetini siyasətin, yaxud elmin ümumi məsələləri və s. təşkil edə bilər. İcmalən predmeti üçün şərh edilən hadisələrin məkan-zaman, yaxud mövzu əlaqələri səciyyəvidir, onlar ictimai-siyasi, yaxud elmi sahədə müəyyən fəaliyyət mərhələsini yekunlaşdırır.
İcmalın əsas metodu eyni bir zamanla, məkanla birləşən faktların müəyyən birliyinin dərindən öyrənilməsi əsasında auditoriyanı cəmiyyətdə (elmdə) baş verən proseslərlə, yaranmış vəziyyətlə, meydana çıxmış problemlərlə tanış etməkdir. Hadisəni xarici vəziyyətinə və mahiyyətinə görə şərh edərkən natiq auditoriyanı zəruri ideyaya yönəldir.
Elmi icmaldan fərqli olaraq, siyasi icmaalda qarşı tərəfə (opponentə) ünvanlanan məcazlar, sarkazm; gerçəkliyin müxtəlif hadisələrini xarakterizə edərkən qüvvətli coşqunluq yer ala bilər.
Məlumatverici nitqin yaradılmasının aparıcı prinsiplərini nəzərdən keçirək:

1.Natiqin «ehtiyat bilikləri» prinsipi. Ən qüvvətlıi təsir bağışlayan nitqlər biliklərin dolğunluğu nəticəsində meydana gəlirş Bunun üçün elə böyük biliklər ehtiyatı olmalıdır ki, onlarda ən lazımlılarını seçmək mümkün olsun. Öyrənmə ağacının budaqları çəxdur, kökləri dərinə işləyib. Müəllif informasiyaverici nitqə daxil olacağından əhəmiyyətli dərəcədə çox miqdarda material hazırlayır, belə ki, məlumatların bir qismi yalnız məruzəçiyə məsələnin dərindən və hərtərəfli anlaşılmaı üçün gərəkli ola bilər.


Hər hansı məsələnin izahı zamanı obyektiv olmaqdan ötrü, yazısı ilə tanış olduğunuz ilk müəlliflə, yaxud ideyaları sizinkiləlrə üst-üstə düşən mənbələrlə razılaşmaq lazım deyil. Bəlkə də, ətraflı öyrəndikdən sonra siz şəxsi mövqeyinizi dəyişməli olacaqsınız. Ev tikintisi zamanı çox sayda taxta materialından istifadə edilib, tikinti başa çatdıqdan sonra onlar yığışdırıldığı kimi, yalnız mövzunun işlənilməsi zamanı böyük həcmdə material gərəkli olur, hazırlıq bitdikdən sonra yalnız auditoriyaya veriləcək material qalır.
2. İşıqlandırılan faktların seçilməsi zamanı sərtlik prinsipi onu bildirir ki, gətirilən faktlar, rəqəmlər, adlar, tarixlər, nümunələr, sitatlar yerində, kifayət qədər və yoxlanşım olmalı, əsaslandırılmış, yaxud illüstrasiya edilmiş müddəalara uyğun gəlməlidir.
Natiq faktiki maaterialı nümunə göstərərkən dəqiq mənbəyə istinad etməli, yaxud bu zəruri olmadıqda, kiçik bir sitat gətirildikdə, müəllifin adı, yaxud həm də onun müvafiq məqaləsinin adı çəkilməlidir. Verilən statistik məlumatların mənbənin etibarlılığı və bitərəfliyi baxımından yoxlanılması zəruridir.
3. Məlum olanla yeninin qarşılıqlı əlaqəsi prinsipi. Dinləyici və tamaşaçıdan yeni olan, köhnələrə bənzəməyən, lakin onunla bilavasitə əlaqəsi olan bütün məsələlər maraqlandırır. Məlumatverici nitqin hazırlanması zamanı adi məsələləri maraqlı, yeniləri isə anlaşıqlı etmək zərurdir.
Birincisi, əgər mövzu yeni deyilsə, onu yeni faktlarla və ən vacib maraqlarla əlaqədə inkişaf etdirirlər.
İkincisi, əgər mövzu yeni və qeyri-adidirsə, onu artıq məlum olan faktlara və həyat təcrübəsinə əsaslandıraraq inkişaf etdirirlər. Yeni və köhnəyə aid ünsürlər eyniyyət və ziddiyyətlərin qarşılaşdırılması yolu ilə aydınlaşdırılır. Həqiqətən də yenini başa düşmək onun köhnə ilə nə qədər oxşar və məlumdan nə qədər fərqli olduğunu görmək deməkdir.
Müqayisələr hər şeyi öyrənmək həvəsini oyadır və təmin edir, onlar həm də: «Bu əşyanın təbiəti necədir?»- sualını meydana çıxarır, sonra isə əşyanın nəyə oxşayıb-oxşamadığını göstərməklə həmin suala cavab verir, bununla da dinləyicinin fikirlərini hərəkətə gətirir və mühakimələrinin gedişini asanlaşdırır. Natiq: «Mədəniyyət kitabı evə verən kitabxana kimidir»- söylədiyi anda dinləyinin ağlı işləməyə başlayaraq, kitabxana ilə mədəniyyət arasında onları birləşdirən ümumi əlaməti axtarmağa cəhd edir.
Natiq bizdən «bizdən əvvəlki nəsillər tərəfindən öyrənilmiş məsələləri- ƏhdiƏtiq və Əhdi-Cədidi, Kopemikin sistemini, çap maşınını və s. miras olaraq əldə etmişik» deyəndə, dinləyici razılıqla mədəniyyət və kitabxana arasındaki əhəmiyyətli oxşarlığı dərk etməyə başlayır, hətta onda mədəniyyət haqqında yeni təsəvvürlər formalaşmağa başlayır. Az tanış olan hadisələri izah edərkən qarşılaşdırılmalar olmadaan keçinmək, demək olar ki, mümkün deyil.
4. Natiqin nitqində təfəkkürün hərəkətinin əks olunması prinsipi. Məlumdur ki, bərabər şərait mövcudluğunda həmişə diqqət hərəkətddə olana yönəlir. Bu müddəa təkcə fiziki hərəkətlə bağlı yox, həm də təsəvvürdə yaranan hərəkətlə bağlı düzgündür.
Hətta bir fikirdən o birinə keçmək kimi bir hərəkət də öz-özlüyündə maraq doğura bilər. Dinləyicilər ideyalarıb onların dərk etməsinə uyğun olaraq nizamlı şəkildə inkişaf etdirilməsinə tələbat hiss edir. Heç bir səbəb olmadan bir fikirdən digərinə uçurmuş kimi keçmək dinləyicini yanılda bilər.
Bu, dinləyicinin ardıcıl və müntəzəm şəkildə təəssürat əldə etmək kimi təbii arzzusunu məhv edir. Ardıcıllığa əməl etmək istəyərkən öz nitqini çox uzadaraqq onu 20 əsas bölməyə ayıran natiq də eyni səhvi buraxmış olur. Nitqin əvvəlində meydana gəlmiş canlı diqqət dağılır və yorğunluqla əvəz olunur.
Təfəkkürün hərəkətinin nitqdə əksi aşağıdaki şəkildə həyata keçir:
a) Suallar və cavabların ardıcıl, məntiqi silsiləsi şəklində; suallar birbaşa verilə, yaxud nəzərdə tutula bilər, ən vacibi onların dinləyicinin şüurunda öz-özünə meydana gəlməsidir;
b) Məntiqiliyi xüsusi olaraq nəzərdə çarpdırılan nitq vasitələrinin köməyi ilə: məsələn, alt mövzular və nəticənin nümunəvi ardıcıllığı ilə: daha bir sual, sonraki məsələ, daha sonra, ... məsələ haqqında şərhə keçid alıram ..., həm də; birincisi; ikincisi, ikinci məsələ, başqa əsələ, başqa xüsusiyyət, əlavə olaaraq, nəhayət, və sonuncu, beləliklə, deməli, bu halda, buna görə və s.
Elmi məlumatın geniş yayılmasının üç əsas prinsipi mövcuddur: leksiksemantik tərcümə, konkretləşdirmə və əyləncəlilik. Bu üç prinsip uzlaşır, qovuşur, fəal şəkildə qarşılıqlı əlaqədə olur. Ciddi elmi məlumatın belə dəyişikliyinin üsul və vasitələri müxtəlif və çoxşəkilldir.
Geniş yayılmış şərh mühazirənin aydınlığını və hamı üçün anlaşıqlılığını təmin etməkdən ötrü dil vasitələrinin şüurlu və məqsədyönlü seçilməsini tələb edir, dinləyici, hər şeydən əvvəl, eşitdiyi mühazirənin mətnini təşkil edən sözləri anlamalıdır. Əgər sözlər, onların səs tərkibi və mənası dərk edilib anlaşılmazsa, mülahizələrin mənasının anlaşılmaası prosesi çətinləşəcəkdir.
Buna görə də təbiidir ki, hamıya anlaşıqlı olan şərh üçün sözlər və ifadələrin seçilməsi elmi xülasələrdən fərqlənir. Sadə, anlaşıqlı xülasə formasının axtarılması eyni zamanda izahedici xülasə formasının axtarışı deməkdir. Buna görə də hamı üçün verilən şərhdə eni bir fikrin sözlərlə ifadəsinin müxtəlif variantlarından o qədər istifadə edilməlidir ki, həmin fikir müxtəlif səviyyəli dinləyicilərin şüuruna həkk oluna bilsin.
Nitqin sadəliyi şərh edilən ideyanın adiləşdirilməsi, yaxud bəsitləşdirilməsi mənasını vermir. Elmi dilin xüsusiyyəti elmi anlayışların terminlərlə dəqiq ifadə edilməsindən ibarətdir. Elmi-kütləvi mühazirədə də elmi anlayışlardan istifadə edilə bilər və istifadə edilməlidir, lakin xüsusi leksikanın izahı mühazirəçinin vəzifəsidir.
Beləliklə, izahat müxtəlif üsullarla həyata keçirilə bilər: anlayışın məntiqi izahı, xarici sözlərin Azərbaycan dilinə tərcüməsi, sinonimlərdən istifadə edilməsi, sözün mənşəyi haqqında izahat (etimoloji arayış), terminin anlaşıqlı mətnə daxil edilməsi, canlı nümunələrin göstərilməsi və s.
Elmi məlumatın geniş kütləyə çatdırılmasının üsullarından biri də mücərrədin konkretə çevrilməsi, yaxud şərhin konkretləşdirilməsidir. Bu müxtəlif yollarla, xüsusilə bədii əyanilik (yəni dilin mücərrəd ideyanı söz vasitəsilə «görməyə» yardımçı olan təsvir və ifadə vasitələrindən- müqayisə, metafora, epitetlərdən istifadə), müxtəlif növ illüstrasiyalar, eksperimentlər, həyatdan gətirilən faktlar və dinləyicilərin həyat təcrübəsinə istinad və s. vasitəsilə həyata keçirilir.
Bu zaman aşağıdaki qaydaya əməl edilməlidir: sadədən mürəkkəbə, yaxından uzaqdakına, məlumdan yeniyə getmək lazımdır.
Konkretləşdirmədə şərhin «əsas obrazı», əsas fikri, məsələnin mahiyyətini göstərməyə, həm də sadəcə illüstrasiya etməyə yox, onu ətraflı, gözlənilməz dərəcədə parlaq və hamıya yaxşı tanış olan obrazlı, emosional-əyani formada təsəvvür etməyə imkan verən, bəzən insan fəaliyyətinin tamamilə başqa aspektinə aid olan sahəsindən götürülmüş müqayisə mühüm rol oynayır.
Nümunələr mürəkkb elmi informasiyanın izah edilməsinin ən səmələri üsullarından biridir. Onların köməyi ilə izah olunan məsələni dinləyiciyə yaxınlaşdırmaq mümküdür. Nümunənin əhəmiyyətli xüsusiyyələri anlaşıqlı olması və yerində istifadə edilməsidir.
Məlumatverici nitqlərdə istifadə edilən nümunələrin başlıca keyfiyyəti aydınlıq və onların yaratdığı maraqdır. Nümunələr faktiki, yaxud təxmini, qısa, yaxud ətraflı illüstrasiya formasına malik ola bilər. Bütün digər növləri ilə eyni imkanlara malik olduqda belə faktiki nümunə təxminindən daha çox təsir bağışlayır və həmçinin isbat zamanı layiqli ünsür kimi çıxış edə bilər.
Buna baxmayaraq, təxmini nümunələr də özünəməxsus üstünlüyə malikdir: onlara fakt olmadığı zaman müraciət etmək mümkündür; onları elə qurmaq mümkündür ki, sizin mülahizənizə tamamilə uyğun gəlsin; onlar hansısa tək real hadisədən daha tipik və buna görə də həqiqətə daha uyğun ola bilərlər (təxmini nümunə: təsəvvür edin ki, siz yaş və maraq səviyyəsu müxtəlif olan insanların toplaşdığı auditoriya qarşısında çıxış edirsiniz. Bu halda auditoriyanı fəallaşdırmaq üsullarından hansı daha səmələri olan? ).
Sadə şərh səmərəli və emosional ünsürlərin uzlaşmasına əsaslanır. Bu zaman insanların hisslərini, duyğularını oyatmağa çalışmaq lazımdır, çünki bunsuz tam dərketmə mümkün deyildir. Elmi-kütləvi şərhin emosionallığı müxtəlif səbəblərdən asıılıdır.
Əgər natiq ehtirasla danışırsa, şərh müzakirə üçün açıqdırsa, natiqin nitqi ifadəli və xüsusidirsə, auditoriya mühazirənin oxunma üslubuna öz diqqəti ilə cavab verər. Dinləyicilərin hislərini və onlarla birlikdə mövzuya, problemə marağını iştirak effekti də oyada bilər. Bu effekt yalnız natiq-məruzəçi qlobal elmi problemləri həyat materialları və dinləyicilərin mənəvi tələbatları ilə uzlaşdıra bildikdə yaranır.



Yüklə 29,52 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin