Otorinolaringologiya ixtisası üzrə 98 nümunəvi test sualları Bölmə 10. Qarışıq suallar



Yüklə 163.68 Kb.
tarix23.12.2016
ölçüsü163.68 Kb.
Otorinolaringologiya ixtisası üzrə 98 nümunəvi test sualları

Bölmə 10. Qarışıq suallar

1) Burun və burunətrafı ciblərin iltihabi xəstəlikləri zamanı ən çox hansı beyindaxili ağırlaşmalar müşahidə oluna bilər?
A) Beynin gicgah payının absesi

B) Siqmavari sinusun trombozu

C) Kavernoz sinusun trombozu

D) Kavernoz sinusun trombozu, ekstradural və subdural abseslər

E) Köndələn sinusun trombozu
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001
2) Rinogen kəllədaxili ağırlaşmalar zamanı müalicə taktikası necədir?
A) İltihabi sinusun punksiyası və yuyulması, antibakterial, dehidratasion, dezintoksikasion terapiya.

B) Zədələnmiş sinusun cərrahi sanasiyası və sonra konservativ terapiya

C) Sinusun punksiyası, sinus dasxilinə antibiotik yeridilməsi, əzələ daxili antibiotik, dezintoksikasion terapiya.

D) Yalnız cərrahi

E) Sinusun punksiya və dernləşdirilməsi, venadaxili olaraq yüksək dozalı antibiotik yeridilməsi, lumbal punksiya, dehidratasion terapiya.
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001
3) LOR orqanların iltihabi xəstəliyi zamanı septik vəziyyət, ekzoftalm, ikitərəfli hemoz, göz qapaqlarının ödemi nədən şübhələnməyə əsas verir?
A) Yuxarı uzunsov sinusun trombozu

B) Beyin absesi

C) Orbitanın fleqmonası

D) Siqmavari sinusun trombozu

E) Kavernoz sinusun trombozu
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001
4) Ağırlaşmış burun furunkulunun müalicəsi hansıdır?
A) Antibiotiko- immuno- antikoaqulyant terapiya

B) Antikoaqulyant terapiya

C) Antibiotikoterapiya və fizioterapiya

D) Neon lazerlə yerli müalicə və antibiotikoterapiya

E) Antibiotikoterapiya
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001
5) Burun furunkulunun ağırlaşmaları hansılardır?
A) Kavernoz sinusun trombozu

B) Burun arakəsməsinin absesi

C) Kəskin otit

D) Kəskin rinit

E) Kəskin sinusit
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001
6) Burun arakəsməsi absesi, adətən,nəyin ağırlaşması olur?
A) Burun furunkulu

B) Hematoma

C) Kəskin rinit

D) Sinusit

E) Vazomotor rinit
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001
7) Burun arakəsməsi hematomasının müalicəsi erkən dövrdə necə aparılır?
A) Punksiya, sovrulma və burun boşluğunun ön tamponadası

B) Burun boşluğunun ön tamponadası

C) Yarılma və burun boşluğu ön tamponadası

D) Fizioterapiya

E) Yarılma və drenaj
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001
8) Burun arakəsməsi absesi necə müalicə olunur?
A) Burun boşluğunun ön tamponadası

B) Fizioterapiya və antibiotikoterapiya

C) Absesin yarılması, drenaj, iltihabəleyhinə terapiya

D) Yerli olaraq helium-neon lazer istifadəsi

E) Absesin punksiyası və boşluqdan irinin sorulması
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001
9) Əng cibində kəskin iltihabi prosesə nə səbəb olur?
A) Hamısı

B) Kəskin zökəm

C) KRX

D) Travma



E) Qripp, qızılca, skarlatina
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001
10) Burun qanaxması, adətən,burun boşluğunun hansı hissəsindən olur?
A) Aşağı burun balıqqulağı

B) Yuxarı burun balıqqulağı

C) Burun arakəsməsi

D) Orta burun balıqqulağı

E) Burun boşluğu dibi
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001
11) Aşağıdakılardan hansı burun sümükləri sınığı zamanı təcili repozisiyaya əks-göstərişdir?
A) Qanaxma

B) Yumşaq toxumaların kəskin ödemi

C) Sınıq nahiyəsində güclü ağrılar

D) II-III dərəcəli beyin silkələnməsi

E) Burun sümüklərinin açıq sınığı
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001
12) Əng cibində xroniki iltihabi prosesin inkişafına hansı faktor təsir edir?
A) Kəskin haymoritin qeyri-rasional müalicəsi

B) Cibdən drenajın pozulması

C) Reaktivliyin zəifləməsi

D) Dişlərin xəstəlikləri

E) Hamısı
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001
13) Aşağıdakılardan hansı xroniki tonzillitin diaqnostikasında əhəmiyyətli deyil?
A) Damaq badamcıqlarının böyüməsi

B) Tez-tez anginalar

C) Badamcıqların qövslərlə çapıq bitişməsi

D) Lakunalarda kazeoz yığıntılar

E) Çənəaltı limfa düyünlərinin böyüməsi
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001
14) Xroniki tonzillitin müalicəsində, adətən, nədən istifadə olunur?
A) Lakunaların yuyulması və tonzillotomiya

B) Hiposensibilizəedici terapiya

C) Tonzillektomiya və adenotomiya

D) Lakunaların yuyulması və tonzillektomiya

E) Adenotomiya və tonzillotomiya
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001
15) Xroniki adenoiditin ağırlaşması səhv olaraq necə diaqnozlaşdırıla bilər?
A) Kəskin sinusit

B) Kəskin respirator infeksiya

C) Kəskin respirator xəstəlik

D) Xroniki tonzillitin kəskinləşməsi

E) Hamısı
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001
16) Paratonzillyar abses zamanı nə icra olunur?
A) Absesin açılması və bəzən badamcığın kəsilərək xaric edilməsi (ektomiya)

B) Antiseptiklərlə qarqara və antibiotikoterapiya

C) Fizioterapiya və antibiotikoterapiya

D) Diaqnostik punksiya və antiseptiklərlə qarqara

E) Lazer tətbiqi ilə konservativ müalicə
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001
17) Yuvenil angiofibroma,əsasən, haradan inkişaf edir?
A) Qanad-damaq çuxuru

B) Arxa etmoidal hüceyrələr

C) Burun-udlağın tağı

D) Əsas sümüyü

E) Hamısı
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001
18) Aşağıdakılardan hansı udlaqarxası absesin klinikasına aid deyildir?
A) Udlağın arxa divarının flüktasiya edən qabarması

B) Xəstəliyin etiologiyası, adətən,vərəmlə əlaqəlidir

C) Yaşlı insanlarda daha tez-tez rast gəlinir

D) Tənəffüs və udmanın çətinləşməsi

E) Xəstəlik əsasən uşaqlarda rast gəlinir
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001
19) Tipik paratonzillyar absesə nə aid deyil?
A) Damaq badamcığının ağız-udlağın orta xəttinə doğru yerdəyişməsi

B) İnspirator tip təngnəfəslik

C) Qulağa irradiasiya edən güclü boğaz ağrısı

D) Ağzın açılmasında çətinlik

E) Damağın yumşaq toxumalarının ödemi və infiltrasiyası
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001
20) Hansı simptom dil badamcığının kəskin iltihabınln klinikasına aid deyildir?
A) Boyun regionar limfadüyünlərinin böyüməsi və ağrılı olması

B) Afoniya

C) Bəzən qırtlaq qapağının ödemi hesabına inspirator tip təngnəfəslik

D) Dil badamcığımın infiltrasiyası, hiperemiyası, üzərində fibrinoz ərp

E) Udqunma və dilin hərəkəti zamanı kəskin ağrı
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001
21) Parafaringeal abses paratonzilyar absesdən nə ilə fərqlənir?
A) Abses,adətən, arxa damaq qövsünün arxasında yerləşir

B) Çeynəmə əzələləri trizminin olması ilə

C) Abses,adətən,birtərəfli olur

D) Udma zamanı kəskin ağrının olması ilə

E) Ağır septik vəziyyətlə
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001
22) Kəskin faringit zamanı,adətən, hansı xəstəliyi inkar etmək lazımdır?
A) Sifilis

B) Hamısı

C) Qripp

D) Difteriya

E) Qonoreya
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001
23) Lakunar anginanı hansı xəstəliklə differensasiya etmək lazımdır?
A) Follikulyar angina

B) Simanovski-Plaut-Vensan anginası

C) Hamısı

D) Difteriya

E) Göbələk mənşəli angina
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001
24) Mastoiditlə ağırlaşan kəskin otitin müalicəsində hansı əməliyyat icra olunur?
A) Mastoidotomiya

B) Radikal əməliyyat

C) Antrotomiya

D) Attikotomiya

E) Parasentez
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001
25) Otogen kəllədaxili ağırlaşma zamanı əsas müalicəvi tədbir hansıdır?
A) Fizioterapiya

B) Massiv antibiotikoterapiya

C) Punksiya və konservativ müalicə

D) Cərrahi müalicə

E) Dehidratasiya
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001
26) Aşağıdakılardan hansı kəskin kataral otitin simptomu deyildir?
A) Bədən hərarətinin artması

B) Otoreya

C) Xəstə qulaqda eşitmənin zəifləməsi

D) Qulaqda ağrı və küy

E) Təbil pərdəsinin hiperemiya və infiltrasiyası
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001
27) Xroniki irinli orta otitin əsas simptomu hansıdır?
A) Başgicəllənmə

B) Təbil pərdəsinin daimi perforasiyası və otoreya

C) Başda küy hissiyatı və başgicəllənmə

D) Müvazinətin pozulması və eşitmənin zəifləməsi

E) Başgicəllənmə və müvazinətin pozulması
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001
28) Mastoidit,əsasən, hansı xəstəliyin ağırlaşmasıdır?
A) Kəskin orta otit

B) Xarici otit

C) Eksudativ otit

D) Tubootit

E) Adheziv otit
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001
29) Aşağıdakılardan hansı ototoksik antibiotik deyildir?
A) Kanamisin

B) Monomisin

C) Gentamisin

D) Levomisetin

E) Streptomisin
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001
30) Aşağıdakı simptomlardan hansı səskeçirici aparatın zədələnməsi əlaməti deyildir?
A) Diskant karlığın üstün olması

B) Qulaqlarda alçaq tonlu küylərin olması

C) Sümük keçiriciliyi səviyyəsinin saxlanılması

D) Bas karlığın üstün olması

E) Hamısı
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001
31) Aşağıdakı simptomlardan hansı audioqrammda səsqəbuledici aparatın zədələnmə əlamətlərinə aid deyildir?
A) Hamısı

B) Xəstə qulaqda tam karlıq

C) Qulaqlarda yüksək tonlu küylərin olması

D) Sümük keçiriciliyi səviyyəsinin azalması

E) Bas karlığın olması
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001
32) Menyer xəstəliyinin tutma simptomlarına hansı aid deyildir?
A) Həmin qulaqda eşitmə zəifliyi

B) Qusma


C) Huşun itirilməsi

D) Qulaqda küy

E) Başgicəllənmə
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001
33) Hansı əlamət gicgah sümüyünün boylama sınığının klinik əlamətlərinə aid deyildir?
A) Qulaqdan qanlı ifrazat

B) Sınıq olan tərəfdə normal eşitmə

C) Qulaqdan serebrospinal mayenin axması

D) Hamısı

E) Göz alması konyunktivinin altına qansızma
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001
34) Hansı əlamət gicgah sümüyünün köndələn sınığının klinik əlamətlərinə aid deyildir?
A) Hamısı

B) Qulaqdan serebrospinal mayenin axması

C) Sınıq olan tərəfdə karlıq

D) Güclü fırlanıcı başgicəllənmə

E) Sağlam tərəfə horizontal nistaqm
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001
35) Orta qulaqda radikal (ümumboşluq) əməliyyata daha çox hansı xəstəlik göstərişdir?
A) Haymorit

B) Antrit

C) Mastoidit

D) Epitimpanit

E) Mezotimpanit
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001
36) Otogen kəllədaxili ağırlaşma zamanı hansı tip cərrahi müalicə təcili göstərişdir?
A) Antrodrenaj

B) Mastoidotomiya

C) Timpanoplastika

D) Genişləndirilmiş radikal əməliyyat

E) Attikotomiya
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001
37) Labirintit zamanı aşağıdakı simptomlardan hansı olmur?
A) Orta qulaqda irinli ocağın olması

B) Xəstə qulaqda eşitmənin kəskin azalması

C) Xəstə qulaq tərəfdə adiodoxokinezin üzə çıxarılması

D) Başgicəllənmə

E) Horizontal-rotator nistaqm
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001
38) Qulaq likvoreyası hansı sınığın əlamətidir?
A) Təpə sümüyünün sınığı

B) Gicgah sümüyü piramidinin köndələn sınığı

C) Ənsə sümüyünün sınığı

D) Gicgah sümüyü piramidinin boylama sınığı

E) Hamısı.
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001
39) Xarici qulaq keçəcəyindən qanaxma nəyin əlamətidir?
A) Otohematoma

B) Gicgah sümüyü piramidinin boylama sınığı

C) Təpə sümüyünün sınığı

D) Gicgah sümüyü piramidinin köndələn sınığı

E) Kəskin kataral orta otit
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001
40) Aşağıdakı simptomlardan hansı eşitmə siniri nevrinomasının əlaməti deyildir?
A) Birtərəfli tam karlıq

B) Dilin ön 2/3 hissəsində dadbilmənin pozulması

C) Zədələnmiş tərəfdə korneal refleksin zəifləməsi

D) Spontan nistaqmın olması

E) Zədələnmiş qulaqda güclü ağrılar
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001
41) Qırtlaq stenozu olan xəstədə tənəffüsün ani olaraq dayanması zamanı nə etmək lazımdır?
A) Antihistaminlər

B) Deksametazon inyeksiyası

C) Konikotomiya və suni tənəffüs

D) Süni tənəffüs

E) Lobelin və ya digər tənəffüs analeptikinin inyeksiyası
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001
42) Təcili traxeostomiya,əsasən, hansı dərəcəli qırtlaq stenozunda aparılır?
A) II dərəcəli

B) I dərəcəli

C) I- II dərəcəli

D) III dərəcəli

E) Hamısında
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001
43) Cərrah tərəfindən traxeostomiyanın variantı nəyə nisbətən seçilir?
A) Qırtlaq stenozunun dərəcəsinə görə

B) Qırtlaq stenozunun səviyyəsinə görə

C) Xəstənin yaşına görə

D) Qırtlaq stenozunun səbəbinə görə

E) Xəstənin cinsinə görə
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001
44) Koniko və krikokonikotomiyadan sonrakı ağırlaşmaların olmaması üçün nə etmək lazımdır?
A) Borunu traxeyaya keçirmək və iltihabəleyhinə müalicə aparmaq

B) İntubasiya etmək

C) Borunu traxeyaya keçirmək (yuxarı və ya aşağı traxeostomiya icra edərək)

D) İltihabəleyhinə müalicə aparmaq

E) Traxeostomik boru qoymamaq
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001
45) Qanaxma ilə ağırlaşmış qırtlaq travmasında xəstə hansı vəziyyətdə olmalıdır?
A) Zədələnmənin əks istiqamətində uzanmalıdır

B) Zədələnmiş tərəfdə və ya qarnı üstə uzanmalıdır

C) Arxası üstə uzanmalıdır

D) Ayaq üstə dayanmalıdır

E) Oturmalıdır
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001
46) Boyun travması zamanı qanaxmanı tam dayandırmaq üçün nə edilməlidir?
A) Qanayan damara liqaturanın qoyulması

B) Yuxu arteriyalarının bağlanması

C) Sıxıcı sarğı

D) Yerli olaraq soyuq qoyulması

E) Yaranın tamponadası
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001
47) Travma və ya traxeostomiya zamanı inkişaf etmiş boyun emfizemasının müalicəsində hansı daha effektlidir?
A) Dərialtı toxumaların punksiyası

B) Dəridəki yaranın geniş açılması

C) Boyun massajı

D) Sıxıcı sarğı

E) Borunun dəyişdirilməsi
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001
48) Qırtlaqda yad cisim tərəfindən törədilən asfiksiya zamanı ilk olaraq nə etmək lazımdır?
A) Fibrolarinqoskopiya icra etmək

B) Konikotomiya və ya traxeostomiya icra etmək

C) Yad cismi xaric etmək

D) Intubasiya etmək

E) Hamısı.
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001
49) Qulaq labirintinin hansı hissəsi vestibulyar analizatora aiddir?
A) Dəhliz

B) Korti üzvü

C) Reissner membranı

D) İlbiz


E) Bazal membran
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001.
50) Qulaq labirintinin hansı hissəsi vestibulyar analizatora aiddir?
A) Yarımdairəvi kanallar

B) Korti üzvü

C) Bazal membran

D) Reissner membranı

E) İkincili təbil pərdəsi
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001.
51) Statokinetik analizator hansı funksiyanı icra etmir?
A) Bədən müvazinətinin tənzimlənməsi

B) Nitq və nitq rabitəsi

C) Vertical müstəviyə nəzərən başın vəziyyətinin dəyişməsinə nəzarət

D) Fəzada bədənin yerdəyişməsi haqqında məlumatın beyin qabığına ötürülməsi

E) Əzələ tonusunun tənzimlənməsi
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001.
52) Hansı təcil yarımdairəvi kanalların reseptor aparatı üçün adekvat qıcıqlandırıcıdır?
A) Horizontal

B) Düzxəttli

C) Kənari

D) Bucaqlı

E) Vertikal
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001.
53) Hansı təcil otolit aparatı üçün adekvat qıcıqlandırıcıdır?
A) Bucaqlı

B) Horizontal

C) Kənari

D) Vertikal

E) Düzxəttli
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001.
54) Hansı faktor vestibulyar analizatorun adekvat qıcıqlandırıcısıdır?
A) Səs dalğaları

B) Daimi cərəyan

C) İmpulslu cərəyan

D) Yer kürəsinin cazibə qüvvəsi

E) Elektromaqnit sahəsi
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001.
55) Vestibulyar analizatorun adekvat qıcıqlandırıcısı hansıdır?
A) Səs dalğaları

B) İmpulslu cərəyan

C) İstilik enerjisi

D) Bədənin məkanda sürətlənməsi

E) Maqnit sahəsi
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001.
56) Vestibulyar sinirin şaxələri IV mədəciyin dibində hansı nüvə ilə təmasda deyillər?
A) Ventral

B) Roller

C) Bexterev

D) Şvalbe

E) Deyters
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001.
57) Statokinetik analizatorun mərkəzləri harada yerləşir?
A) Baş beyinin təpə payında

B) Baş beyinin ənsə payında

C) Baş beyinin alın payında

D) Uzunsov beyində

E) aş beyinin gicgah payında
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001.
58) Birinci dərəcəli nistaqm nə ilə xarakterizə olunur?
A) Sürətli komponent tərəfə baxışda üzə çıxır

B) Aşağı baxanda üzə çıxır

C) Ləng component tərəfə baxışda üzə çıxır

D) Düz (irəli) baxışda üzə çıxır

E) Yuxarı baxanda üzə çıxır
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001.
59) İkinci dərəcəli nistaqm nə ilə xarakterizə olunur?
A) üz (irəli) baxışda üzə çıxır

B) Aşağı baxanda üzə çıxır

C) Yuxarı baxanda üzə çıxır

D) Sürətli komponent tərəfə baxışda üzə çıxır

E) Ləng component tərəfə baxışda üzə çıxır
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001.
60) Üçüncü dərəcəli nistaqm nə ilə xarakterizə olunur?
A) Sürətli komponent tərəfə baxışda üzə çıxır

B) Düz (irəli) baxışda üzə çıxır

C) Yuxarı baxanda üzə çıxır

D) Aşağı baxanda üzə çıxır

E) Ləng component tərəfə baxışda üzə çıxır
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001.
61) Patoloji labirint nistaqmlarının hansı məlum növünü tanıyırsınız?
A) Fırlanma nistaqmı

B) Somatik nistaqm

C) Eksperimental nistaqm

D) Spontan

E) Dəmiryolu nistaqmı
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001.
62) Hansı nistaqm patoloji labirint nistaqmlarına aiddir?
A) Dəmiryolu nistaqmı

B) Eksperimental nistaqm

C) Kalorik nistaqm

D) Pressor

E) Fırlanma nistaqmı
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001.
63) Nistaqmın hansı komponentinə görə onun istiqaməti haqqında fikir yürüdülür?
A) Sürətli

B) Amplituda

C) Tezlik

D) Ləng


E) Ritm
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001.
64) Spontan labirint nistaqmının sürətli komponenti nə ilə əlaqədardır?
A) Gözün hərəki əzələlərinin hipotalamusla requlyasiyası ilə

B) Gözün hərəki əzələlərinin baş beyin maddəsinin requlyasiyası ilə

C) Gözün hərəki əzələlərinin qabıq requlyasiyası ilə

D) Gözün hərəki əzələlərinin uzunsov beyinlə requlyasiyası ilə

E) Vestibulyar analizatorun periferik reseptorunun qıcıqlanması ilə
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001.
65) Spontan labirint nistaqmının ləng komponenti nə ilə əlaqədardır?
A) Gözün hərəki əzələlərinin baş beyin maddəsinin requlyasiyası ilə

B) Gözün hərəki əzələlərinin uzunsov beyinlə requlyasiyası ilə

C) Gözün hərəki əzələlərinin hipotalamusla requlyasiyası ilə

D) Gözün hərəki əzələlərinin qabıq requlyasiyası ilə

E) estibulyar analizatorun periferik reseptorunun qıcıqlanması ilə
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001.
66) Spontan labirint nistaqmının sürətli komponenti nə ilə requlyasiya olur?
A) Gözün hərəki əzələlərinin baş beyin maddəsinin requlyasiyası ilə

B) Vestibulyar analizatorun periferik reseptorunun qıcıqlanması ilə

C) Gözün hərəki əzələlərinin qabıqaltı requlyasiyası ilə

D) Gözün hərəki əzələlərinin hipotalamusla requlyasiyası ilə

E) Gözün hərəki əzələlərinin uzunsov beyinlə requlyasiyası ilə
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001.
67) Labirintin horizontal yarımdairəvi kanallarınin qıcıqlanması hansı müstəvidə nistaqm əmələ gəlməsinə səbəb olur?
A) orizontal müstəvidə

B) Saqital müstəvidə

C) Vertikal müstəvidə

D) Frontal müstəvidə

E) Hamısında
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001.
68) Labirintin ön yarımdairəvi kanallarınin qıcıqlanması hansı müstəvidə nistaqm əmələ gəlməsinə səbəb olur?
A) Dairəvi müstəvidə

B) Frontal müstəvidə

C) Horizontal müstəvidə

D) Hamısında

E) Saqital müstəvidə
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001.
69) Labirintin arxa yarımdairəvi kanallarınin qıcıqlanması hansı müstəvidə nistaqm əmələ gəlməsinə səbəb olur?
A) Hamısında

B) Saqital müstəvidə

C) Dairəvi müstəvidə

D) Frontal müstəvidə

E) Horizontal müstəvidə
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001.
70) Gözlərin hansı vəziyyətində I dərəcəli spontan nistaqm təyin olunur?
A) İrəli baxan zaman

B) Aşağı baxan zaman

C) Xəstə qulağa əks istiqamətə baxan zaman

D) Yuxarı baxan zaman

E) əstə qulaq istiqamətində baxan zaman
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001.
71) Gözlərin hansı vəziyyətində II dərəcəli spontan nistaqm təyin olunur?
A) Xəstə qulağa əks istiqamətə baxan zaman

B) Aşağı baxan zaman

C) Xəstə qulaq istiqamətində baxan zaman

D) rəli baxan zaman

E) Yuxarı baxan zaman
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001.
72) Gözlərin hansı vəziyyətində III dərəcəli spontan nistaqm təyin olunur?
A) Yuxarı baxan zaman

B) Aşağı baxan zaman

C) əstə qulağa əks istiqamətə baxan zaman

D) İrəli baxan zaman

E) Xəstə qulaq istiqamətində baxan zaman
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001.
73) Eksperimental nistaqmların hansı məlum növünü tanıyırsınız?
A) Kalorik nistaqm

B) Pressor nistaqm

C) Hamısı

D) Heç biri

E) Spontan nistaqm
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001.
74) Eksperimental nistaqmların hansı məlum növü var?
A) Spontan nistaqm

B) Fırlanma nistaqmı

C) Pressor nistaqm

D) Hamısı

E) Heç biri
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001.
75) Vestibulyar analizatorun müayinəsində fırlanma sınağı zamanı xəstəni sağ tərəfə fırladıqdan sonrakı nistaqm hansı istiqamətə yönələcəkdir?
A) Sağa

B) Düz


C) Yuxarı

D) Aşağı


E) ola
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001.
76) Vestibulyar analizatorun müayinəsində fırlanma sınağı zamanı xəstəni sol tərəfə fırladıqdan sonrakı nistaqmın ləng komponenti hansı istiqamətə yönələcəkdir?
A) Sağa

B) Yuxarı

C) Aşağı

D) Düz


E) ola
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001.
77) Vestibulyar analizatorun müayinəsində fırlanma sınağı zamanı xəstəni sol tərəfə fırladıqdan sonrakı nistaqm hansı istiqamətə yönələcəkdir?
A) Aşağı

B) Əyilməyəcək

C) Sola

D) aga


E) Düz
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001.
78) Beyinciyin bir hemisferasının zədələnməsi olan xəstə barmaq-burun sınağını necə icra edir?
A) İki əllə zədələnmiş tərəfə yanılır

B) ir əllə zədələnmiş tərəfə yanılır

C) Bir əllə sağlam tərəfə yanılır

D) İki əllə sağlam tərəfə yanılır

E) Sınağı düzgün yerinə yetirir
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001.
79) Müvazinətin beyincik mənşəli zədələnməsi olan xəstə barmaq-göstərici sınağını necə icra edir?
A) İki əllə zədələnmiş tərəfə yanılır

B) Bir əllə zədələnmiş tərəfə yanılır

C) İki əllə sağlam tərəfə yanılır

D) Sınağı düzgün yerinə yetirir

E) Bir əllə sağlam tərəfə yanılır
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001.
80) Müvazinətin labirint mənşəli zədələnməsi olan xəstə barmaq-göstərici sınağını necə icra edir?
A) İki əllə nistaqm tərəfə yanılır

B) Bir əllə nistaqmın əks tərəfinə yanılır

C) ki əllə nistaqmın əks tərəfinə yanılır

D) Bir əllə nistaqm tərəfə yanılır

E) Sınağı düzgün yerinə yetirir
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001.
81) Müvazinətin beyincik mənşəli zədələnməsi olan xəstədə adiadoxokinez sınağı necə icra edilir?
A) Supinasiya və pronasiya sağlam tərəfdə koordinasiyasız icra edilir

B) Supinasiya və pronasiya hər iki əllə koordinasiyasız icra edilir

C) upinasiya və pronasiya zədələnmiş tərəfdə koordinasiyasız icra edilir

D) Supinasiya və pronasiya hər iki əllə bərabər icra edilir

E) Sınağı düzgün yerinə yetirir
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001.
82) Müvazinətin labirint mənşəli zədələnməsi olan xəstədə adiadoxokinez sınağı necə icra edilir?
A) Supinasiya və pronasiya hər iki əllə koordinasiyasız icra edilir

B) Supinasiya və pronasiya zədələnmiş tərəfdə koordinasiyasız icra edilir

C) Supinasiya və pronasiya sağlam tərəfdə koordinasiyasız icra edilir

D) Sınağı yerinə yetirə bilmir

E) Supinasiya və pronasiya hər iki əllə bərabər icra edilir
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001.
83) Müvazinətin beyincik mənşəli zədələnməsi olan xəstə düz xətt üzrə yerişi necə icra edir?
A) Sınağı yerinə yetirə bilmir

B) Dolambac yeriyir

C) Düz xətdən sağlam tərəfə kənara çıxır

D) üz xətdən xəstə tərəfə kənara çıxır

E) Düz xətdən kənara çıxmır
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001.
84) Müvazinətin labirint mənşəli zədələnməsi olan xəstə düz xətt üzrə yerişi necə icra edir?
A) Düz xətdən kənara çıxmır

B) Düz xətdən nistaqmın əks tərəfinə kənara çıxır

C) Dolambac yeriyir

D) Düz xətdən nistaqm tərəfə kənara çıxır

E) Sınağı yerinə yetirə bilmir
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001.
85) Beyincik nistaqmını labirint nistaqmından fərqləndirən əsas cəhət nədir?
A) O, adətən, sürətli və iriamplitudalı olur

B) O, adətən, ləng və iriamplitudalı olur

C) O, adətən, ləng və xırdaamplitudalı olur

D) O, adətən, sürətli və xırdaamplitudalı olur

E) Nistaqmlar bir-birindən fərqlənmir
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001.
86) Burunətrafı ciblərin əsas funksiyalarından hansını tanıyırsınız?
A) Olfaktor

B) Qoruyucu

C) Nitq

D) Gözyaşı ixracı



E) Respirator
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001.
87) Labirint zədələnməsi olan xəstə barmaq-burun sınağını necə icra edir?
A) İki əllə nistaqmın əks tərəfinə yanılır

B) İki əllə nistaqm tərəfə yanılır

C) Sınağı düzgün yerinə yetirir

D) Bir əllə nistaqmın əks tərəfinə yanılır

E) Bir əllə nistaqm tərəfə yanılır
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001.
88) Rentgen müayinə zamanı daxili qulağın vəziyyəti haqqında daha çox məlumatı nə verir?
A) Mayer proyeksiyasındakı kəllənin rentgenoqramması

B) Şüller proyeksiyasındakı kəllənin rentgenoqramması

C) Yan rentgenoqramma

D) Kəllənin ön düz icmal rentgenoqramması

E) Stenvers proyeksiyasındakı kəllənin rentgenoqramması
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001.
89) Rentgenoqrammanın hansı proyeksiyasında eşitmə sinirinin şişi haqqında daha çox məlumat əldə etmək mümkündür?
A) Kəllə qapağı sümüklərinin yarıaksial rentgenoqrammasında

B) Şüller

C) Mayer

D) Stenvers

E) Kəllə qapağı sümüklərinin icmal düz rentgenoqrammasında
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001.
90) Orta qulaq patologiyalarını aşkar etmək üçün hansı proyeksiya istifadə edilir?
A) Şuller və Stenvers proyeksiyası

B) Şuller, Mayer və Stenvers proyeksiyası

C) Mayer və Stenvers proyeksiyası

D) Reze proyeksiyası

E) uller və Mayer proyeksiyası
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001.
91) Eşitmə sinirinin nevrinomasının rentgen semiotikasına nə aiddir?
A) Piramidanın osteoporozu

B) Piramidanın sklerozlaşması

C) Daxili qulaq keçəcəyinin daralması

D) axili qulaq keçəcəyinin genişlənməsi

E) Yumşaq toxuma komponenti
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001.
92) Daxili qulaqda xarici yarımdairəvi kanalın fistulasının diaqnostikası üçün nə lazımdır?
A) Mayer proyeksiyasında rentgenoqramma

B) Reze proyeksiyasında rentgenoqramma

C) Şuller proyeksiyasında rentgenoqramma

D) tenvers proyeksiyasında rentgenoqramma

E) Yan proyeksiyada kəllənin icmal rentgenoqramması
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001.
93) Orta qulaqda xolesteatomanın olmasının rentgenoloji patoqnomonik əlaməti hansıdır?
A) Qulaq sümükcüklərin destruksiyası

B) Xarici qulaq keçəcəyinin daralması

C) Xarici qulaq keçəcəyinin yuxarı-arxa divarının destruksiyası

D) klerotik çəmbər ilə attiko-antral hissədə sümüyün girdə formalı qüsuru

E) Xarici qulaq keçəcəyinin genəlməsi
Ədəbiyyat: В.В.Яковец. «Рентгенодиагностика заболеваний органов головы, шеи и груди», Санкт-Петербург, 2002.
94) Rentgen müayinə zamanı mastoiditin zirvə formalarının üzə çıxarılması üçün optimal proyeksiya hansıdır?
A) Yan proyeksiya

B) Kəllənin icmal düz rentgenoqramması

C) Şuller və Mayer proyeksiyası

D) Mayer və Stenvers proyeksiyası

E) Şuller və Stenvers proyeksiyası
Ədəbiyyat: В.В.Яковец. «Рентгенодиагностика заболеваний органов головы, шеи и груди», Санкт-Петербург, 2002.
95) Əng ciblərinin inkişaf müddəti hansı yaşa qədərdir?
A) 5 yaş

B) 20 yaş

C) 15 yaş

D) 25 yaş

E) Daimi dişlər çıxana qədər
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001.
96) Kəllə sümüklərində osteomanın, əsasən, lokalizasiyası haradır?
A) Xəlbir labirintinin hüceyrələri

B) Ənsə sümüyü

C) Alın cibi

D) Əsas cib

E) Əng cibi
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001.
97) Rentgen müayinə zamanı burun ətrafı ciblərin bədxassəli şişinin ən dəqiq rentgenoloji əlaməti hansıdır?
A) Cibin tündləşməsi

B) Cib fonunda əlavə kölgəlik

C) Cib ölçüsünün dəyişməsi

D) ümüyün destruksiyası

E) Cib formasının dəyişməsi
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001.
98) Burun ətrafı bir neçə cibin eyni zamanda qeyri-intensiv homogen kölgəliyi nəyin göstərıcısıdir?
A) Ciblərin sistlərinin

B) Cibin şişinin

C) urun patologiyasında ventilyasiya pozulmasının

D) Xroniki sinusitin



E) Kəskin sinusitin
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001.
Каталог: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə