oriJİnal məqaləLƏR



Yüklə 1.83 Mb.
Pdf просмотр
tarix26.12.2016
ölçüsü1.83 Mb.

9

2015/1 (17)

ORİJİNAL MƏQALƏLƏR

UOT: 617.735-007.281:617-073.756.8

Əliyev X.D., Abdullayeva E.Ə., Kazımova B.X.

SPEKTRAL OPTİK KOHERENT TOMOQRAFİYA GÖSTƏRİCİLƏRİ 

ƏSASINDA VİTREOMAKULYAR İNTERFEYSDƏ OLAN PATOLOJİ 

PROSESLƏRİN İNKİŞAF DİNAMİKASI



Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Bakı səh., Azərbaycan

Açar sözlər: spektarl optik koherent tomoqrafiya, arxa hialoid membran, daxili hüdudi membran, makulanın 

lamelyar yırtığı 

Yaşa bağlı olaraq və patoloji proseslər nəticəsində torlu qişanın makulyar sahəsində struktur anatomik nisbətin 

pozulması  baş  verir  ki,  bu  da  özünü  ədəbiyyatda  qeyd  olunduğu  kimi,  vitreomakulyar  və  tangensial  traksiya, 

torlu  qişanın  ödemi,  daxili  hüdudi  membranın  fibrozu  (DHM),  epiretinal  membran  və  digər  patoloji  struktur 

dəyişikliklərinin əmələ gəlməsi ilə büruzə verir [1-9]. Lakin, bu vəziyyətlər statik dəyişikliklər kimi təsvir edilmişdir. 

Bununla yanaşı struktur dəyişikliklərin zaman ərzində inkişaf etməsi qeyd olunduğu halda, bu dəyişikliklərin hansı 

müddətə və hansı variantlarda realizə olunması göstərilməmişdir. Eyni zamanda, bu qarşılıqlı əlaqələrin inkişaf 

dinamikası haqqında aydın təsəvvür olmadan müalicə taktikasının məqsədyönlüyünü dəqiq təyin etmək mümkün 

deyildir. Bu cəhətdən vitreomakulyar interfeysdə baş verən patoloji anatomik nisbətin dinamikasının, xüsusən də 

müasir diaqnostik cihazlar vasitəsilə öyrənilməsi mühüm aktuallıq kəsb edir.



Məqsəd  –  spektral  optik  koherent  tomoqrafiya  müayinəsi  (SOKT)  vasitəsilə  torlu  qişa  ilə  şüşəvari  cismin 

arxa hialoid membranının (AHM) qarşılıqlı əlaqə dinamikasının öyrənilməsi və bu göstəricilər əsasında müalicə 

taktikasının təyin edilməsi.

Material və metodlar

Tədqiqat materialı kimi 144 pasiyentin (274 göz) torlu qişasının makulyar sahəsinin SOKT müayinəsi vasitəsilə 

aparılan dinamik müşahidəsinin nəticələri götürülmüşdür. Yaş həddi 30-82 arasında olmuşdur. Bu zaman xəstələr 

əsasən,  görmə  itiliyinin  azalmasından,  göz  önündə  uçan  bulanmalardan,  metamorfopsiyadan  şikayət  etmişlər. 

Müşahidə müddəti 12 ay olmuşdur.

Bütün  xəstələrdə  standart  müayinə  üsulları:  görmə  itiliyinin  təyini,  asferik  kontaktsız  linzalar  vasitəsilə 

oftalmoskopiya,  yarıqlı  lampa  vasitəsilə  şüşəvari  cismin  biomikroskopiyası  ilə  yanaşı  SOKT  müayinəsi 

aparılmışdır. SOKT müayinəsi Almaniyanın Carl Zeiss Meditec firmasının istehsalı olan Spectral HD OCT–4000 

cihazında yerinə yetirilib. Tədqiqatın gedişində alınmış bütün rəqəm göstəricilərinin statistik təhlili MS OFFİCE 

EXCEL proqramında aparılmışdır.



Nəticələr və onların müzakirəsi

Müşahidə müddətində aparılan çoxsaylı müayinələr əsasında, AHM-la torlu qişanın makulyar sahəsinin qarşılıqlı 

əlaqəsinin keçən zaman müddətində müxtəlif variantlarda büruzə verməsi aşkar edilmişdir. Bu variantlardan asılı 

olaraq müşahidə olunan pasiyentlər xarakter və kəmiyyət tərkibi 1-ci cədvəldə göstərilən qruplara bölünmüşdür 

(cədvəl 1). 

Cədvəl 1


Arxa hialoid membranla torlu qişanın makulyar sahəsinin qarşılıqlı əlaqə variantları 

Qruplar

Qarşılıqlı əlaqə variantları

Yaş

Pasiyentlərin sayı

1

AHM tərəfindən foveal adheziya, traksiya əlamətləri olmadan



30-79

15

2



Vitreomakulyar traksiya ödemlə və/və ya neyroepitel qatın qopması ilə

38-82


30

3

Torlu qişanın makulyar sahəsinin lamelyar yırtığı



34-80

44

4



AHM-nın fibrozu makulyar ödemlə

52-82


55

Cəmi: 


144

1-ci qrupa görmə itiliyi 0,5-dən 1,0-a qədər olan və periodik olaraq görmənin dumanlaşmasını qeyd edən 15 

pasiyent  daxil  olmuşdur.  OKT-də AHM-nın  foveal  adheziya  ilə  müşayiət  olunan  aydın  görünən  qopması  qeyd 

olunur.  Bu  zaman  fovea  nahiyyəsində  torlu  qişanın  konfiqurasiyası,  onun  qalınlığı  və  həcmi  normaya  yaxın 

olmuşdur. 


10

2015/1 (17)

ORİJİNAL MƏQALƏLƏR

Bu qrupa daxil olan pasiyentlərin 11-də makulanın tomoqrafik şəkli yüksək görmə itiliyinin saxlanılması ilə 

bütün müşahidə müddətində stabil olaraq qalmışdır (şək.1).

Şək.1. AHM-nın 12 ay ərzində davam edən 

foveal adheziyası

Anatomo-funksional  dəyişiliklərin  dinamikası  2-ci  cədvəldə  göstərilmişdir.  Cədvəldən  göründüyü  kimi  3 

aydan sonra torlu qişanın makulyar sahəsinin həcmi bir qədər artmış (p≤0,05), lakin makulanın qalınlıq göstəricisi 

və görmə itiliyi dəyişilməmişdir. 10 aydan sonra isə görmə itiliyinin cüzi, statistik etibarlı olmayan zəifləməsi 

(p≥0,005), lakin makulanın həcminin (p≥0,005) və qalınlığının (p≥0,005) başlanğıc göstəricilərinin saxlanılması 

qeyd edilmişdir.

Cədvəl 2

Arxa hialoid membranın foveal adheziyası zamanı torlu qişanın makulyar sahəsinin struktur-funksional 

dəyişiliklərinin dinamikasının göstəriciləri

Göstəricilər

Birinci baxış

1 ay

3 ay

6 ay

12 ay

Görmə itiliyi

0,7±0,2

0,7±0,1


0,6±0,1

0,6±0,1


0,6±0,1

Makulanın qalınlığı, mkm

274±72

285±84


311±105

324±138


225±54

Makulanın həcmi, mm3

6,8±0,6

6,8±0,5


7,4±1,1

7,6±1,1


6,8±0,6

Bu  qrupa  daxil  olan  bir  pasiyentdə  isə  12  ay  simptomsuz  mövcud  olan  AHM-nın  adheziyası  fonunda 

görmə  itiliyinin  vahiddən  0,6-ya  qədər  azalması  ilə  müşayiət  olunan  vitreomakulyar  traksiya  əlamətləri  aşkar 

olunmuşdur. OKT-də torlu qişanın həcminin və qalınlığının artması ilə yanaşı, makulyar sahədə DHM-ın fibrozu 

və torlu qişa qatlarının deformasiyası qeyd olunmuşdur (şək. 2). Bu vəziyyət vitreomakulyar traksion sindrom 

kimi qiymətləndirilir.



Şək. 2. AHM-nın foveal adheziyası

Beləliklə,  1-ci  qrupa  daxil  olan  pasiyentlərin  müşahidəsi  zamanı AHM-nın  sıx  adheziyasının  uzun  müddət 

aşkar simptomatikasız qalması müəyyən edilmişdir. Lakin, bəzi pasiyentlərdə bu vəziyyət vitreomakulyar traksion 

sindrom kimi xarakterizə olunan digər fazaya keçə bilir.

Vitreomakulyar traksiya aşkar olunan qrupa görmə itiliyi 0,4-dən vahidə qədər olan və metamorfopsiyadan şikayət 

edən 30 pasiyent daxil edilmişdir. Vitreomakulyar traksion sindrom şüşəvari cism-torlu qişa qarşılıqlı əlaqələrin 

qeyri stabil olması nəticəsində əmələ gələrək, iki əsas tipdə: şüşəvari cismin traksiyası nəticəsində makulyar ödem 

və fotoreseptor qatla piqment epitel qatı arasında mayenin yığılması ilə müşayiət olunan neyroretinal qatın seroz 

qopması kimi özünü büruzə vermişdir. Oftalmoskopiya zamanı foveolyar və makulyar refleksin itməsi və makulyar 

ödem qeyd olunur. OKT-də makulyar ödem fonunda AHM və DHM-ın fibrozu aşkar olunmuşdur (şək.3).



11

2015/1 (17)

ORİJİNAL MƏQALƏLƏR

Şək. 3. Makulyar sahənin uzun müddət davam 

edən torlu qişanın ödemi ilə müşayət olunan 

vitreomakulyar traksiyası

 Neyroretinal qatın qopması ilə müşayiət olunan traksiya 7 pasiyentdə müşahidə edilmişdir. OKT-də bu vəziyyət 

neyroepitel qatın şüşəvari cismə doğru qabarması, fibroz dəyişilmiş AHM və DHM-ın olması və makulyar sahənin 

deformasiyası kimi xarakterizə olunur (şək.4).



Şək. 4. Neyroepitel qatın traksion qopması 

Bu qrupa daxil olan pasiyentlərdə struktur-funksional göstəricilərin dinamikası 3-cü cədvəldə göstərilmişdir.

Cədvəl 3

Vitreomakulyar traksion sindrom zamanı torlu qişanın makulyar sahəsinin struktur-funksional 

dəyişikliklərinin dinamikasının göstəriciləri

Göstəricilər

Birinci baxış

1 ay

3 ay

6 ay

12 ay

Görmə itiliyi

0,4±0,2

0,4±0,2


0,4±0,2

0,4±0,1


0,3±0,2

Makulanın qalınlığı, mkm

368±172

385±182


421±105

436±158


502±112

Makulanın həcmi, mm3

8,8±3,0

8,9±2,5


9,4±1,1

9,9±1,4


11,8±1,6

Bütün pasiyentlərdə 12 aydan sonra görmə itiliyinin statistik etibarlı enməsi (p≤0,05), makulanın həcminin və 

qalınlığının artması qeyd edilmişdir.

Bu qrupa daxil olan pasiyentlərdə torlu qişanın makulyar sahəsinin həcm və qalınlığının artması ilə yanaşı, 

həmçinin ödemin sahəsinin genişlənməsi də müəyyən edilmişdir (şək. 5).

 

Şək. 5. Makulanın qalınlaşması ilə müşayiət olunan vitreomakulyar traksiya: 

a) müayinənin əvvəlində; b) 6 ay sonra

Torlu qişanın makulyar lamelyar yırtığı birincili baxışda 44 pasiyentdə aşkar edilmişdir. Bu pasiyentlərdə görmə 

itiliyi 0,2-dən 0,6-ya qədər olmaqla, əsasən metamorfopsiyadan şikayət etmişlər. 34 pasiyentdə biomikroskopik 

olaraq «selofan makula» aşkar edilmişdir. Tomoqrammada aşkar olaraq DHM-ın fibrozu qeyd edillib. Bu qrup 

pasiyentlərin uzun müddətli müşahidəsində zaman keçdikcə yırtığın sahə və dərinliyinin artması müəyyən edilib. 


12

2015/1 (17)

ORİJİNAL MƏQALƏLƏR

Cədvəl 4


İnkişaf edən lamelyar yırtıq zamanı torlu qişanın makulyar sahəsinin struktur-funksional dəyişiliklərinin 

dinamikasının göstəriciləri

Göstəricilər

Birinci baxış

1 ay

3 ay

6 ay

12 ay

Görmə itiliyi

0,4±0,2

0,4±0,2


0,4±0,2

0,3±0,1


0,2±0,1

Makulanın qalınlığı, mkm

244±72

231±71


215±65

209±54


198±62

Makulanın həcmi, mm3

7,0±0,9

6,9±0,8


6,6±0,6

6,3±4,4


6,0±0,2

Cədvəl 4-dən göründüyü kimi foveal sahədə torlu qişanın qalınlığı yeni retinal qatların yırtıq zonasına cəlb 

olunması  ilə  əlaqədar  davamlı  olaraq  azalmışdır.  Bu  prosesin  nəticəsi  olaraq  makulyar  sahədə  torlu  qişanın 

həcminin azalması qeyd olunnur. Şək.6-da yırtığın diametrinin və həcminin artması öz əksini tapır. 



Şək. 6. DHM-ın fibrozu ilə müşayiət olunan inkişaf edən lamelyar yırtıq: a) birinci baxış: foveolanın kənarları 

deformasiyaya uğrayıb; b) 6 aydan sonra həmin pasiyentin OKT təsviri – lamelyar yırtığın dərinliyi artıb

Bu  qrupa  daxil  olan,  DHM-ın  fibrozu  aşkar  olunmayan  10  pasiyentdə  12  ay  müddətində  görmə  itiliyi, 

makulanın qalınlığı və həcmi dəyişməmişdir. Bu pasiyentlərdə həmçinin, tomoqrafın görmə sahəsində AHM-nın 

izləri müəyyən edilməmişdir. Fikrimizcə, lamelyar yırtığın stabil qalmasının səbəbi AHM-nın sürətli tam ayrılması 

hesabına onun vertikal traksiyası təsirindən DHM-ın fibrozunun əmələ gəlməməsidir.

 4-cü qrupa görmə itiliyinin zəifləməsi və metamorfopsiyadan şikayət edən 55 pasiyent daxildir ki, onlarda 

AHM-la əlaqəli lokal traksiya əlamətləri aşkar edilməmişdir. Bu pasiyentlərdə OKT-də torlu qişanın daxili qatlarını 

əhatə edən daxili hüdudi membranın deformasiyası qeyd edilmişdir (şək. 7).



Şək. 7. DHM-ın başlanğıc fibrozu

 

Zaman keçdikcə DHM-ın fibrozunun daha da artması, torlu qişanın səthində dalğa şəklində büküşlərin əmələ 



gəlməsi müşahidə olunur. DM-ın dəyişikliyi metamorfopsiyanın güclənməsi və görmə itiliyinin daha da azalması 

ilə müşayiət olunan makulyar ödemə səbəb olmuşdur. Müvafiq vəziyyət oftalmoskopiya zamanı «selofan refleksi» 

kimi görünür.

DHM-ın fibrozunun sonrakı inkişafı makulanın səthində optik sıx strukturun əmələ gəlməsi ilə nəticələnir ki, bu 

strukturun daxili səthində daha dərin qatlara keçən çoxsaylı fiksasiya nöqtələri qeyd olunur. Tədricən fibrozlaşmış 

DHM torlu qişanın dərin qatları ilə əlaqəsini itirir və ondan ayrılır (şəkil 8). Bu mərhələdə fibrozlazmış daxili 

hüdidi membranı tomoqrammada aşkar olunan digər optik sıx strukturdan – hissəvi ayrılmış fibrozlaşmış AHM-

dan fərqləndirmək çətin olur. Bu halda tomoqrafiya edərkən skan sahəsini fibrozlaşmış DHM-ın kənarına salmaqla 

onu fərqləndirmək olar. Belə ki, AHM-dan fərqli olaraq DHM torlu qişanın səthi ilə sanki hörülmüş olur.


13

2015/1 (17)

ORİJİNAL MƏQALƏLƏR

Şək. 8. Fibrozlaşmış DHM-ın horizontal traksiyası

Bu qrupa daxil olan bütün pasiyentlərdə artıq ilkin müayinədən 1 ay sonra torlu qişanın qalınlığının və həcminin 

statistik  etibarlı  artması  müşahidə  edilib.  3  aydan  sonra  görmə  itiliyinin  statistik  etibarlı  enməsi,  makulanın 

qalınlığının və həcminin artması qeyd edilmişdir. 12 aydan sonra isə görmə itiliyinin azalması, makulanın həcminin 

və qalınlığının əhəmiyyətli artması müəyyən edilməyib (cədvəl 5).

Cədvəl 5


Daxili hüdudi membranın fibrozu zamanı torlu qişanın makulyar sahəsinin struktur-funksional 

dəyişikliklərinin dinamikasının göstəriciləri

Göstəricilər

Birinci baxış

1 ay

3 ay

6 ay

12 ay

Görmə itiliyi

0,6±0,2

0,6±0,2


0,4±0,2

0,4±0,1


0,4±0,1

Makulanın qalınlığı, mkm

352±79

374±77


380±75

382±74


383±69

Makulanın həcmi, mm3

7,5±1,1

7,6±1,1


7,7±1,2

7,7±1,1


7,7±1,4

  

Bu halda müəyyən edilmişdir ki, makulanın ödeminin artması onun sahəsinin, xüsusən də görmə siniri diskinə 



tərəf artması müəyyən edilib. Bu da AHM-nın disk sahəsi ilə əlaqəsinin qalması və traksiyanın davam etməsi ilə 

əlaqələndirilə bilər.

Qeyd etmək lazımdır ki, oxşar funksional və makulanın qalınlıq göstəricilərinin dəyişilməsi nəticələri Balaşeviç 

L.İ. və həmmüəlliflərinin apardıqları araşdırmalarda da öz əksini tapmışdır [2].



Yekun 

• 

Şüşəvari cismin yaşa bağlı kollapsı uzun sürən proses olub, bir neçə ay və ya il ərzində davam edə bilər.



• 

Torlu qişa ilə şüşəvari cism arasında olan qarşılıqlı əlaqənin individual xüsusiyyətlərindən asılı olaraq, 

bəzi pasiyentlərdə patoloji dəyişikliklərin inkişaf xarakteri də özünəməxsus olur ki, nəticədə müalicə 

taktikasının  seçilməsində  birdəfəlik  müayinə  kifayət  etmir.  Bu  səbəbdən  patoloji  dəyişikliklərin 

istiqamətini təyin etmək üçün pasiyentləri dinamikada izləmək vacibdir.

• 

DHM-ın fibrozunda, vitreomakulyar traksion sindrom və DHM-ın fibrozu ilə müşayiət olunan makulanın 



inkişaf  edən  lamelyar  yırtığı  zamanı  görmə  itiliyinin  0,4-dən  aşağı  olan  hallarında  planlı  cərrahi 

müdaxilənin aparılması məqsədəuyğundur.

• 

DHM-ın  fibrozu  ilə  müşayiət  olunmayan  makulanın  lamelyar  yırtığı  və  AHM-nın  foveal  adheziya 



saxlanmaqla  olan  qopması  zamanı  gözləmə  taktikasını  tutmaq  lazımdır.  Belə  ki, AHM-nın  torlu  qişa 

üçün fəsad vermədən və görmə itiliyinin yüksəlməsi ilə nəticələnən tam qopması mümkündür.

ƏDƏBİYYAT 

1. 


Абдуллаева Э.А., Шахмалиева А.М., Алиев Х.Д. и др. Роль витреоретинального взаимодействия 

в развитии патологии макулярной области / Oftalmologiyanın aktual problemləri, Məqalələr toplusu, 

Bakı, 2010, s.18-21.

2. 


Балашевич Л.И., Байбородов Я.В., Джусоев Т.М. и др. Патология витреомакулярного интерфейса 

при отслойке гиалоидной мембраны // Офтальмохирургия, М., 2006, №1, с.24-27.

3. 

Балашевич  Л.И.,  Байбородов  Я.В.,  Гацу  М.В.  Фиброз  внутренней  пограничной  мембраны  сет-



чатки: диагностика, варианты клинического течения и хирургическое лечение / II Всероссийский 

семинар «Макула 2006»: тез. докл., Ростов-на Дону, 2006, с.283-285.

4. 

Балашова Л.М., Саксонова Е.О., Модшович А.И. и др. Моделирование витреоретинальной проли-



ферации // Вестник офтальмологии, Москва, 1996, №5, с.30-31.

14

2015/1 (17)

ORİJİNAL MƏQALƏLƏR

5. 


Сдобникова С.В., Столяренко Г.Е. Роль задней гиалоидной мембраны в патогенезе и трансцилиар-

ной хирургии пролиферативной диабетической ретинопатии // Вестник офтальмологии, Москва, 

1999, №1, с.11-14.

6. 


Щуко А.Г., Алпатов С.А., Жукова С.И., и др. Восьмилетний опыт использования оптической коге-

рентной томографии в офтальмологии // Вестн. офтальмол., М., 2006, №3, с.34-35.

7. 

Carpineto  P.,  Ciancaglini  M., Abarrb-Gnama A.  Optical  coherence  tomography  and  retinal  thickness 



analyzer features of spontaneous resolution of vitreomacular traction syndrome: a case report // Eur.J. 

Ophthalmol., 2004, v.14, p.67-70.

8. 

Foos  R.,  Wheeler  N.  Vitreoretinal  juncture:  Synchisis  senilis  and  posterior  vitreous  dethachment  // 



Ophthalmology, 1982, v.89, p.1502-1512.

9. 


Heilskov T.W., Massicotte S.J., Folk J.C. Epiretinal macular membranes in eyes with attached posterior 

cortical vitreous // Retina, 1996, v.16, p.279-284. 

 

 Алиев Х.Д., Абдуллаева Э.А., Казымова Б.Х.



ДИНАМИКА РАЗВИТИЯ ПАТОЛОГИЧЕСКИХ ПРОЦЕССОВ В 

ВИТРЕОМАКУЛЯРНОМ ИНТЕРФЕЙСЕ ПО ДАННЫМ СПЕКТРАЛЬНОЙ 

ОПТИЧЕСКОЙ КОГЕРЕНТНОЙ ТОМОГРАФИИ

Национальный Центр Офтальмологии имени акад. Зарифы Алиевой, Баку, Азербайджан

Ключевые слова: спектральная оптическая когерентная томография, задняя гиалоидная мембрана, 

внутренняя пограничная мембрана, несквозной разрыв сетчатки

РЕЗЮМЕ


Цель - изучить динамику взаимодействия сетчатки и задней гиалоидной мембраны при ее отслойке с 

помощью спектральной оптической когерентной томографии и использовать полученные данные для раз-

работки лечебной тактики. 

Материалы и методы

Материалом исследования послужили данные, полученные при динамическом наблюдении за 144 паци-

ентами в течение 12 месяцев. Наряду со стандартными методами обследования для всех пациентов прово-

дили спектральную оптическую когерентную томографию.



Результаты

В период наблюдения выяснилось, что взаимодействие задней гиалоидной мембраны с сетчаткой может 

реализовываться во времени по разным вариантам. В зависимости от этого все наблюдаемые пациенты 

были разделены на 4 группы. 



Заключение

Возрастной  коллапс  стекловидного  тела  может  быть  длительным  процессом,  который  развивается  в 

течение нескольких месяцев или лет. При разработке лечебной тактики недостаточно однократного иссле-

дования, а необходимо наблюдение пациентов в динамике для выявления направленности патологических 

изменений. При фиброзе внутренней пограничной мембраны и витреомакулярном тракционном синдро-

ме, прогрессирующем несквозном разрыве с фиброзом внутренней пограничной мембраны целесообразно 

плановое хирургическое вмешательство. А при несквозных разрывах без фиброза внутренней погранич-

ной  мембраны,  отслойки  задней  гиалоидной  мембраны  с  фовеальной  адгезией  уместна  выжидательная 

тактика, так как возможна самопроизвольная отслойка задней гиалоидной мембраны без последствий для 

сетчатки с восстановлением зрения до исходных цифр.



15

2015/1 (17)

ORİJİNAL MƏQALƏLƏR

Aliyev Kh.D., Abdullayeva E.A., Kazimova B.Kh.

DYNAMICS OF PATHOLOGICAL PROCESSES IN VITREOMACULAR 

INTERFACE ACCORDING TO DATA OF SPECTRAL OPTICAL COHERENCE 

TOMOGRAPHY

National Ophthalmology Center named after acad. Zarifa Aliyeva, Baku, Azerbaijan

Keywords: spectral optical coherence tomography, posterior hyaloid membrane, inner limiting membrane, 

lamellar retinal hole

SUMMARY


Aim – to study of dynamics of interaction between retina and posterior hyaloid membane using the spectral 

optical coherence tomography its detachment and application of obtained data for development of treatment tactics. 

Material and methods

The data obtained were based on observation of 144 patients during 12 months and were used as a material for 

this study. The spectral optical coherence tomography method was applied for examination of patients along with 

the standard methods. 



Results

During the observation period, it was defined that the interaction between the posterior hyaloid membrane with 

retina can occurred in the different options by time. Depending on this, all the observed patients were divided into 

4 groups.



Conclusion

Age collapse of the vitreous is a long process that develops over several months or years. For development 

of treatment tactics a single study is not enough and monitoring of patients over time for detection of direction 

of pathological changes is needed. The planned surgical intervention is advisable in fibrosis of internal limiting 

membrane and vitreomacular traction syndrome, progressive lamellar retinal hole with internal limiting membrane. 

An expectant tactic is appropriate for non lamellar retinal hole without fibrosis of internal limiting membrane, 

detachment of posterior hyaloid membrane with foveal adhesion, since there can be spontaneous detachment of 

posterior hyaloid membrane without affecting the retina to restore vision to the initial figures.



Korrespondensiya üçün:

Əliyev Xalid Dilavər oğlu, şəkərli diabetin göz fəsadları və vitreoretinal cərrahiyyə şöbəsinin həkim-oftalmoloqu

Abdullayeva Elmira Ələkbər qızı, tibb üzrə fəlsəfə doktoru, akademik Zərifə Əliyeva adına

Milli Oftalmologiya Mərkəzinin şəkərli diabetin göz fəsadları və vitreoretinal cərrahiyyə

şöbəsinin aparıcı elmi işçisi

Ünvan: AZ1114, Bakı ş., Cavadxan küç., 32/15

Tel.: (+994 12) 569 09 07; 569 09 47

E-mail: administrator@eye.az;

http: ⁄⁄www.eye.az 



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə